Sədr və baş katib dəyişsə də...
25.11.2022 [10:49]
KTMT Azərbaycana münasibətini dəyişmir
Paşinyan bəyannaməni niyə imzalamadı?
KTMT-nin İrəvan toplantısı, yaxud Ermənistan üçün növbəti fiasko
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistanın sədrliyi ilə keçirilən sonuncu iclası bir çox məqamları ilə diqqət çəkdi. Ümumiyyətlə, 2020-ci il Vətən müharibəsi dövründən başlayaraq Ermənistanın çoxsaylı səylərinə baxmayaraq təşkilatın Azərbaycana qarşı loyal münasibət bəsləməsi rəsmi İrəvanı incik salıb. Bu baxımdan, 2020-ci ildən indiyə qədər keçirilən bütün iclaslarda Ermənistan tərəfi KTMT-ni qınamaq, incikliyini dilə gətirmək, qurum üzvlərini Azərbaycana qarşı çevirmək yolunu tutub. Amma hər dəfəsində təşkilat üzvləri Ermənistanın bu mövqeyini bölüşmədiyini açıq şəkildə bildirir, onu yerində oturdurlar.
KTMT-də Azərbaycanın dostları daha çoxdur
Bu dəfə də analoji hal təkrarlandı. Belə ki, Ermənistanın Baş nazirinin KTMT-yə qarşı irəli sürdüyü narazılıqlar heç bir ölkə tərəfindən ciddi qəbul edilmədi. Tam əksinə, sədrliyi Ermənistandan təhvil alan Belarusun prezidenti Aleksandr Lukaşenko bildirib ki, ölkəsinin KTMT-də sədrliyi dövründə prioritetlərindən biri Azərbaycan və Ermənistan arasında münaqişənin həlli olacaq. “Müəyyən ciddi nüanslar var, amma biz yenidən alovlana biləcək bu münaqişəni indi əsaslı şəkildə həll edə bilərik”, - deyə dövlət başçısı bəyan edib. Bununla belə, o qeyd edib ki, hadisələrin bu cür inkişafı, ilk növbədə yalnız Ermənistan və təbii ki, Azərbaycan rəhbərliyinin istəyi ilə mümkün olacaq. “Bu, Belarusun sədrliyinin prioritetlərindən biridir. Biz buna göz yummamalıyıq. Bu problemi həll edə bilsək də, edə bilməsək də, münaqişə KTMT-nin diqqət mərkəzində olmalıdır”, - Lukaşenko vurğulayıb.
Göründüyü kimi, Belarus Prezidenti məsələnin həllində Azərbaycan rəhbərliyinin istəklərinin əsas olduğunu bir daha qəti şəkildə bildirib. Bu isə o deməkdir ki, Ermənistanın sədrlik dönəmində və ya sonra qurumda anti-Azərbaycan ab-havası yaratmaq istəyi fiaskoya uğradı. Çünki Ermənistan KTMT üzvü olsa belə, üzv ölkələrin seçimi bəllidir. KTMT-də Azərbaycanın dostları Ermənistanınkindən daha çoxdur.
Yeni baş katib - Tasmaqambetov kimdir?
İrəvan iclasında KTMT-nin baş katibi də dəyişib. Stanislav Zas KTMT-nin baş katibi kimi üç illik fəaliyyətini başa vurub. Bundan sonrakı mərhələdə baş katibin səlahiyyətlərini Qazaxıstan nümayəndəsi İmanqali Tasmaqambetov icra edəcək.
1956-cı ildə anadan olan İmanqali Tasmaqambetov siyasi elmlər doktorudur. 1979-cu ildə İmanqali Tasmaqambetov M.Utemisov adına Qərbi Qazaxıstan Dövlət Universitetinin coğrafiya fakültəsini bitirib. 1989-cu ildə Qazaxıstan Komsomolu Mərkəzi Komitəsinin 1-ci katibi və İKT sədri vəzifələrində çalışıb. 1991-ci ildə Qazaxıstan Respublikasının Gənclərlə İş üzrə Dövlət Komitəsinə rəhbərlik edib. 1993-1995-ci illərdə Qazaxıstan Respublikası Prezidentinin köməkçisi vəzifəsində çalışıb. 1995-1997-ci illərdə Qazaxıstan Respublikası Baş nazirinin müavini vəzifəsini tutan Tasmaqambetov 1997-ci ildə Qazaxıstan Respublikasının təhsil və mədəniyyət naziri vəzifəsinə təyin edilib. 1997-1998-ci illərdə Qazaxıstan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini - Administrasiyanın təşkilat-nəzarət şöbəsinin müdiri olub. 1998-1999-cu illərdə Qazaxıstan Respublikası Prezidentinin birinci köməkçisi vəzifəsini icra edib. 2002-2003-cü illərdə Qazaxıstan Respublikasının Baş naziri təyin edilib. 2004-cü ildə Qazaxıstan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri olub. 2014-cü ildə Qazaxıstanın müdafiə naziri təyin edilib. 2017-2019-cu illərdə Qazaxıstan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri işləyib. 18 dekabr 2019-cu il tarixində Qazaxıstan Respublikası Prezidentinin Fərmanı ilə İ.N.Tasmaqambetov Qazaxıstan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilib və təqaüdə göndərilib. Bütün bu faktlar isə onu deməyə əsas verir ki, yeni baş katib regionu yaxından tanıyır və qurum üzvü olan ölkələrlə də müəyyən yaxınlığa malikdir.
