Üçüncü Demokratiya Sammiti...
24.02.2024 [10:40]
Seulda hansı məsələlər müzakirə oluna bilər?
N.BAYRAMLI
Bu ilin mart ayında sayca üçüncü Demokratiya Sammitinin keçirilməsi nəzərdə tutulur. Bu dəfə tədbirə ev sahibliyini Koreya Respublikası edəcək. “Yonhap” agentliyinin yaydığı məlumata görə, ABŞ və Koreya Respublikası dövlət katibi Antoni Blinkenin üçüncü Demokratiya Sammitində iştirakı üçün Seula mümkün səfərinə dair danışıqlar aparırlar. Agentliyə açıqlama verən mənbələrin sözlərinə görə, səfərlə bağlı yekun qərar hələ verilməyib, lakin çox güman ki, bu səfər baş tutacaq. Agentliyin həmsöhbətləri hesab edirlər ki, A.Blinken Cənubi Koreyaya səfər edərsə, ABŞ Prezidenti Cozef Bayden tədbirə böyük ehtimalla onlayn olaraq qatılacaq.
Ümumiyyətlə, 2021-ci ilin dekabrında ilk dəfə keçirilən Demokratiya Sammiti yeni dünya düzəninin formalaşdırılması istiqamətində ilk addım kimi qiymətləndirilirdi. Demokratiya Sammitinin ikinci raundunda da maraqlı proseslər yaşandı. Belə ki, ABŞ 2023-cü ilin 29-30 mart tarixlərində ikinci Demokratiya Sammitinə ev sahibliyi edib. Əgər siyasi kuluarlarda ABŞ prezidentinin təşəbbüsü ilə baş tutan birinci sammit “insan hüquq və azadlıqlarının müdafiəsi” məsələsinin yenidən ABŞ xarici siyasətində prioritetə çevrilməsi kimi də qiymətləndirilirdisə, ikinci sammitin əsas hədəfləri ilə bağlı fərqli məqamlar ortaya çıxdı. Belə ki, ABŞ-ın “qlobal birlik” və ya “düşmənlərə qarşı vahid ittifaq” platformalarını bəyan etməsindən iki il ötür. Xatırladaq ki, məhz iki il əvvəl Pentaqon rəhbəri Lloyd Ostin Sinqapurda keçirilən “Şanqri-La Dialoqu” beynəlxalq təhlükəsizlik konfransındakı nitqində ilk dəfə olaraq adıçəkilən platformanı “təqdim etmişdi”. Burada əsas məqam qlobal “təhlükəsizliyi” təhdid edən qüvvələrə qarşı loyal münasibəti ilə seçilən və ya susqunluq nümayiş etdirən dövlətlərə mövcud situasiyanın “izah edilməsi” idi. Ostin ABŞ-ın mövqeyini belə əsaslandırmışdı ki, dünya nizamını pozmaq cəhdlərinə cavab olaraq beynəlxalq ictimaiyyət qüvvələri birləşdirməli, təcavüzkar sayılan ölkələrin hamını qoruyan qaydalara məhəl qoymamasının qarşısı alınmalı, ümumi məqsəd uğrunda birləşmək və qaydalara əsaslanan beynəlxalq nizamı gücləndirmək üçün birlik faktorundan istifadə edilməlidir.
Təbii ki, ötən dövrdə baş verənlər “ümumi məqsəd uğrunda birləşmək” tezisinin arxasında dayanan hədəfləri gün işığına çıxardı. Daha doğrusu, ümumi məqsədlər uğrunda birləşən qüvvələrin hansı maneələri dəf etmək üçün “zərbəyə” hazır olmalı olduğunu göstərdi. Yanaşma bundan ibarət idi ki, dünyanın təhlükəsizlik arxitekturasına təhdid yaradan ölkələr və ya qüvvələr kimliyindən asılı olmayaraq güc birliyi ilə sıradan çıxarılacaq. “Qaydalara əsaslanan beynəlxalq nizam” isə mövcud status-kvonun dəyişəcəyindən xəbər verir. Yəni, sabit iqtisadi inkişafa malik, heç bir siyasi və ya hərbi ittifaqlara meyil etməyən kontingent tərəfini seçməli, siyasi aktivliyini artırmalıdır.
Mart sammitini 2021-ci ilin dekabr sammitindən fərqləndirən ən böyük cəhət isə yeni siyasi nizamın müəyənləşməsi idi. Əgər ilk sammitdə bunun ştrixləri cızılmışdısa, artıq ikinci toplantıda “sərhədlər formalaşdırılması” üçün “ideyalar” irəli sürüldü. Bu mənada, 2022-ci ilin martında prezident Baydenin Varşavadakı çıxışının detallarına nəzər saldıqda, sammitin məqsədini izləyə bilərik. Məsələn, ABŞ Prezidenti açıq şəkildə Rusiyaya qarşı sanksiya müharibəsinin hansı məqsəd və hədəfə xidmət etdiyini göstərmişdi - Bayden “Rusiya iqtisadiyyatını ürəyindən vurduq. Daha çox özəl transmilli şirkətlər Rusiyadan çəkildi. Bir dollar artıq 200 rubldur və Rusiya iqtisadiyyatı tezliklə ilk iyirmilikdən çıxacaq. Sanksiyalar Rusiya Federasiyasını gücdən məhrum edir”, deməklə yeni nizamın konturlarını cızmışdı. Yəni, məsələ yalnız Rusiyanın mövqeyini zəiflətməklə bitmir, Vaşinqtonun aparıcı rolu fonunda Qərb bloku - Avroatlantika cəbhəsi dünya iqtisadiyyatını yenidən tənzimləyəcək. Başqa sözlə, yeni sistem qurulmalı idi. Amma ötən iki il göstərdi ki, Rusiya iqtisadiyyatını tam çökdürmək mümkün olmadı. Əksinə, müharibənin uzanması Avropa İttifaqı ölkələrinin iqtisadiyyatına mənfi təsir edib.
Cənubi Koreyada keçiriləcək üçüncü Demokratiya Sammitinin gündəliyi hələ ki, açıqlanmayıb. Amma müəyyən beynəlxalq dairələrin öz məqsədlərinə uyğun bir gündəlik müəyyənləşdirəcəyi gözləniləndir. Ən azı ikinci sammitin təcrübəsi bunu deməyə əsas verir.
Xəbər lenti
Hamısına baxSiyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12
Sosial
29 Sentyabr 11:10
Elanlar
29 Sentyabr 11:09
Siyasət
29 Sentyabr 10:58
İqtisadiyyat
29 Sentyabr 10:50
Elanlar
29 Sentyabr 10:35
Hadisə
29 Sentyabr 10:30
Sosial
29 Sentyabr 10:27
Dünya
29 Sentyabr 10:25
Gündəm
29 Sentyabr 10:24
Dünya
29 Sentyabr 10:22
İqtisadiyyat
29 Sentyabr 10:18
İqtisadiyyat
29 Sentyabr 10:17
Analitik
29 Sentyabr 09:45
Analitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24

