Fransada sürətli dəmir yolu xəttində sabotaj: istintaq ultra-sol hərəkatının izini araşdırır
28.10.2025 [23:41]
Fransanın cənub-şərqində baş verən sürətli dəmir yolu xətti (LGV) sabotajı ilə bağlı istintaqçılar hadisənin ultra-sol hərəkatı tərəfindən qəsdən törədilmiş yanğın nəticəsində baş verdiyi versiyasını əsas istiqamət kimi götürüblər.
AZƏRTAC xəbər verir ki, hadisə bazar günü gecə, Valansın cənubunda yerləşən siqnal kabellərinin yandırılması ilə bağlıdır. Bu insident nəticəsində təxminən 50 min sərnişinin səfərləri pozulub, onlarla TGV qatarı ləğv edilib və ya gecikib. Nəqliyyat naziri bildirib ki, yol hərəkəti bu gün səhərdən etibarən bərpa olunacaq.
İstintaqı aparan jandarm qüvvələrini xüsusilə iki ardıcıl yanğın hadisəsi maraqlandırır. Birinci yanğın saat 3:30 radələrində, Valans yaxınlığında yerləşən “Cheval” tikinti şirkətinə məxsus karxanada baş verib. Burada beş tikinti texnikası qəsdən yandırılıb, şirkətin dəyərləndirməsinə görə bir neçə milyon avroluq zərər dəyib. Cəmi yarım saat sonra, saat 4:00-də, yaxınlıqdakı SNCF-yə məxsus siqnal kabelləri də yanğın nəticəsində sıradan çıxıb.
İstintaqa yaxın mənbələrə görə, karxana ilkin hədəf olub, dəmir yolu isə yaxınlıqda yerləşdiyi üçün fürsət nəticəsində yandırılıb.
Əvvəlcə xarici müdaxilə ehtimalı nəzərdən keçirilsə də, istintaqçılar indi hadisənin siyasi motivli bir əməl olduğunu düşünürlər. Mənbələr bildirir ki, istifadə olunan metod ultra-sol qruplarının keçmiş aksiyalarına bənzəyir. Bu qruplar əvvəllər SNCF xətləri və mübahisəli infrastruktur layihələrinə qarşı oxşar sabotajlar həyata keçiriblər.
İstintaqçılara görə, Valans bölgəsi artıq bir neçə ildir ki, radikal ekoloji və anarxist qrupların aktiv olduğu məkandır. Hadisənin bütün Fransa üzrə məktəb tətilləri dövründə baş verməsi isə bu qrupların məqsədli şəkildə maksimum ictimai diqqət qazanmaq istədiklərini göstərir.
Jandarm bölmələri iki yanğının texniki səbəblərini və əlaqəsini araşdırır. 20-yə yaxın SNCF texniki əməkdaşı da hadisə yerində təmir və bərpa işlərinə cəlb olunub.
Xəbər lenti
Hamısına baxİdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Siyasət
22 Aprel 19:56
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53
Hadisə
22 Aprel 18:38
Müsahibə
22 Aprel 18:25
Dünya
22 Aprel 17:41
Gündəm
22 Aprel 17:37
Sosial
22 Aprel 17:32
Sosial
22 Aprel 17:08
Xəbər lenti
22 Aprel 17:08
Siyasət
22 Aprel 17:06
Sosial
22 Aprel 17:04
Sosial
22 Aprel 17:00
İqtisadiyyat
22 Aprel 16:58
Siyasət
22 Aprel 15:06
Gündəm
22 Aprel 15:06
Sosial
22 Aprel 14:46
Gündəm
22 Aprel 14:30
Siyasət
22 Aprel 14:21
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:14
Siyasət
22 Aprel 14:14
Gündəm
22 Aprel 13:15
Siyasət
22 Aprel 13:15
Sosial
22 Aprel 13:03
Siyasət
22 Aprel 12:49
Gündəm
22 Aprel 12:25
İqtisadiyyat
22 Aprel 12:20
YAP xəbərləri
22 Aprel 12:12
Gündəm
22 Aprel 11:50
Gündəm
22 Aprel 11:36
İqtisadiyyat
22 Aprel 11:34
Elm
22 Aprel 11:33
Sosial
22 Aprel 11:33
Gündəm
22 Aprel 11:20
İqtisadiyyat
22 Aprel 11:16
Siyasət
22 Aprel 10:58
Gündəm
22 Aprel 10:35
Dünya
22 Aprel 10:16
Siyasət
22 Aprel 10:14
Analitik
22 Aprel 10:12
Siyasət
22 Aprel 10:04
Gündəm
22 Aprel 09:57