Paşinyanın növbəti məyusluğu
KTMT sammitində Ermənistan və Azərbaycan sərhədində sülhməramlıların mandatı mövzusuna da toxunulub. Bunu Kremlin mətbuat katibi Dmitri Peskov İrəvanda jurnalistlərə açıqlamasında bildirib. O qeyd edib ki, Rusiya İrəvanla Bakı arasında münasibətlərin nizamlanmasına yardım etməkdə davam edəcək. İlin sonuna qədər sülh müqaviləsinin imzalanmasının mümkünlüyü haqqında danışan Kremlin sözçüsü bildirib ki, heç kim onun bağlanmasını müəyyən bir tarixə təyin etməyə çalışmır: “Əsas odur ki, imzalansın, dayanıqlı və etibarlı sənəd olsun”.
Bununla belə, Ermənistanın KTMT-nin “fiakskoya uğramış bir təşkilat” kimi dəyərləndirməsi də Peskovun nəzərindən qaçmayıb. O deyib ki, Ermənistanın Baş naziri dar tərkibdə çıxış edərək KTMT-nin Ermənistanla Azərbaycan arasındakı vəziyyətlə bağlı işini daha çox fiasko kimi şərh etməyə hazır olduğunu bildirib. “Bu, erməni tərəfinin nöqteyi-nəzəridir, vəziyyəti bu cür qiymətləndirmək erməni tərəfinin haqqıdır”, - deyə Rusiya Prezidentinin sözçüsü vurğulayıb. Bu isə o deməkdir ki, KTMT Ermənistanın Azərbaycana qarşı hazırladığı təbliğat kampaniyasının ssenarisində yer almayacaq. Başqa sözlə, Ermənistan dəyərləndirməsini “özünə saxlamaq” məcburiyyətindədir. Digər ölkələrin bu mövqeyi bölüşməməsi İrəvanı yenə də məyus etdi...
Ermənistan bəyannaməni imzalamayıb - səbəb isə...
Yeri gəlmişkən, Ermənistan KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının (KTŞ) bəyannaməsini imzalamaqdan imtina edib. Bu barədə Ermənistan Baş nazirinin saytında bildirilib. “KTMT KTŞ-nin Bəyannaməsi və Ermənistan Respublikasına yardımın göstərilməsi üzrə birgə tədbirlər haqqında” layihəsi yetərincə işlənməyib və bu formada, bütün hörmətimlə, mən bu sənədləri imzalamağa hazır deyiləm”, - Ermənistanın Baş naziri Nikol Paşinyan qeyd edib.
Nikol Paşinyan bəyan edib ki, mətndə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə aydın siyasi qiymət verilmir və bu, KTMT-nin müttəfiqlik öhdəliklərindən imtina etməsi və Azərbaycan tərəfindən Ermənistana “təcavüz” üçün yaşıl işıq kimi şərh edilməsi anlamına gələ bilər.
Göründüyü kimi, Ermənistanın KTMT “oxu” növbəti dəfə “daşa dəydi”. Rəsmi İrəvanın əsas cəhdləri guya Azərbaycanın Ermənistan torpaqlarına “təcavüz etməsi” görüntüsü yaratmaq və bununla da KTMT-ni ölkəmizə qarşı qoymaqdır. Amma bu cəhdləri də boşa gedən Paşinyan demək olar ki, KTMT-nin hərbi yardımından birdəfəlik əlini üzdü. Bu səbəbdən də, Ermənistan Respublikasına yardımın göstərilməsi üzrə birgə tədbirlər haqqında” layihəni də imzalamaqdan imtina etdi.
Putin-Paşinyan görüşünün pərdəarxası - Ermənistan KTMT-də qaldı
Tədbirdə ən diqqətçəkən məqamlardan biri iclasdan sonra Paşinyan ilə Rusiya prezidenti Vladimir Putin arasında keçirilən görüş olub. Görüşlə bağlı yayılan rəsmi məlumatda bildirilir ki, Paşinyan Rusiya ilə Ermənistan arasında münasibətlərin müttəfiqlik xarakteri daşıdığını, qədim və dərin köklərə malik olduğunu deyib. Görüşdə Putin Paşinyanı Ermənistanın KTMT sədrliyini uğurla başa çatdırması münasibətilə təbrik edib. Rusiya lideri qeyd edib ki, “bütün məsələlərlə bağlı razılığa gəlmək nadir hallarda baş versə də, ümumilikdə görülən iş çox intensiv və faydalı olub”.
