Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / BMT TŞ-ya “yeni nəfəs”

BMT TŞ-ya “yeni nəfəs”

14.02.2023 [10:19]

Afrika, Latın Amerikası və Karib hövzəsi...

Proses Vaşinqtondan tənzimlənir

Son dövrlərdə artan kataklizmlər qlobal təhlükəsizliyə açıq təhdid yaradır. Dünyanın əksər bölgələrində hərbi qarşıdurmalar müşahidə olunmaqdadır. Təəssüf ki, sülhün bərqərar olunmasına xidmət göstərməli olan beynəlxalq platformalar dərin susqunluq içindədir - bu qurumların əksəriyyəti öz məsuliyyətlərini həmin hadisələrlə bağlı qətnamələr qəbul etməklə bitmiş sayırlar. Məsələn, BMT-nin son illərdəki fəaliyyətində mütləq geriləmələrin müşahidə olunduğu ilk baxışdan bəllidir. Hətta son Ukrayna-Rusiya qarşıdurması zamanı  BMT vasitəçilik missiyasını belə uğurla yerinə yetirə bilmədi və bu, qurum daxilində mühüm reformların gərəkdiyini ortaya qoydu. 

Yaranan vəziyyət nonsesdir. Aktiv müharibələrin getdiyi, günahsız insanların öldürüldüyü bir zamanda, siyasi qütblərin daha kəskin və təhlükəli müharibələr haqda anonslar səsləndirdiyi vaxtda BMT susur, proseslərə müdaxilə etmək istəmir, əksinə kənardan izləyici funksiyasında dayanmağa üstünlük verir. Bu isə paradoksal vəziyyət yaradır. Ortaya bəzi versiyalar çıxır - ya BMT maraqların döyüşündə tərəf olmaq istəmir, ya da artıq tərəfdir və ya qurum daxilində inqilabi dəyişikliklərə ehtiyac duyulur. Çünki hazırda BMT Təhlükəsizlik Şurasının fəaliyyəti iflic duruma düşüb desək, yanılmarıq. İrəli sürülən bütün qərarlara bu və ya digər şəkildə veto qoyulur. Bu isə nəticədə qərarsızlıq mühitinin formalaşmsına yol açır.

Baydenin Afrikadan sonra yeni hədəfi - Latın Amerikası və Karib hövzəsi

Yeri gəlmişkən, ABŞ Prezidenti Cozef Bayden və onun braziliyalı həmkarı Luis İnasiu Lula da Silva BMT Təhlükəsizlik Şurasının islahatı ideyasını dəstəkləyib. Bu barədə iki ölkə liderinin Vaşinqtonda keçirilən görüşünün nəticələrinə dair Ağ evin mətbuat xidmətinin dərc etdiyi birgə bəyanatda deyilir. Prezidentlərin fikrincə, Afrika, Latın Amerikası və Karib hövzəsi ölkələrinə daimi üzv statusu verərək Təhlükəsizlik Şurası heyətinin genişləndirilməsi təhlükəsizlik üzrə daha aktual məsələlərə effektiv reaksiya imkanlarının artıracaq. Bir müddət öncə BMT-nin Baş Assambleyasının 77-ci sessiyasına sədrlik edən Çaba Köröşi də Təhlükəsizlik Şurasının daha effektiv fəaliyyət göstərməsi üçün müvafiq islahatların tərəfdarı olduğunu bildirmişdi.

Xatırladaq ki, ötən ilin dekabrında Vaşinqtonda keçirilən Afrika liderlərinin sammitində prezident Bayden Afrika İttifaqını “Böyük İyirmiliy”ə (G20) daimi üzv kimi qoşulmağa çağırmışdı. Bayden Afrika xalqlarını bütün dünyaya fayda verə biləcək tərəqqinin əldə edilməsində vacib tərəfdaş adlandırmışdı. O, həmçinin ötən ilin sentyabrda BMT Baş Assambleyasında Birləşmiş Ştatların Təhlükəsizlik Şurasında islahatların aparılması və ona daimi əsasda Afrika nümayəndəsinin daxil edilməsi ideyasını da irəli sürmüşdü. İndiki halda Latın Amerikası və Karib hövzəsi ölkələrinin də “bu siyahıya” əlavə olunması mühüm irəliləyişlərdən xəbər verir.

“Müti müttəfiqlik” və ya yeni hərbi baza...

Afrika ilə bağlı məsələ bəlli məsələdir. ABŞ-ın dünyada tək qütbə çevrilmək uğrunda mübarizəsi artıq ikinci fazaya daxil olur. Belə demək mümkündürsə, 2022-ci il əsas rəqiblərlə - Rusiya və Çinlə müxtəlif istiqamətli mübarizələrlə yadda qaldısa, 2023-cü il fərqli status daşıya bilər. 2023-cü ilin 29-30 mart tarixlərində keçiriləcək ikinci Demokratiya Sammitinin ev sahiblərinin sırasında Zambiyanın da yer alması isə təsadüfi sayıla bilməzdi. Demək ki, artıq Afrika qitəsi ölkələri də “demokratikləşmə” prosesindən öz “paylarını” alacaqlar. Eyni zamanda, bu proses Afrikanın beynəlxalq aləmlə münasibətlərinə də “aydınlıq” gətirə və yeni ştrixlər əlavə edə bilər ki, burada BMT TŞ-da təmsilçilik də mühüm amillərdən sayılır.

