Xomeyni kultunun dağılması, sanksiya, təhdid, “qara siyahı”...
14.12.2022 [11:02]
İran necə dağılır?
Mübariz ABDULLAYEV
Əvvəllər də xoş məcrada inkişaf etməyən İran - ABŞ və Avropa İttifaqı (Aİ) münasibətləri son vaxtlarda daha da gərginləşib. Belə ki, Qərbdə İran rejiminin apardığı siyasət sərt şəkildə tənqid olunur. Eyni zamanda İran da ABŞ-ın və Avropa İttifaqının ünvanına kifayət qədər kəskin mesajlar ünvanlayır. Belə qarşılıqlı təhdid ritorikası sanksiyalarla müşayiət olunur. İndiki halda İranla kollektiv Qərb arasında gərginliyin yeni fazaya yüksəlməsi iki mühüm amil fonunda müşahidə edilir. Bunlar aşağıdakılardır:
1.İranda artan daxili gərginlik
2. İranın Rusiyaya pilotsuz uçuş aparatları satması
ABŞ-dan gələn sanksiyalar
Kollektiv Qərb İran hakimiyyətini ölkədə insan haqlarını pozmaqda ittiham edir. İran rejiminin davranışlarında Qərbi narazı salan digər məqam isə bu ölkənin Rusiyaya pilotsuz uçuş aparatları tədarük etməsi ilə bağlıdır. İlk vaxtlarda İran tərəfi Rusiyaya bəhs olunan silahları satmadığını iddia etsə də, sonradan əldə olunan faktlar tərəddüdlərə yer qoymadı. Qərb ölkə daxilində insan haqlarının pozulmasına və Rusiyaya silah satışına görə İran rejimini sərt sanksiyalarla cəzalandırmaq siyasətini davam etdirmək qərarına gəlib. Sanksiyaların tətbiqi istiqamətində ilk addımı ABŞ atıb. Bu ölkə İranın ayrı-ayrı şirkətlərini sanksiyalar siyahısına daxil edib. Bu barədə məlumat verən dövlət katibi Antoni Blinken vurğulayıb: “İranın Ukraynaya qarşı müharibədə Rusiyaya verdiyi dəstəyə, o cümlədən Tehranın Moskva tərəfindən mülki infrastrukturu və şəhərləri vurmaq üçün istifadə etdiyi dronları Rusiyaya çatdırmasına cavab olaraq İrana sanksiyalar tətbiq edirik. Sanksiya qərarı Dövlət katibliyi və Xəzinədarlıq tərəfindən qəbul edilib. İranın Rusiyaya tədarük etdiyi PUA-ları istehsal edən və onları Rusiyaya çatdıran 3 İran şirkətini sanksiyalar siyahısına əlavə etdik. Bunlar İran İnqilab Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələri, Mohajer-6 PUA istehsal edən Kuds Aerospace Industries və Rusiya qüvvələrinin Kiyev, Odessa və Xarkov vilayətlərinə son hücumlarda istifadə etdiyi Şahed-136 Kamikadze PUA-ları buraxan Şahed Aviasiya Sənayesi Araşdırma Mərkəzidir”.
Blinken İranın pilotsuz uçuş aparatlarından istifadə edən Rusiyanın özəl təhlükəsizlik şirkəti olan Vaqnerə də sanksiya tətbiq etdiklərini diqqətə çatdırıb. ABŞ rəsmisi siyahıya PUA-ların Vaqnerə satışında rol oynamış Abbas Cuma və Tiqran Xristoforoviç Srabionovun da daxil edildiklərini bildirib.