Bir sıra siyasi ekspertlər İrəvan toplantısını Ermənistanın KTMT-dəki gələcəyini müəyyənləşdirəcək faktor kimi dəyərləndirirdi. Paşinyanın inciklikləri, hətta KTŞ-nin bəyannaməsini imzalamaması isə bu ölkənin KTMT-dən çıxacağını belə aktuallaşdırırdı. Amma, deyəsən, proses heç də Paşinyanın “ssenarisi” üzrə davam etməyib. Belə ki, Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında qalacaq: “Ermənistan, sözsüz ki, KTMT-də qalacaq. Bütün çətinliklərə, hər şeyin razılaşdırılmağa nail olunmamasına baxmayaraq Ermənistan KTMT-də qalacaq. Tədbir bütün mürəkkəbliyinə baxmayaraq, liderlərin çıxışları zamanı hər şeyin razılaşdırılmamasına baxmayaraq bu formatın aktuallığını, KTMT-nin aktuallığını və həyati qabiliyyətini bir daha təsdiqlədi”.
Demək ki, KTMT-dən çıxmaq, başqa sözlə, üzünü Qərbə tərəf tutmaq istəyi Ermənistan üçün yenidən “mürəkkəbləşir”. Kremlin qəti şəkildə İrəvanın qurumda qalacağı fikrini irəli sürməsi, bu məsələdə iradənin Paşinyandan və ya Ermənistandan asılı olmadığını bir daha nümayiş etdirdi.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSosial
30 Oktyabr 00:16
İqtisadiyyat
29 Oktyabr 23:36
Dünya
29 Oktyabr 23:18
İqtisadiyyat
29 Oktyabr 22:38
Dünya
29 Oktyabr 22:16
İdman
29 Oktyabr 21:42
Dünya
29 Oktyabr 21:30
Sosial
29 Oktyabr 21:18
Sosial
29 Oktyabr 20:51
İdman
29 Oktyabr 20:33
Maraqlı
29 Oktyabr 20:16
YAP xəbərləri
29 Oktyabr 20:10
Dünya
29 Oktyabr 19:50
İqtisadiyyat
29 Oktyabr 19:32
Maraqlı
29 Oktyabr 19:15
Gündəm
29 Oktyabr 19:13
YAP xəbərləri
29 Oktyabr 19:00
YAP xəbərləri
29 Oktyabr 18:09
Dünya
29 Oktyabr 17:32
Maraqlı
29 Oktyabr 16:58
Gündəm
29 Oktyabr 16:56
Sosial
29 Oktyabr 16:50
Dünya
29 Oktyabr 16:24
YAP xəbərləri
29 Oktyabr 16:03
Dünya
29 Oktyabr 15:42
Dünya
29 Oktyabr 15:19
YAP xəbərləri
29 Oktyabr 15:07
Dünya
29 Oktyabr 14:55
YAP xəbərləri
29 Oktyabr 14:45
Sosial
29 Oktyabr 14:43
Dünya
29 Oktyabr 14:20
YAP xəbərləri
29 Oktyabr 14:01
Sosial
29 Oktyabr 13:58
Gündəm
29 Oktyabr 13:57
Xəbər lenti
29 Oktyabr 13:55
Sosial
29 Oktyabr 13:53
Dünya
29 Oktyabr 13:51
Dünya
29 Oktyabr 13:49
Dünya
29 Oktyabr 13:25
YAP xəbərləri
29 Oktyabr 13:08
Sosial
29 Oktyabr 13:03
Dünya
29 Oktyabr 12:51
Dünya
29 Oktyabr 12:30
Maraqlı
29 Oktyabr 12:17
Siyasət
29 Oktyabr 11:47
Siyasət
29 Oktyabr 11:45
Siyasət
29 Oktyabr 11:26
Siyasət
29 Oktyabr 11:19
Sosial
29 Oktyabr 11:15
Hadisə
29 Oktyabr 11:14
İqtisadiyyat
29 Oktyabr 11:13
İqtisadiyyat
29 Oktyabr 11:12
Siyasət
29 Oktyabr 10:58
İqtisadiyyat
29 Oktyabr 10:32
Siyasət
29 Oktyabr 10:14
Ədəbiyyat
29 Oktyabr 09:51
Siyasət
29 Oktyabr 09:38
Analitik
29 Oktyabr 09:17
Analitik
29 Oktyabr 09:14
Analitik
29 Oktyabr 09:13
Sosial
29 Oktyabr 08:56
MEDİA
29 Oktyabr 08:31
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:09
Sosial
29 Oktyabr 07:47
Dünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30

