ABŞ Türkiyənin addımlarını təqdir edir
18.11.2022 [10:34]
Dövlət başçıları arasındakı görüş mühüm məqamlarla yadda qalıb
İndoneziyanın Bali adasında keçirilən G-20 Liderlər sammitinin əsas diqqət çəkən məqamlarından biri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Co Baydenin görüşü idi. Mətbuata qapalı keçirilən görüşdən sonra Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən açıqlamaya görə, görüşdə ticarət və təhlükəsizlik məsələləri başda olmaqla iki ölkə arasındakı əlaqələr müzakirə edilib. Görüş zamanı ABŞ prezidenti Co Bayden İstanbulun İstiqlal prospektində törədilən terror aktında həyatını itirənlər ilə əlaqədar Türkiyə Prezidentinə başsağlığı verib. Regional hadisələrin də qiymətləndirildiyi görüşdə Bayden Rusiya ilə Ukrayna arasındakı taxıl dəhlizi məsələsindəki problemin həlli və taxıl daşınmasının yenidən başlaması üçün göstərdiyi səylərə görə Prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür edib. Türkiyə ilə ABŞ arasında F-16 prosesini dəstəkləməyə davam edəcəklərini bildirən ABŞ prezidenti Bayden Türkiyənin İsveçin NATO üzvlüyü prosesində mühüm bir aktor olduğunu da deyib.
Ağ Evin yaydığı bəyanatda isə bildirilir ki, görüşdə İstanbulda törədilən terror aktı başda olmaqla regional və qlobal hadisələr müzakirə edilib. NATO müttəfiqi Türkiyənin yanında olduqlarını vurğulayan Bayden türk xalqına dərin hüznlə başsağlığı verib. Taxıl dəhlizinin Rusiya-Ukrayna müharibəsi zamanı qlobal ərzaq təhlükəsizliyinin yaxşılaşdırılması üçün kritik əhəmiyyət daşıdığını və sazişin davam etdirilməsinin vacibliyini vurğulayan Bayden prezident Ərdoğana sazişin yenilənməsi üçün göstərdiyi səylərə görə təşəkkür edib.
Yayılan məlumatlara əsaslansaq, ABŞ Türkiyənin regionda oynadığı rolu görür, anlayır və dəyərləndirir. Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Ramil Həsən bildirib ki, G20 sammiti bir çox məqamları ilə diqqət çəkib. Əsas məsələlərdən biri regional problemlərin həlli ilə bağlı məsələlərin müzakirə obyekti olmasıdır. Bu mənada Rusiya ilə Ukrayna arasındakı hərbi qarşıdurmanın detalları daha çox maraq cəlb edir: “Lend-Lizin imzalanması ilə ABŞ münaqişədə sanki tərəf kimi çıxış etməyə başlayıb. Bu baxımdan, Türkiyənin mövqeyi daha rahat hərəkət etməyə imkan verir. Rəsmi Ankara hər iki dövlətlə münasibətlərini qoruyur. Bu isə qarşılıqlı etimad mühiti yaradır və təmasların formalaşmasında böyük əhəmiyyət daşıyır. Təbii ki, münaqişə ilə bağlı yaranan vəziyyət ürəkaçan deyil və silahlı qarşıdurmanın davam etməsi dünyanı bir sıra istiqamətlərdə böhrana doğru çəkir. Ən əsası, yaranacaq enerji və iqtisadi böhran düşündürücüdür. Bundan çıxış yolu isə tərəflərin müəyyən razılaşmasına nail olmaqdır ki, Türkiyə də bunu edir. Bu amil Türkiyənin regiondakı yerini və çəkisini göstərir. ABŞ prezidentinin taxıl sazişi ilə bağlı məsələdəki roluna görə cənab Ərdoğana şəxsən təşəkkür etməsi mühüm diplomatik ştrixdir. Bu, Türkiyənin regional oyunçu statusunu qlobal güc mərkəzi statusuna dəyişməsini ifadə edir. Eyni zamanda, ABŞ tərəfinin F-16-larla bağlı ortaya çıxan bir sıra süni maneələri də aradan qaldıracağını deməsi olduqca əhəmiyyətli məsələdir. Bu o deməkdir ki, Türkiyənin hazırki statusu ABŞ tərəfindən də etiraf edilir”.
Millət vəkilinin fikrincə, Türkiyənin NATO-nun genişlənməsi məsələsindəki qətiyyətli mövqeyi də çox şeydən xəbər verir. Hətta bir müddət öncə NATO Baş katibinin İsveçin və Finlandiyanın Alyans üzvü olmasının vacibliyi ilə bağlı açıqlamasına da rəsmi Ankara olduqca sərt cavab vermişdi. “Bildirildi ki, iyunda keçirilən Madrid sammitində imzalanan üçtərəfli Memorandumun şərtləri yerinə yetirilməlidir. Bu da olduqca mühüm məqamdır. Türkiyə NATO-dakı yerini digər ölkələrə də göstərir. Onun mövqeyi ilə razılaşmaq artıq şərt kimi irəli sürülür. Bu amil bizim üçün də mühüm əhəmiyyət daşıyır. Bəlli olduğu kimi, Azərbaycan Türkiyə ilə strateji müttəfiqlik əlaqələrinə malikdir. Bu cür böyük siyasi və beynəlxalq gücə malik bir dövlətin bizimlə strateji müttəfiq olması Azərbaycanın təhlükəsizliyi üçün də əsaslı şərtlərdəndir”, - deyə R.Həsən əlavə edib.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
Gündəm
27 Aprel 13:13
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47
Dünya
27 Aprel 10:43
Sosial
27 Aprel 10:35
İdman
27 Aprel 10:16
YAP xəbərləri
27 Aprel 09:58
Dünya
27 Aprel 09:58
Hadisə
27 Aprel 09:25
İdman
27 Aprel 08:52
Dünya
27 Aprel 08:19
Dünya
27 Aprel 07:30
Dünya
26 Aprel 23:40
İdman
26 Aprel 23:28
Hərbi
26 Aprel 22:30
Sosial
26 Aprel 21:44
İdman
26 Aprel 21:09
Sosial
26 Aprel 20:35
Siyasət
26 Aprel 20:35
Dünya
26 Aprel 19:18
Dünya
26 Aprel 18:33
Dünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Siyasət
26 Aprel 16:11
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52