İran Avropa İttifaqının hədəfində
Avropa İttifaqı İrana qarşı sanksiyaları mərhələlərlə reallaşdırır. Bundan əvvəl Aİ İranda etirazların yatırılmasına görə 11 şəxs və 4 təşkilata qarşı sanksiya tətbiq etmişdi. Xüsusilə də, İranın əxlaq polisi Aİ-nin sanksiyalarına məruz qalıb. Aİ-nin cənub qonşumuza qarşı hazırladığı yeni sanksiyalar paketinin əhatə dairəsi isə daha genişdir. İrana qarşı sanksiyalar həm Aİ tərəfindən, həm də ayrı-ayrı ölkələr tərəfindən fərdi qaydada hazırlanıb. Verilən məlumatlarda Avropa İttifaqının İranın Rusiyaya PUA verməkdə şübhəli bilinən dörd şirkətini “qara siyahı”ya saldığı qeyd edilib. Yeni sanksiyalar İranda etiraz aksiyalarının yatırılmasında iştirak etdiyinə görə 21 fiziki və hüquqi şəxsə şamil ediləcək, daha 10 nəfər Rusiyaya pilotsuz uçuş aparatlarının tədarükü ilə bağlı məhdudiyyətlərə məruz qalacaq. “Avropa İttifaqı etirazlarla bağlı vəziyyətə və Rusiyaya hərbi dəstəyə görə İrana qarşı çox sərt sanksiyalar tətbiq edəcək”. Bunu Avropa İttifaqının xarici siyasət xidmətinin rəhbəri Jozep Borrel Aİ Şurasının xarici işlər nazirləri səviyyəsində iclası ərəfəsində deyib. “İrana qarşı çox sərt sanksiyalar tətbiq edəcəyik. İranlı qadınların və dinc etirazların dəstəklənməsi üçün istənilən tədbiri görəcəyik”, - deyə Borrel bildirib. Onun sözlərinə görə, Aİ İranda iki nəfərin edam olunmasını qınayır və bunu Tehranın nəzərinə çatdırıb. Aİ rəsmisi yeni sanksiyaların, həmçinin İranın Rusiyaya hərbi dəstəyi ilə bağlı olduğunu nəzərə çatdırıb.
Eyni zamanda Britaniya da İranın rabitə və güc strukturlarına qarşı sanksiyalar tətbiq edib. Sanksiya siyahısına İranın informasiya və kommunikasiya texnologiyaları naziri İsa Zarepur, kiberpolis rəhbəri Nasser Məcidi və müxtəlif hüquq-mühafizə orqanlarının regional bölmələrinin rəhbərləri daxil edilib. Siyahıda ümumilikdə 24 nəfərin adı var. Bu sanksiyalar İranda insan hüquqlarının pozulmasına görə məsul şəxslərə qarşı tətbiq edilir. Almaniyanın xarici işlər naziri Annalena Berbuk bildirib ki, bu sanksiyalarla Aİ Tehrandakı İran rejiminə yeni, birmənalı siqnal göndərir. “İnsan haqları bölünməzdir. İran İslam İnqilabı Keşikçiləri Korpusunun güc dairəsinə və onun maliyyələşməsinə təsir edən növbəti sanksiyalar paketini yenicə qəbul etdik.
16 dövlətlə birgə biz İranda baş verən cinayətləri BMT İnsan Haqları Şurasının gündəliyinə salmağı bacardıq. Nə Tehranda, nə Məşhəddə, nə də İsfahanda heç kim törədəcəyi cinayətlərin nəticəsiz qalacağına inanmamalıdır. Avropa və dünya baş verənləri izləyir, biz izləməyə davam edəcəyik və daha çox sanksiya siyahısı hazırlayacağıq”, - deyə, Annalena Berbuk bildirib.
İranın kollektiv Qərbi “cəzalandırması”
Molla rejimi isə Qərb ölkələrini öz KİV-lərində təxribatçı, anti-İran xarakterli mesajlar yaymaqla yanaşı, ölkədə hakimiyyəti devirməyə çağıran etirazçıları dəstəkləməkdə ittiham edir. Bu ölkə də kollektiv Qərbi sanksiyalarla “cəzalandırmaq” qərarına gəlib. Bəs molla rejimindən Aİ ölkələrinə qarşı elan olunan sanksiyaların “qara siyahısı”nda kimlər var? Verilən məlumata görə, İran Avropa İttifaqı ölkələrində fəaliyyət göstərən 5 qurum və 10 şəxsə qarşı sanksiyalar tətbiq edib. Sanksiya siyahısına daxil edilən şəxslər arasında Almaniya Hərbi Hava Qüvvələri və Ramşteyn Hava Bazasının kommunikasiya komandanı Michael Trautermann, Almaniyanın İraqdakı qüvvələrinin komandanı, polkovnik Holger Kunkel, Avropa Ədalət Məhkəməsinin vəkili Erik David, Fransalı diplomat və siyasətçi Bernard Kuşner, Avropa Parlamentinin üzvü Hanna Neumann, Almaniya Parlamentinin keçmiş sədri Rita Sussmuth, Almaniya Parlamentinin keçmiş vitse-prezidenti Klaudiya Rot, keçmiş deputatlar Volker Bek və Norbert Lammert və Almaniyanın keçmiş müdafiə naziri Kramp Karrenbauer var.
