Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Vardanyan və 3 ...

Vardanyan və 3 ...

16.12.2022 [11:02]

araik, nikol, vitali

Hər kəs özünün hayında...

2020-ci ilin 10 noyabr üçtərəfli Bəyanatı Qarabağ münaqişəsinin bitdiyini elan etdi. Beləliklə, imzalanan razılaşmada öz əksini tapan müddəalar Azərbaycan torpaqlarındakı erməni işğalının sona yetdiyini təsdiqlədi - Ermənistanın kapitulyasiya sənədini imzalaması və özünün silahlı birləşmələrinin Azərbaycan torpaqlarından çıxarılması ilə bağlı öhdəlik götürməsi bunu açıq şəkildə göstərir. Amma...

Münaqişənin bitməsindən ötən iki ildən artıq zaman kəsiyində Ermənistan bu öhdəliyinə riayət etmir. Nəinki erməni silahlıları Qarabağdan çıxarılmır, əksinə, onların silah-sursatla təmin olunması istiqamətində fəal iş aparılır.

Son proseslər isə vəziyyəti daha da dramatikləşdirib. Azərbaycanın Qarabağda milli sərvətlərin talan edilməsinin qarşısını almaq istiqamətində qəti addımları Ermənistanı da, onun Qarabağdakı “canişinlərini” də təşvişə salıb. Hər kəs bilir ki, Azərbaycan qarşısına bir məqsəd, hədəf qoydusa, mütləq o məqsədə doğru irəliləyəcək. Bu baş verənlərdən isə Qarabağ cinayətkarları - separatçı rejimin başbilənləri həm başlarını itiriblər, həm də bacardıqca daha çox öz şəxsi məqsədləri üçün “işləməyə” çalışırlar. Məsələn...

Araikin Fransa “ümidi” də boşa çıxdı

Separatçıların rəhbəri Araik Arutyunyanın son “çırpıntısı” olan Avropa “turnesi” işə yaramadı. Hətta Fransada onun qondarma rejim başçısı kimi təqdim edilməsi belə vəziyyəti dəyişmədi - heç bir Avropa təsisatı bu təqdimatı ciddi qəbul etmədi. Kor-peşman geri qayıdan Araik dəqiq bilir ki:

- Son bir ildə gedən proseslərdən çıxan nəticə budur ki, Paşinyan Araiki qorumaq gücündə deyil. Nə qədər israr etsə də, separatçıları danışıqlar masasında tərəfə çevirə bilməyən Paşinyan Azərbaycanın tələbləri qarşısında tərk-silah olunub;

- Əgər hər hansı bir yeni hərbi qarşıdurma başlayarsa, Araik və dəstəsi bu dəfə Azərbaycanın qarşısında tək qalacaq. Artıq Ermənistan onların fəal dəstəkçisi qismində çıxış edə bilməyəcək;

- Ermənistan nəinki Qarabağ separatçılarının, hətta özünün problemlərini həll etmək iqtidarında deyil. Rəsmi İrəvan özü bəzi xarici güclərin ümidinə qalıb. Bunun ən bariz göstəricisi isə sülh danışıqlarının Brüssel formatında Makronun da iştirak etməsi ilə bağlı istəyin dilə gətirilməsi idi.

Bu nöqteyi nəzərdə Araik Arutyunyan “meydanda” tək qaldığını anlayır. Artıq Azərbaycan Xankəndinin bir addımlığında qərar tutub. Separatçılar onu da anlayırlar ki, indiki məqamda Ermənistandan Laçın yolu ilə də heç nə keçirə bilməyəcəklər. Araikin məhz Fransaya üz tutması da Paşinyandan üz çevirməsinin, yəni yeni “separatizmin” işartılarıdır. Araik artıq Paşinyanın kurasiyasında olmadığını bəyan etmək üçün Parisə yollanmışdı və ümid edirdi ki, Makron “bacısının bacısına” kömək edə bilər. Amma Parisdən dönəndən sonra baş verənlər göstərir ki, Fransa da bu məsələdə acizdir.

Arutyunyan niyə Qarabağa qayıtmaq istəmir?

Araik Arutyunyanın “artsax respublikası” ərazisində “hərbi vəziyyət” elan etməsi isə gülüncdür. Birincisi, hansı haqq və statusla Araik bu addımı atır - axı, həmin ərazilər Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdir və həmin ərazilər həm de-fakto, həm də de-yure bütün dünya, o cümlədən Ermənistan tərəfindən Azərbaycan torpaqları kimi tanınır. İkinci bir tərəfdən, ortada 10 noyabr üçtərəfli razılaşması var və həmin razılaşmada Araikin təmsil olunduğu cinayətkar quldur dəstəsi haqda bir söz belə yoxdur...

Bu baxımdan, Araik Arutyunyanın “imzaladığı” qaralama özündən başqa heç kim üçün aktual sayıla bilməz. Bu şəxs Fransa səfərindən dönəndən sonra Qarabağa getmək belə istəmir. Düzdür, bu fakt Laçın yolundakı aksiya ilə əlaqələndirilir. Amma təbii ki, bu səbəb ola bilməz. Araik sadəcə Qarabağa qayıtmaq istəmir, orada onu hansı problemlərin gözlədiyini anlayır.

BMT-nin İrəvan ofisinin qarşısında fasiləsiz oturaq aksiyaya başladığını elan edən quldurbaşının BMT Təhlükəsizlik Şurasını (!) da işə qarışmağa çağırması isə bir başqa məzhəkədir. Həqiqətən də erməni xisləti tamam başqadır - 30 ilə yaxın BMT TŞ-nın qətnamələrini saya salmayan Araik indi BMT TŞ-dan cəfəng iddialarla imdad diləyir. Bu, BMT TŞ-nı öz qərarlarına hörmətsilik etməyə yönəlik bir çağırışdır.

