Yeni Kaledoniyada Fransaya qarşı etiraz aksiyası...
29.02.2024 [10:48]
Bu aksiyada da Azərbaycan bayrağı qaldırılıb
Fransanın neokolionolist mövqeyinə qarşı etirazlar davam edir. Fevralın 27-də Yeni Kaledoniyanın paytaxtı Numeada məhkəmə qarşısında Fransanın müstəmləkəçilik siyasətinə qarşı növbəti etiraz aksiyası keçirilib. Etirazçılar Fransa hakimiyyəti tərəfindən saxlanılmış fəalların azadlığa buraxılmasını tələb ediblər.
Xatırladaq ki, 21 fevral tarixində Fransanın daxili işlər və dənizaşırı naziri Gerald Darmaninin Yeni Kaledoniyaya səfəri zamanı etiraz aksiyası keçirilib. Həmin etiraz aksiyası zamanı Yeni Kaledoniyanın müstəqilliyi uğrunda mübarizə aparan bir neçə fəal Fransa polisi tərəfindən həbs edilib. Fevralın 27-də baş tutmuş aksiyada “Siyasi Məhbuslara Azadlıq” başlıqlı bəyanat yayılıb. Bəyanatda Fransanın beynəlxalq hüquqa hörmət etmədiyi, insan hüquqları ölkəsi olmadığı qeyd edilib və həbs edilmiş bütün siyasi məhbusların azadlığa buraxılması tələb edilib.
Bu aksiyada da həmişə olduğu kimi ölkəmizə hörmət əlaməti olaraq, Azərbaycan bayrağı dalğalandırılıb.
Qeyd edək ki, bununla yanaşı Fransanın paytaxtı Parisdəki “La Bourse du travail” Həmkarlar İttifaqı Mərkəzinin binasında Yeni Kaledoniyanın müstəqillik tərəfdarı olan kanak xalqının nümayəndəsi senator Rober Ksovinin, eləcə də Kanak və Sosialist Milli Azadlıq Cəbhəsinin (FLNKS) nümayəndə heyətinin iştirakı ilə “Kanak xalqı ilə həmrəylik toplantısı” adlı iclas da keçirilib. İclas iştirakçılarının ilk tələbi fevralın 21-də Yeni Kaledoniyada polislə nümayişçilər arasında baş vermiş toqquşma nəticəsində saxlanılan 5 fəalın azad edilməsi olub.
Tədbirdə çıxış edən kanakın müstəqillik tərəfdarları Fransa hökumətinin onların səsini eşitməsini istədiklərini qeyd ediblər. Onlar, həmçinin kanak xalqına məxsus torpaqların müstəmləkəyə çevrilməsindən 170 il və FLNKS-ın yaranmasından 40 il sonra Fransa hökumətinin bu xalqın gələcəyini sual altında qoyaraq, Yeni Kaledoniyanın - kanakların institusional gələcəyinə dair iki qanun layihəsini birtərəfli şəkildə irəli sürməsinə etirazlarını bildirirlər.
2021-ci ildə keçirilmiş muxtariyyətlə bağlı üçüncü referendumun nəticələri yekdilliklə şübhə altına alınıb. Yeni Kaledoniyanın müstəqillik tərəfdarları həmin referendumu COVİD dövründəki qapanma şəraiti ilə əlaqədar təxirə salınmasını istəsələr də, Fransa dövləti prosesin keçirilməsini məcburi qaydada qəbul etdirib və beləliklə, kanak xalqı bu referendumda iştirak edə bilməyib. Müstəqilliyin tərəfdarları bu referendumun nəticələrini tanımır və onun şərtlərinin qəbuledilməz olmasının Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən tanınması üçün FLNKS tərəfindən şikayət hazırlanıb. Kanaklar bildirirlər ki, bu gün Fransa hökuməti “demokratiya” adı altında əyalət seçkilərini təxirə salmaq və seçki orqanında dəyişiklik etmək istəyir. Məqsəd 30 ildən çoxdur başlanılmış müstəmləkəsizləşdirmə prosesinə son qoymaq və kanak xalqının azlığa çevrilməsi ilə bağlı sübut edilmiş təcrübəni bərpa etməkdir. Bu, ərazinin yenidən müstəmləkəyə çevrilməsini və kanak xalqının milli azlıq olduğunu təşviq etmək üçün bir vasitədir. Dövlət bu iki qanun layihəsi ilə Numea Sazişini çox qısa müddət ərzində ləğv etmək istəyir. Fevralın 27-də əyalət seçkilərinin təxirə salınmasına dair dəyişiklikləri əks etdirən qanun layihəsi Senata, sonra Milli Assambleyaya təqdim ediləcək. Seçicilərin tərkibinin dəyişdirilməsi ilə bağlı ikinci qanun layihəsi isə mart ayından etibarən Senatda müzakirəyə çıxarılacaq. İyulun 1-dək müstəqillik tərəfdarları ilə heç bir saziş bağlanmazsa, hökumət Versal Konqresini çağırmaqla güc yoluna əl atmaq niyyətindədir.