Sanksiya siyahısında olan qurumlar arasında isə fars dilində yayımlanan, Çexiyada fəaliyyət göstərən “Radio Ferda”, Hollandiyada fəaliyyət göstərən “Radio Zamane”, Fransanın “Charlie Hebdo” jurnalı, İran-İraq müharibəsi zamanı İraqa kimyəvi silah istehsalında rol oynayan Almaniya mərkəzli Water Engineering Trading GmbH (WET) və Gidlemeister Projekta GmbH şirkətləri yer alıb. Sanksiyalara viza qadağası, İrana giriş yasağı, həmçinin sözügedən şəxs və qurumların İrandakı bütün aktivlərinin müsadirəsi daxildir. İran Xarici İşlər Nazirliyinin sanksiyalarla bağlı yaydığı məlumatda vurğulanıb: “Qəsdən və planlı şəkildə ölkədə terrorizmi dəstəkləyən, İranda insan hüquqlarının pozulmasına səbəb olan terror və zorakılığı, nifrət və qəzəbi qızışdıran, onları təşviq etməklə ölkədə üsyan və iğtişaşlara səbəb olanlara sanksiyalar tətbiq edilib”.
İranın kollektiv Qərbə qarşı sanksiyalar elan etməsi məsələnin yalnız bir tərəfidir. Sual isə başqadır: Bu sanksiyalar hansı səmərəni verəcək? Belə sanksiyalarla Qərbi zəiflətmək mümkün olacaqmı? Çətin suallardır. Bəri başdan demək mümkündür ki, İran dişsiz sanksiyalar? ilə Qərbin hansısa bir planını pozmağa əsla nail olmayacaq.
Qonşulara əzələ nümayişi
Uzaq Qərbə barmaq silkələyən İran qonşularına da əzələ nümayiş etdirmək niyyətindədir. Belə ki, indiyədək özünü “qonşularının böyük dostu” adlandıran İran bu dəfə qonşularına da “gücünü” göstərmək xülyası ilə gündəmə gəlib. Belə ki, bu ölkənin vitse-spikeri Əli Nikzad “bəzi qonşuların” bostanına daş ataraq onlara özünün ismarıclarını ünvanlayıb: “İranın bəzi qonşuların ambisiyalarına cavabı onlar üçün güclü, əzici və təəssüfləndirici olacaq”.
Yerli KİV-in məlumatına görə, Əli Nikzad İranı “qonşularının böyük dostu” adlandırıb. “Qonşularla qonşuluq siyasəti İranın xarici siyasətinin dəyişməz prinsipidir. İran qonşularının böyük dostu və dəstəkçisidir. İraq xalqının və hökumətinin İŞİD-in ölkəni vəhşicəsinə işğalına qarşı şiddətlə müdafiə etməsi İranın qonşularına qarşı xeyirxahlığının yaxşı nümunəsidir”.
Qonşularının təhlükəsiz və iqtisadi cəhətdən firavan olmasının İran üçün vacib olduğunu iddia edən molla rejiminin nümayəndəsi ad çəkmədən bölgə ölkələrini təhdid edib. Nikzad bildirib ki, hər hansı bir qonşu ölkəsinin suverenliyinə qarşı iddia irəli sürərsə, İranın cavabı güclü, əzici və təəssüfləndirici olacaq.
Görəsən, İran rejiminin rəsmisi bu hədələri hansı qonşu ölkəni nəzərdə tutaraq dilə gətirib? İranın özünü qonşu ölkələrin “böyük dostu” kimi qələmə verməsinə rəğmən, bu dövlətin qonşuluq siyasətində ilk növbədə ziddiyyətli məqamlar diqqət çəkir. Məsələn, başa düşülmür ki, nə üçün İran regionu 30 il ərzində təhdid altında saxlayan Ermənistana davamlı dəstək göstərir? Hansı səbəbdəndir ki, bu ölkə Azərbaycanın və Türkiyənin sıx əməkdaşlığına qısqanclıq münasibətləri sərgiləyir? İran nə üçün regionda ölkəmizin liderliyi ilə Zəngəzur dəhlizinin yaradılmasını “sərhədlərin dəyişdirilməsi” anlamında təqdim etməyə uğursuz cəhdlər göstərir? Suallar çox, cavablar isə yoxdur. Bütün bu kimi suallar İran rejiminin “səmimi” qonşuluq siyasətinin üstünə kölgə salır.
