Qırğız parlamentinin sədri TÜRKPA-nın Baş katibini qəbul edib
28.10.2025 [23:20]
Oktyabrın 28-də Bişkek şəhərində Qırğız Respublikasının Joqorku Keneşinin (Parlament) sədri Nurlanbek Turqunbek Uulu TÜRKPA-nın Baş katibi səfir Ramil Həsənin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
TÜRKPA-dan AZƏRTAC-a verilən məlumata görə, parlament sədri Baş katibə səlahiyyətlərinin icrasına başlaması münasibətilə təbriklərini çatdırıb, ona gələcəkdə uğurlu və səmərəli fəaliyyət arzu edib.
Öz növbəsində Baş katib Ramil Həsən TÜRKPA nümayəndə heyətinin səmimi qəbuluna və heyətə göstərilən qonaqpərvərliyə görə sədr Turgunbek Uuluya təşəkkürünü bildirib.
Qırğız Parlamentinin sədri Joqorku Keneş ilə TÜRKPA-nın möhkəm əlaqələrini vurğulayaraq, bu əlaqələrin parlamentlərarası əməkdaşlıq üçün əhəmiyyətini xüsusi olaraq qeyd edib.
O, Qırğız Respublikasında TÜRKPA Beynəlxalq Müşahidəçi Missiyasının qarşıdan gələn parlament seçkilərinin müşahidəsinin həyata keçirəcəyini yüksək qiymətləndirdiyini bildirib, onun demokratik təsisatların və parlamentlərarası əməkdaşlığın gücləndirilməsinə verdiyi töhfəni vurğulayıb.
Görüşdə Baş katib Turqunbek Uuluya Türk dövlətlərinin xarici işlər nazirlikləri və parlamentləri ilə əməkdaşlığın gücləndirilməsi, Türk Dövlətləri Təşkilatı ilə yeni əməkdaşlıq mexanizminin həyata keçirilməsi, Türk dövlətlərinin parlament sədrləri arasında illik qeyri-rəsmi görüşlərin keçirilməsi, türk dövlətləri arasında əməkdaşlığın gücləndirilməsi və milli maraqların qorunması məqsədilə TÜRKPA vasitəsilə müxtəlif parlamentlərarası təşkilatlar çərçivəsində milli parlament nümayəndə heyətlərinin koordinasiyasının gücləndirilməsi, eləcə də Özbəkistanın gələcəkdə Assambleyaya qoşulması məsələləri haqqında məlumat verib.
Sədr Baş katibin TÜRKPA-nın institusional rolunun gücləndirilməsinə və üzv dövlətlər arasında parlamentlərarası dialoqun dərinləşdirilməsinə yönəlmiş ardıcıl səylərini və hərtərəfli təkliflərini yüksək qiymətləndirib.
Özbəkistan Parlamentinin gələcəkdə TÜRKPA-dakı üzvlük məsələsinə toxunan sədr Baş katibin bu istiqamətdə səylərinə dəstək verəcəyini, Özbəkistanın iştirakının türk dünyası daxilində parlamentlərarası əlaqələrin və həmrəyliyin dərinləşməsinə töhfə verəcəyini vurğulayıb.
Tərəflər Qırğız Respublikasında keçiriləcək növbəti plenar iclasda Katibliyin hüquqi sənədlərinin yenilənməsi və müasir tələblərə cavab verən yeni büdcəsinin qəbulu məsələlərini də müzakirə ediblər.
Baş katibi onun müavini Saki Sadıkov müşayiət edib.
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

