Zəfər yolunda inamla irəliləyirik
07.09.2026 [21:51]
Sentyabrın 7-də Yeni Azərbaycan Partiyası (YAP) Şirvan şəhər təşkilatının X konfransı keçirilib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov hesabat məruzəsi ilə çıxış edib. O bildirib ki, hesabat dövründə Şirvan şəhər təşkilatının üzvləri dövlətçilik prinsiplərinə sadiqlik nümayiş etdirərək şəhərin ictimai-siyasi və sosial-mədəni həyatında yaxından iştirak edib.
Çıxış edən Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva ötən dövrün ölkəmizin və Yeni Azərbaycan Partiyasının tarixində mühüm uğurlarla səciyyəvi olduğunu bildirib. O qeyd edib ki, Azərbaycan Prezidenti, YAP-ın Sədri İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması ölkəmizin ictimai-siyasi həyatında yeni mərhələ açıb, partiyanın ideoloji və ictimai-siyasi fəaliyyətinə güclü stimul verib. A.Fərzəliyeva Şirvan Şəhər İcra Hakimiyyəti ilə YAP Şirvan şəhər təşkilatı arasında qarşılıqlı əməkdaşlığın yüksək səviyyədə olduğunu, partiya fəallarının şəhərdəki sosial-iqtisadi təşəbbüslərdə yaxından iştirak etdiyini vurğulayıb.
Milli Məclisin deputatı Heydər Əsədov çıxış edərək bildirib ki, Müzəffər Ali Baş Komandanımızın liderliyi, xalqımızın birliyi, Silahlı Qüvvələrimizin rəşadəti sayəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa olunmuşdur: “Bu tarixi Zəfər xalqımızın yaddaşında əbədi yaşayacaq və gələcək nəsillər üçün qürur mənbəyi olacaqdır. Bu gün azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işləri sürətlə davam etdirilir, şəhər və kəndlərimiz yenidən qurulur, Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin olunur. Bu Zəfər və inkişaf yolunda Yeni Azərbaycan Partiyasının xüsusi rolu vardır”.
Daha sonra Şirvan şəhər İcra Hakimiyyəti ərazi partiya təşkilatının sədr müavini Samirə İsmayılova, Uşaq Bağçaları Birliyi ərazi partiya təşkilatının sədri Təranə Əhməd, Gənclər Evinin müdiri, partiya fəalı Aytac Əliyeva çıxış edərək son 5 il ərzində ölkəmizin qazandığı tarixi uğurlardan, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlardan və verilən tapşırıqların Şirvan şəhərində yüksək səviyyədə icra olunmasından danışıblar.
YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Əli Axundov çıxış edərək Yeni Azərbaycan Partiyasının ölkəmizin siyasi həyatındakı aparıcı mövqeyindən, beynəlxalq əlaqələrinin inkişafından, yerli təşkilatların strukturlarının yenidən formalaşmasından, maddi-texniki bazasının möhkəmləndirilməsindən söz açıb.
Konfransda YAP Şirvan şəhər təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII qurultayına nümayəndələr seçilib.
Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
07 Sentyabr 23:39
Dünya
07 Sentyabr 23:15
İdman
07 Sentyabr 22:43
Xəbər lenti
07 Sentyabr 22:30
Dünya
07 Sentyabr 22:17
Dünya
07 Sentyabr 21:59
YAP xəbərləri
07 Sentyabr 21:51
YAP xəbərləri
07 Sentyabr 21:43
YAP xəbərləri
07 Sentyabr 21:41
YAP xəbərləri
07 Sentyabr 21:35
YAP xəbərləri
07 Sentyabr 21:33
Dünya
07 Sentyabr 21:24
YAP xəbərləri
07 Sentyabr 21:09
İqtisadiyyat
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:03
YAP xəbərləri
07 Sentyabr 20:57
YAP xəbərləri
07 Sentyabr 20:51
YAP xəbərləri
07 Sentyabr 20:48
YAP xəbərləri
07 Sentyabr 20:47
Hadisə
07 Sentyabr 20:42
Dünya
07 Sentyabr 20:34
Dünya
07 Sentyabr 20:18
Sosial
07 Sentyabr 19:50
İqtisadiyyat
07 Sentyabr 19:26
Fotoqalereya
07 Sentyabr 19:12
Dünya
07 Sentyabr 18:34
Din
07 Sentyabr 17:55
Sosial
07 Sentyabr 17:28
Maraqlı
07 Sentyabr 17:25
YAP xəbərləri
07 Sentyabr 17:24
Dünya
07 Sentyabr 16:31
Sosial
07 Sentyabr 15:52
İqtisadiyyat
07 Sentyabr 15:52
Elanlar
07 Sentyabr 15:21
Dünya
07 Sentyabr 15:17
İqtisadiyyat
07 Sentyabr 14:58
İqtisadiyyat
07 Sentyabr 14:57
Dünya
07 Sentyabr 14:26
Sosial
07 Sentyabr 14:10
Sosial
07 Sentyabr 14:10
Siyasət
07 Sentyabr 14:09
YAP xəbərləri
07 Sentyabr 13:53
Gündəm
07 Sentyabr 13:28
Dünya
07 Sentyabr 13:19
Dünya
07 Sentyabr 12:35
Siyasət
07 Sentyabr 12:22
Sosial
07 Sentyabr 12:19
Dünya
07 Sentyabr 11:41
Dünya
07 Sentyabr 11:13
Dünya
07 Sentyabr 10:58
İqtisadiyyat
07 Sentyabr 10:57
Sosial
07 Sentyabr 10:56
Sosial
07 Sentyabr 10:55
YAP xəbərləri
07 Sentyabr 10:29
Dünya
07 Sentyabr 10:24
Gündəm
07 Sentyabr 10:20
Dünya
07 Sentyabr 09:42
Dünya
07 Sentyabr 09:15
Dünya
07 Sentyabr 08:50
Dünya
07 Sentyabr 08:37
Dünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25