Xomeyninin adını daşıyan mədrəsəyə od vuruldu
İranın Qərbə və qonşulara güc nümayişi fonunda bu ölkədə imam Xomeyninin adını daşıyan dini-elmi mədrəsəyə od vurulması diqqət çəkməyə bilməz. Hadisə barədə “Azad İran” telegram kanalında məlumat verilib. Mədrəsənin azadlıqsevərlər tərəfindən yandırıldığı bildirilir.
Oxşar hadisələr bundan əvvəl də baş vermişdi. Belə ki, ölkə boyunca davam edən iğtişaşlarda Xomeyninin şəklinin yandırılması adi hala çevrilib. Eyni zamanda, narazı gənclər Xomeyn şəhərində Xomeyninin evinə “Molotov kokteyli” ataraq yandırıblar.
Bu kimi faktlar İran rejiminin əzələ nümayiş etdirmək gücündən çox uzaq olduğunu təsdiqləyir. İki aydır ki, davam edən qarşıdurmalarda İranın yalnız fiziki itkilər verdiyini düşünmək sadəlövhlük olardı. Xomeyni İranda indiki rejimin banisidir. Bəhs olunan yanğınlar, nəhayət, ölkədə Xomeyni kultunun dağılması, beləliklə də, molla rejiminin ideoloji əsaslarının sarsılması anlamına gəlir ki, bu da hər hansı bir fiziki dağıntıdan daha təhlükəlidir.
Xəbər lenti
Hamısına baxSosial
30 Oktyabr 00:16
İqtisadiyyat
29 Oktyabr 23:36
Dünya
29 Oktyabr 23:18
İqtisadiyyat
29 Oktyabr 22:38
Dünya
29 Oktyabr 22:16
İdman
29 Oktyabr 21:42
Dünya
29 Oktyabr 21:30
Sosial
29 Oktyabr 21:18
Sosial
29 Oktyabr 20:51
İdman
29 Oktyabr 20:33
Maraqlı
29 Oktyabr 20:16
YAP xəbərləri
29 Oktyabr 20:10
Dünya
29 Oktyabr 19:50
İqtisadiyyat
29 Oktyabr 19:32
Maraqlı
29 Oktyabr 19:15
Gündəm
29 Oktyabr 19:13
YAP xəbərləri
29 Oktyabr 19:00
YAP xəbərləri
29 Oktyabr 18:09
Dünya
29 Oktyabr 17:32
Maraqlı
29 Oktyabr 16:58
Gündəm
29 Oktyabr 16:56
Sosial
29 Oktyabr 16:50
Dünya
29 Oktyabr 16:24
YAP xəbərləri
29 Oktyabr 16:03
Dünya
29 Oktyabr 15:42
Dünya
29 Oktyabr 15:19
YAP xəbərləri
29 Oktyabr 15:07
Dünya
29 Oktyabr 14:55
YAP xəbərləri
29 Oktyabr 14:45
Sosial
29 Oktyabr 14:43
Dünya
29 Oktyabr 14:20
YAP xəbərləri
29 Oktyabr 14:01
Sosial
29 Oktyabr 13:58
Gündəm
29 Oktyabr 13:57
Xəbər lenti
29 Oktyabr 13:55
Sosial
29 Oktyabr 13:53
Dünya
29 Oktyabr 13:51
Dünya
29 Oktyabr 13:49
Dünya
29 Oktyabr 13:25
YAP xəbərləri
29 Oktyabr 13:08
Sosial
29 Oktyabr 13:03
Dünya
29 Oktyabr 12:51
Dünya
29 Oktyabr 12:30
Maraqlı
29 Oktyabr 12:17
Siyasət
29 Oktyabr 11:47
Siyasət
29 Oktyabr 11:45
Siyasət
29 Oktyabr 11:26
Siyasət
29 Oktyabr 11:19
Sosial
29 Oktyabr 11:15
Hadisə
29 Oktyabr 11:14
İqtisadiyyat
29 Oktyabr 11:13
İqtisadiyyat
29 Oktyabr 11:12
Siyasət
29 Oktyabr 10:58
İqtisadiyyat
29 Oktyabr 10:32
Siyasət
29 Oktyabr 10:14
Ədəbiyyat
29 Oktyabr 09:51
Siyasət
29 Oktyabr 09:38
Analitik
29 Oktyabr 09:17
Analitik
29 Oktyabr 09:14
Analitik
29 Oktyabr 09:13
Sosial
29 Oktyabr 08:56
MEDİA
29 Oktyabr 08:31
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:09
Sosial
29 Oktyabr 07:47
Dünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30