Paşinyan batan gəmidən özünü xilas etməyə çalışır

Üçlü halqanın bəndlərindən biri olan Paşinyan da vəziyyətin hansı istiqamət üzrə inkişaf edəcəyini tam şəkildə dəqiqləşdirib. Onun ard-arda atdığı addımlar, verdiyi bəyanatlar bunu deməyə əsas verir. Məsələn, oktyabrın 6-da Praqada Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edən Paşinyan bir ay keçməmiş, dekabrın 3-də Xankəndidən (separatçıların olduğu ərazilərdən) ağır hərbi texnikanın böyük partiyasını çıxarmağı tapşırıb. Bu barədə erməni mediası yazıb. “Paşinyan çalışıb ki, Xankəndini tərk-silah etdiyini göstərsin. Lakin bu alçaldıcı addım Paşinyanı xilas edə bilmədi. Cəmi bir neçə həftə sonra Laçın dəhlizində aksiya keçirən azərbaycanlılar yolu bağladılar”, - məlumatda iddia edilir.

Bəli, Paşinyan da görür ki, yol bitir. İlin sonu yolun da sonunu gətirə bilər. Bu baxımdan, özünü xilas etmək üçün bütün mümkün qabaqlayıcı tədbirləri görməyə çalışır. Paşinyan anlayır ki, Qarabağdakı silahlı birləşmələrin ərazini tərk etməsinə lap az qalıb.

Ermənistan silahlı qüvvələri Baş Qərargahının keçmiş rəisi Movses Akopyan isə hazırkı vəziyyəti pis qiymətləndirir. “Onların heç biri Ermənistan hakimiyyətini və Qarabağdakıları (erməni separatçılar nəzərdə tutulur) diqqətə almır. Əsasən, 10 noyabr Bəyanatının icrası prosesi gedir. Bu sənədə görə, Qarabağ Azərbaycanın bir hissəsidir. Amma hər şey dəyişə də bilər. Dəyişikliyi kimin və hansı şəkildə edə biləcəyini isə bilmirəm”.

O bildirib ki, məsələ ilə bağlı BMT TŞ-yə Qarabağ separatçılarının müraciəti də heç bir nəticə verməyəcək. Ermənistan parlamentinin hakim partiyadan olan üzvü Qaqik Melkonyan isə deyib ki, Ermənistan Laçın dəhlizində yaranan situasiyaya müdaxilə edə bilməz və “bu, Ermənistanın işi deyil”. Hakim partiyanın başqa üzvü Ovik Ağazaryan isə Qarabağdakı separatçılara xitabən deyib: “Qarabağ erməniləri Ermənistan hökumətindən nə istəyirlər? Biz nə edək, Azərbaycana müharibə elan edək?”.

Paşinyanın partiyasının təmsilçilərinin bu cür açıq kontekstdə danışması isə bir faktı ortaya qoyur - Paşinyan artıq Qarabağ separatçıları ilə heç bir əlaqəsinin olmadığını bütün dünyaya göstərmək üçün hər yola əl atır...

Balasanyan, yoxsa “günah keçisi”...

O ki qaldı sonuncu “muşketyora” - separatçı-terrorçu rejimin “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyana, hazırda ən pis vəziyyətdə qalmış şəxsin o olduğunu demək mümkündür. Sözdə separatçıların sülhməramlı kontingentlə əlaqələr üzrə “koordinator”u kimi təqdim edilən Balansanyan nəyi, necə “müdafiə” edəcəyini anlamaq iqtidarında belə deyil. Son proseslər göstərir ki, separatçıların təzə rəhbəri Vardanyan Balasanyana etimad göstərmir. Səbəb isə bəllidir - Balasanyan birinci Qarabağ müharibəsindən qalanlardandır və yeni dönəmdə Vardanyanın oynadığı oyunları qəbul etmir. Amma özü də görür ki, situasiya tam şəkildə dəyişib - bu, bir daha onu təsdiqlə?ir ki, Balasanyan həm Araik Arutyunyan, həm də Ruben Vardanyanın ortaya qoyduğu “günah keçisi”dir...

Vardanyanın çin olmayan “arzuları”...

Vardanyana gəldikdə isə, onun Qarabağa haradan, necə və hansı məqsədlə, hətta cibində hansı sənədlə gəldiyi məlumdur. Rus xalqından oğurladığı milyardlarla pulu bir az da Qarabağdakı sərvətlər hesabına çoxaltmaq istəyən Vardanyanın bu oxu daşa dəydi. Qarabağa sırf gəlir mənbəyi kimi yanaşan Vardanyan düşünürdü ki, Ermənistan hələ mövcud situasiyanı uzada biləcək və sülh danışıqları da keçmiş münaqişə kimi illərlə uzanacaq. Bu illər ərzində isə Vardanyan Azərbaycanın sərvətlərini talan edərək daha da varlanacaq. Amma bu baş vermədi - Vardanyanın arzuları gerçəkləşmədi. Azərbaycan bu gün mövqeyini qəti şəkildə ortaya qoyub - qızıl yataqlarının monitorinqini tələb edir. Çünki Vardanyanın hansı xarici şirkətlərlə əlbir olması, qızıl yataqlarından çıxan sərvətləri necə taladığı ən kiçik detallarına qədər bəllidir. Bu isə Vardayanın heç bir çıxış yolu olmadığını bir daha təsdiqləyir...

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 549 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

100 dollarlıq "akademik"…

30 Oktyabr 00:16  

YAP xəbərləri

Dünya

Siyasət

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

İlk dəfə...

29 Oktyabr 10:32

Ədəbiyyat

Siyasət

Analitik

Sosial

Görünməz təhlükə!

29 Oktyabr 08:56

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31