Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Vətən müharibəsi şəhidi Mətləb Ələsgərovun ildönümündə xatirəsi anılıb

Vətən müharibəsi şəhidi Mətləb Ələsgərovun ildönümündə xatirəsi anılıb

10.10.2025 [18:26]

10 oktyabr 2025-ci il ağstafalı Vətən müharibəsi şəhidi Ələsgərov Mətləb Vüqar oğlunun ildönümüdür. Bu münasibətilə Köçəsgər kənd qəbirstanlığında məzarı ziyarət olunub, önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub.

Tədbirdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin müdiri Ariz Qədiməliyev, şəhidimizin ailə üzvləri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.

Tədbir çərçivəsində şəhidimizlə eyni məzarlıqda uyuyan Tovuz döyüşləri şəhidi Babayev Yaşar Vasif oğlunun da məzarı ziyarət olunub, önünə gül dəstələri düzülərək əziz xatirəsi yad edilib.

Paylaş:
Baxılıb: 249 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31