Rusiyanın “çörəkli” sammiti
29.07.2023 [12:20]
Qərbin təzyiqləri və iqtisadi-siyasi sanksiyaları artdıqca Rusiya beynəlxalq aləmdə özünə yeni müttəfiqlər axtarmağa davam edir. Ukrayna müharibəsinə görə şimal qonşumuzla bir çox sahələrdə tərəfdaşlıq, əməkdaşlıq etmək istəyən ölkələrin sayı da getdikcə azalmaqdadır.
Hətta artıq Rusiya mediası da bu faktı gizlətməyə çalışmır. Rusiyada belə düşünürlər ki, Moskva ilə siyasi əlaqələr qurmaqdan çəkinən dövlətlər birbaşa ABŞ və onun müttəfiqlərinin təzyiqlərindən ehtiyat edirlər.
Bu barədə fikirlər iyulun 27-də Sankt-Peterburqda keçirilmiş Rusiya-Afrika sammitində də açıq səsləndirilib.
Afrika ölkələri ilə iqtisadi-ticari əlaqələrin inkişafında maraqlı olduğunu deyən Rusiya prezidenti Vladimir Putin qitənin ərzaq məhsulları ilə təmin edilməsi üçün ölkəsinin köməyini təklif edib.
Putin xatırladıb ki, Moskva hələ də Afrika qitəsinə kənd təsərrüfatı məhsullarının tədarükünü təmin etməyə hazırdır. O, Afrikanın bir sıra ölkələrinə pulsuz buğda göndərmək niyyətində olduğunu da bildirib. “Bloomberg” yazır ki, Kreml bu foruma xüsusi əhəmiyyət verir. Nəşrin yazdığına görə, burada əsas məqsəd Rusiyanın Afrika qitəsində söz sahibi olduğunu dünyaya nümayiş etdirməkdir.
Agentliyin yaydığı materialda qeyd olunur ki, Putin Rusiyanın “Afrika üçün etibarlı ərzaq tədarükçüsü olaraq qaldığını” bildirib. Rusiya lideri, eyni zamanda, yaxın üç-dörd ay ərzində Burkino-Faso, Zimbabve, Mali, Somali, Mərkəzi Afrika Respublikası və Eritreyaya 25-50 min ton taxıl göndərmək planlarının olduğunu açıqlayıb.
“Dənə gəlməyənlər” də oldu
Ancaq Afrikanın əksər ölkələri Rusiyanın təşkil elədiyi Sankt-Peterburq forumuna qatılmaqdan imtina edib. Bəzi ölkələrin rəhbərliyi isə Moskvanın Qara dəniz boyunca kənd təsərrüfatı məhsullarının tədarükünü təmin edən taxıl sazişindən çıxmaq qərarını tənqid eləyiblər. Rusiyanın bu addımından narazılıq Misir prezidenti Əbdülfəttah əs-Sisi tərəfindən açıq şəkildə bəyan olunub. Keniya hökumətinin yüksək rütbəli rəsmisi isə Rusiyanın “Qara Dəniz sazişi”ni pozmasını quraqlıqdan əziyyət çəkən Afrika ölkələri üçün “arxadan zərbə” adlandırıb.
“Taxıl və gübrə problemi hamını narahat edir”, - Komor adalarının prezidenti, 55 ölkəni əhatə edən Afrika İttifaqının rəhbəri Azali Assoumani Rusiyanın dövlət xəbər agentliyi RİA Novosti-yə müsahibəsində bildirib. O, müsahibəsinə “Bu barədə sammitdə müzakirələr başladacağıq və “Taxıl Razılaşması”nı necə yeniləyə biləcəyimizin yollarını aramaq üçün cənab Putinlə danışıqlar aparacağıq”, - sözlərini də əlavə edib.
Xatırladaq ki, Putin Ukraynanın taxıl və yağlı bitkiləri Qara dənizdəki üç liman - Odessa, Çernomorsk və Cənubi Pivdennı vasitəsilə ixracına imkan yaradan Qara Dəniz “Taxıl Razılaşması”ndan çıxıb. Rusiya Ukraynanın liman obyektlərinə hava zərbələri endirib və dəniz blokadasını bərpa edib. Bununla da ərzaq idxalına ehtiyacı olan, bu marşrutdan qidalanan ölkələri Rusiyadan daha çox asılı vəziyyətə salıb və aclıq riskini artırıb.
Qeyd edək ki, Moskva “Qara Dəniz sazişi”ni dayandırdıqdan sonra ərzaq böhranı yaşayan Afrika qitəsində taxıl məhsullarının qiyməti fəlakətli dərəcədə qalxıb.
Rusiya mediası isə diqqəti sammitdə iştirak edən dövlətlərin sayca az olmasına çəkib. Saytlar yazır ki, Putin birinci Rusiya-Afrika Forumunda 43 Afrika lideri ilə görüşsə də, ikinci toplantıda Afrikadan yalnız 17 lider iştirak edib. Rusiya prezidentinin sözçüsü Dmitri Peskov tədbirə gələnlərin azalmasının səbəbini ABŞ və onun müttəfiqlərinin “görünməmiş təzyiqləri” ilə əlaqələndirib.
Bəzi ekspertlərin fikrincə, Afrika ölkələrinin passiv iştirakına baxmayaraq bu forum Kreml üçün böyük əhəmiyyət kəsb edir. Çünki bu, Moskvanın hələ də müxtəlif regionlarla əlaqələr saxladığını, beynəlxalq arenada mühüm oyunçu olaraq qaldığını nümayiş etdirməyə imkan verir. Analitiklər hesab edirlər ki, Afrika ölkələrinin nümayəndələri forum zamanı Putini Qara dəniz vasitəsilə taxıl tədarükünü bərpa etməyin zəruriliyinə inandırmağa çalışacaqlar. Bu toplantıdan sonra Moskvanın “Qara Dəniz sazişi”ni yenidən bərpa edəcəyi də gözlənir.
Rusiya rəsmilərinin nikbin çıxışlarına baxmayaraq, bəzi analitiklər Moskvanın Afrikadakı təsirinin get-gedə azaldığını düşünürlər. Məsələn, 2022-ci ilin yekunlarına görə, Rusiyanın qitə ölkələri ilə ticarət dövriyyəsi cəmi 18 milyard dollar təşkil edib. Çinin Afrika ilə ticarət dövriyyəsi isə 282 milyard dollar civarındadır. Bu faktlara baxmayaraq Rusiya prezidenti Vladimir Putin forumda qeyd edib ki, bu ilin birinci yarısında Afrika ilə ticarətin həcmi 35% artıb.
Murad Köhnəqala
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04

