Çexiyada keçirilən parlament seçkilərində ANO partiyası qalib gəlib
05.10.2025 [20:25]
Çexiyada builki parlament seçkilərində ANO hərəkatı səslərin üçdə birindən çoxunu qazanaraq tarixində ən yaxşı nəticəsini əldə edib.
Bu barədə AZƏRTAC Çexiya Mərkəzi Seçki Komissiyasının son rəqəmlərinə istinadla xəbər verir.
Partiya lideri Andrey Babiş, çox güman ki, yenidən Nazirlər Kabinetinə rəhbərlik edəcək. Bununla belə, ČTK xəbər agentliyinin qeyd etdiyi kimi, onun hökuməti yəqin ki, yenidən koalisiya xarakterli olacaq. Babiş özü bu nəticəni siyasi karyerasının zirvəsi adlandırıb.
Siyasətçi vurğulayıb ki, ANO yalnız SPD hərəkatının və “Avtomobilçilər özləri üçün” partiyasının dəstəyinə arxalanaraq kabineti müstəqil şəkildə formalaşdırmaq niyyətindədir. Bununla belə, o, seçkilərdə məğlub olan Vətəndaş və Xristian Demokratlar, TOP 09 və STAN-ın dəstəyinə arxalana bilməz. Deputatlar Palatasında bu partiyalar “Quldurlar”la birlikdə fraksiyalarının dörd dəfə artmasına baxmayaraq, azlıqda qalacaqlar.
“Avtomobilçilər”lə müttəfiq olacağı halda belə, ANO özü üçün parlament çoxluğunu təmin edə bilməyəcək. Babiş əvvəllər alyanslar yaratmağa kömək edən kommunistlərin və sosial demokratların dəstəyindən də məhrum olacaq: hər iki partiya seçki baryerini keçə bilməyib və Deputatlar Palatasına qayıtmayıb.
Xatırladaq ki, 2017-ci ildə ANO artıq təkpartiyalı hökumət qurmağa cəhd edib, lakin həmin vaxt etimad səsverməsini əldə edə bilməyib. Sonrakı azlıqlar kabineti sosial demokratlarla birgə yaradıldı və kommunistlərin “tolerantlığına” arxalanırdı.
Xəbər lenti
Hamısına baxDünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30
Sosial
28 Oktyabr 22:18
YAP xəbərləri
28 Oktyabr 22:09
Dünya
28 Oktyabr 21:55
İdman
28 Oktyabr 21:27
Sosial
28 Oktyabr 21:15
Dünya
28 Oktyabr 20:46
İqtisadiyyat
28 Oktyabr 20:34
İqtisadiyyat
28 Oktyabr 20:18
Dünya
28 Oktyabr 19:51
Dünya
28 Oktyabr 19:23
Dünya
28 Oktyabr 19:10
Hadisə
28 Oktyabr 18:37
Siyasət
28 Oktyabr 17:49
Siyasət
28 Oktyabr 17:48
Siyasət
28 Oktyabr 17:48
YAP xəbərləri
28 Oktyabr 17:29
Sosial
28 Oktyabr 17:23
YAP xəbərləri
28 Oktyabr 17:13
Sosial
28 Oktyabr 17:11
Dünya
28 Oktyabr 16:25
Siyasət
28 Oktyabr 16:24
Siyasət
28 Oktyabr 16:23
Gündəm
28 Oktyabr 15:54
Gündəm
28 Oktyabr 15:53
Gündəm
28 Oktyabr 15:52
Dünya
28 Oktyabr 15:45
YAP xəbərləri
28 Oktyabr 15:29
YAP xəbərləri
28 Oktyabr 15:28
Gündəm
28 Oktyabr 15:23
İqtisadiyyat
28 Oktyabr 14:47
YAP xəbərləri
28 Oktyabr 14:45
Mədəniyyət
28 Oktyabr 14:40
Gündəm
28 Oktyabr 14:38
Sosial
28 Oktyabr 14:37
Sosial
28 Oktyabr 14:35
Gündəm
28 Oktyabr 13:48
YAP xəbərləri
28 Oktyabr 13:21
YAP xəbərləri
28 Oktyabr 12:39
Gündəm
28 Oktyabr 12:14
Sosial
28 Oktyabr 12:03
İqtisadiyyat
28 Oktyabr 11:57
İqtisadiyyat
28 Oktyabr 11:56
Hadisə
28 Oktyabr 11:55
Gündəm
28 Oktyabr 11:52
Siyasət
28 Oktyabr 11:37
Gündəm
28 Oktyabr 11:23
Gündəm
28 Oktyabr 11:22
Gündəm
28 Oktyabr 11:21
Gündəm
28 Oktyabr 11:19
Siyasət
28 Oktyabr 11:13
Analitik
28 Oktyabr 10:56
Siyasət
28 Oktyabr 10:46
MEDİA
28 Oktyabr 10:34
Analitik
28 Oktyabr 10:17
Dünya
28 Oktyabr 10:14
Siyasət
28 Oktyabr 10:13
Analitik
28 Oktyabr 09:49
Analitik
28 Oktyabr 09:34
Analitik
28 Oktyabr 09:15
Mədəniyyət
28 Oktyabr 08:51
Ədəbiyyat
28 Oktyabr 08:25
İdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58