ABŞ həm də Yaxın Şərqin bir addımlığında yerləşən Afrikaya özünün yeni hərbi bazası kimi baxmaq niyyətindədir. Nəzərə alınmalıdır ki, Avropada NATO, Uzaq Şərqdə AUKUS kimi təşkilatlar vasitəsilə hərbi nizamı əlində saxlayan Vaşinqton Yaxın Şərq və Afrika regionunda o qədər də güclü deyil. Daha doğrusu, stabil hərbi üstünlüyə malik deyil. Bunun təmin edilməsi üçün isə, güclü və dayanıqlı müttəfiqlər vacib şərtdir. Bu “müttəfiqin” isə BMT TŞ kimi mühüm bir qurumun üzvü olması daha yüksək əlaqələr deməkdir. Ən əsası isə ABŞ artıq “müti müttəfiqlik” yolunda mühüm bir yol da qət edib - hərbi müttəfiqə çevrilə biləcək hakimiyyətlərin bəziləri “ərəb baharı” ilə, başqa sözlə “Vaşinqtonun xeyir-duası” ilə formalaşdırılıb. Bu isə ABŞ-a həmin dövlətlərin ərazisində rahat şəkildə davranmağa imkan yaradır. Eyni zamanda, BMT TŞ-da qəbul ediləcək qərarlarda bir səs üstünlüyü də formalaşdırır.

Latın Amerikası Rusiyanın alternativi rolunda

Latın Amerikası və Karib hövzəsinə gəldikdə isə, ABŞ-ın buradakı maraqları da diqqətçəkəndir. İlk növbədə Latın Amerikası və Karib hövzəsi dünyanın mühüm enerji mənbələrindən birini təşkil edir. Rusiya ilə qarşıdurma fonunda “yeni region” köhnə enerji təminatınçısını əvəz etmək qabiliyyətinə malikdir. Digər tərəfdən, ABŞ bu yolla Avropa üçün də ucuz enerji təminatı formalaşdırmaq imkanı əldə edir. Beləliklə, bütövlükdə Cənubi Amerika materikinin həyatanda “yeni səhifə” açılır:

- Region dünyanın aparıcı təşkilatında təmsilçilik hüququ qazanır - hətta bu təmsilçilik “ilıq” xarakter daşısa belə;

- Uzun illərdir ki, tam şəkildə forma qazana bilməyən ABŞ-Cənubi Amerika münasibətləri yeni mərhələyə qədəm qoyur;

-Venesuelanın timsalında “ərköyün” dövlətlərlə dil tapılır - “demokratikləşmə” prosesi ağır addımları ilə bu ölkəyə də “siraət edir”;

- Nəhayət, Karib hövzəsinin ən mühüm problemlərindən sayılan Kuba təklənir...

Nəzərə alınmalıdır ki, Kuba indiki halda ABŞ üçün ən böyük təhlükələrdən biri kimi qalmaqdadır. “Yeni əsrə” təhlükəsiz şəkildə qədəm qoymaq üçün isə bu kimi təhdidlərdən birdəfəlik xilas olmaq gərəkir. Eyni zamanda, ABŞ Karib hövzəsi ölkələrindən xammal bazası kimi də istifadə edə bilər - burada olduqca geniş potensial var ki, rəsmi Vaşinqton bununla özünün ərzaq təhlükəsizliyinə mühüm “töhfələr” qazandıra bilər.

Bu mövzuda ən böyük maraq yaradan məqamlardan biri isə, ikinci Demokratiya Sammitinə ev sahibliyi edəcək ölkələrdən birinin Kosta-Rika olmasıdır. Demək ki, “təsdiqlənmiş plan” artıq icra prosesindədir...

Azərbaycan yenilənməni Qoşulmama Hərəkatı və ya İƏT təmsilçiliyi fonunda görür

Azərbaycan da BMT TŞ-nın yenidən formalaşdırılması ilə bağlı mütəmadi olaraq fikir bildirən ölkələrdəndir. Dövlətimizin bununla bağlı mövqeyi isə aydın və məntiqlidir. BMT TŞ-nın Azərbaycanın işğal altında olan əraziləri ilə bağlı qəbul etdiyi 4 qətnamə 30 ilə yaxın icra edilmədi - Azərbaycan bu qətnamələrin icrasını öz üzərinə götürdü. Beləliklə, bu təşkilatın da yenilənməsinə ehtiyacın duyulduğu ortadadır. Amma “genişlənmə” prosesi nə üçün birtərəfli getməlidir? Daha doğrusu, nə üçün Latın Amerikası və ya Karib hövzəsi ölkələri, o cümlədən Afrika təmsilçiliyi - niyə dünyanın ikinci ən böyük siyasi təşkilatı sayılan Qoşulmama Hərəkatı və ya İslam Əməkdaşlıq təşkilatı bu qurumda təmsil olunmamalıdır? Məntiqlə hər iki qurumun BMT TŞ-da təmsilçilik hüququ təbiidir. Bu ilin əvvəlində yerli televiziya kanallarına müsahibəsində bununla bağlı fikirlərini bölüşən Prezident İlham Əliyev vurğulamışdı ki, mütləq bir daimi yer müsəlman ölkəsi üçün ayrılmalıdır və bunu İslam Əməkdaşlıq Təşkilatı özü müəyyən etməlidir, o, seçim etməlidir, ikiillik, ya üçillik rotasiya prinsipi əsasında: “Bir yer də Qoşulmama Hərəkatına verilməlidir və orada sədrlik edən ölkə, - indi mən Azərbaycanı demirəm, bizim sədrliyimiz bu il başa çatır, - yəni, sədrlik edən ölkə, o daimi yerdə olmalıdır, əgər veto hüququ qalacaqsa, onda o yeni iki üzvə də veto hüququ verilməlidir. Qoşulmama Hərəkatında cəmləşən ölkələrin sayı 120-dir”.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 557 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Ədəbiyyat

Analitik

Sosial

“Müqəddəs axşam”

31 Oktyabr 08:57  

Sosial

Sosial

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31