Toplantı iştirakçıları kanak xalqı ilə həmrəylik nümayiş etdirərək onların hüquqlarına, o cümlədən tam suverenlik əldə etmək istəyinə hörmət bəslənilməsi üçün səfərbər olmağın vaxtının çatdığını vurğulayıblar. Diqqətə çatdırılıb ki, 1984-1988-ci illərdəki toqquşmalardan sonra Fransa dövləti ilə bəzi şərtləri Konstitusiyada təsbit olunan kanak xalqı arasında kompromis 30 ildən çox davam edən dekolonizasiya və öz müqəddəratını təyinetmə prosesinin başlamasına imkan verib.
Bildirilib ki, bu gün hakimiyyət Numea Sazişinə son qoymaq üçün manevrlər edir. O, insanları 2022-ci ildə keçirilmiş üçüncü referendumunun Fransanın tərkibində Yeni Kaledoniya üçün demokratik qərar qəbul etməyə imkan verdiyinə inandırmaq istəyir. Bu, müstəmləkə edilmiş xalqın öz ölkələrinin gələcəyi ilə bağlı qərar vermək kimi fundamental hüququna, habelə BMT-nin bununla bağlı qəbul etdiyi qətnamələrə məhəl qoymamaqdır. Eyni zamanda, COVİD-dən sonrakı qeyri-münasib mühit səbəbindən kanakların referendumun təxirə salınmasını xahiş etmələrini görməzdən gəlməkdir.
Həmçinin qeyd edilib ki, Makron və onun hökuməti üçün “milli maraq” Yeni Kaledoniyanın qəti olaraq fransız olmasıdır. Onların nəzərində bu, Hind-Sakit Okean kimi tanınmış və getdikcə həlledici zonaya çevrilən regionda iqtisadi və strateji aktivliyi təmin edir. Hökumət bununla da neokolonial təkəbbürü və kanak xalqına hörmətsizliyi davam etdirməyə haqq qazandırır. Tədbir iştirakçıları vurğulayıblar ki, Hind-Sakit Okean regionunda, habelə onun hüdudlarından kənarda dekolonizasiya prosesinin davam etdirilməsi və dərinləşməsi sosial bərabərsizliklərə qarşı, ölkənin inkişafı və sosial-demokratik tərəqqisi üçün mübarizənin prioritet istiqamətə çevrilməsinə səbəb olmalıdır. Eyni zamanda, Yeni Kaledoniyanın yenidən müstəmləkə olması təkliflərinin əvəzinə, tərəfdaşlıq, müstəqillik təkliflərinə ciddi yanaşılmalıdır.
Diqqətə çatdırılıb ki, Fransada müstəmləkəçiliyi müdafiə edən, xalqların öz müqəddəratını təyinetmə hüququna qarşı çıxan qüvvələrlə çətin mübarizədə kanak xalqının ətrafında toplaşmaq, onunla həmrəy olmaq lazımdır.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41
YAP xəbərləri
08 Sentyabr 17:40
Dünya
08 Sentyabr 17:28
Sosial
08 Sentyabr 17:15
Siyasət
08 Sentyabr 17:11
YAP xəbərləri
08 Sentyabr 17:01
YAP xəbərləri
08 Sentyabr 16:59
YAP xəbərləri
08 Sentyabr 16:48
Din
08 Sentyabr 16:47
YAP xəbərləri
08 Sentyabr 16:36
YAP xəbərləri
08 Sentyabr 16:33
Dünya
08 Sentyabr 16:30
Elanlar
08 Sentyabr 15:49
YAP xəbərləri
08 Sentyabr 15:47
Dünya
08 Sentyabr 15:45
Diaspor
08 Sentyabr 15:41
Hadisə
08 Sentyabr 15:34
Elm
08 Sentyabr 15:33
Sosial
08 Sentyabr 15:26
Sosial
08 Sentyabr 15:25
Dünya
08 Sentyabr 15:17
Analitik
08 Sentyabr 14:31
İqtisadiyyat
08 Sentyabr 14:28
Dünya
08 Sentyabr 14:25
Gündəm
08 Sentyabr 14:22
Dünya
08 Sentyabr 14:10
Dünya
08 Sentyabr 13:39
Dünya
08 Sentyabr 13:10
Siyasət
08 Sentyabr 12:42
Dünya
08 Sentyabr 12:14
Hadisə
08 Sentyabr 11:58
Gündəm
08 Sentyabr 11:35
İqtisadiyyat
08 Sentyabr 10:40
İqtisadiyyat
08 Sentyabr 10:18
Analitik
08 Sentyabr 09:44
Analitik
08 Sentyabr 09:20
Sosial
08 Sentyabr 08:53
Sosial
08 Sentyabr 08:35
Sosial
08 Sentyabr 07:25
Dünya
07 Sentyabr 23:39
Dünya
07 Sentyabr 23:15
İdman
07 Sentyabr 22:43
Xəbər lenti
07 Sentyabr 22:30
Dünya
07 Sentyabr 22:17
Dünya
07 Sentyabr 21:59
YAP xəbərləri
07 Sentyabr 21:51
YAP xəbərləri
07 Sentyabr 21:43
YAP xəbərləri
07 Sentyabr 21:41
YAP xəbərləri
07 Sentyabr 21:35
YAP xəbərləri
07 Sentyabr 21:33
Dünya
07 Sentyabr 21:24
YAP xəbərləri
07 Sentyabr 21:09
İqtisadiyyat
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:06

