Ramiz Mehdiyevin Rusiyaya yazdığı məktub üzə çıxıb - FOTOFAKT
27.10.2025 [16:34]
Prezident Administrasiyasının və Milli Elmlər Akademiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Azərbaycanda dövlət çevrilişi həyata keçirmək istədiyi və bununla bağlı Rusiyanın müəyyən strukturlarının rəhbərlərinə məktub ünvanladığı barədə mediada məlumat verilib.
Həmin məktubun Azərbaycan xüsusi xidmət orqanlarının əlinə keçdiyi barədə də informasiyalar yayılmışdı.
Bəziləri belə məktubun olmadığını, onun mövcudluğuna inanmadıqlarını iddia etsələr də, təqdim etdiyimiz fakt Ramiz Mehdiyevin, həqiqətən də, xarici ölkənin köməyi ilə Azərbaycanda hakimiyyət çevrilişi planı gerçəkləşdirmək xülyasına düşdüyünü göstərir.
APA Ramiz Mehdiyevin ünvanladığı məktubu təqdim edir.
Xüsusi qeyd etmək yerinə düşər ki, belə bir planı həyata keçirmək nə Ramiz Mehdiyevin, nə də onun əlaqə qurduğu dairələrin imkanında deyil. Sadəcə, buna cəhd etmək onun əsl riyakar xislətini nümayiş etdirir.
Dövlət idarəetmə sistemində islahatlarla bağlı təkliflər
Son illərdə dövlət idarəetmə sistemini, həmçinin Azərbaycanın iqtisadi həyatını bürüyən dərin böhran, radikal islahatlar və dəyişikliklərin həyata keçirilməsini tələb edir.
Əgər bir tərəfdən mövcud idarəetmə strukturunun qeyri-səmərəliliyi hazırkı hakimiyyətin xarakteri, əxlaqı və baxışları ilə izah olunursa, digər tərəfdən bu struktur köləlik və avtoritar ruhla iflic olmuş bir vəziyyətdədir.
Bu idarəetmə sisteminin əsas xüsusiyyətləri yalnız referendum yolu ilə dəyişdirilə bilər.
Yeni dövlət idarəetmə modelini və prinsiplərini işləyib hazırlayarkən, ilk növbədə Azərbaycan xalqının siyasi psixologiyasını, onun dövlətdən olan ənənəvi gözləntilərini nəzərə almaq, həmçinin ölkənin sosial-iqtisadi həyatında durğunluğa səbəb olan əsl amilləri müəyyən edib aradan qaldırmaq lazımdır.
Mənim uzunillik idarəetmə təcrübəm, strateji dövlət orqanlarına rəhbərlik etdiyim dövrlərdə topladığım biliklər, həmçinin müasir Azərbaycanın siyasi həyatına və tarixə dair elmi tədqiqatlarım mənə aşağıdakı dövlət idarəetmə sisteminin formalaşdırılmasının zəruriliyini göstərir:
1. Hakimiyyət, ümumqəbul edilmiş demokratik prinsiplərə uyğun olaraq, üç qoldan ibarət olacaq: qanunverici, icraedici və məhkəmə.
Bu hakimiyyət qollarının fəaliyyətinə nəzarəti Dövlət Şurası həyata keçirəcək. Şura 50 nəfərdən — tanınmış və təcrübəli dövlət xadimləri, iqtisadçılar, hüquqşünaslar, elm və mədəniyyət nümayəndələrindən ibarət olacaq, cəmiyyətdə nüfuzu olan şəxslər seçiləcək.
Bu orqan seçkili olacaq və ümummilli səsvermə nəticəsində formalaşacaq. Şuraya Dövlət Şurasının Sədri rəhbərlik edəcək, o, xalq tərəfindən seçilmiş Şura üzvləri arasından seçiləcək.
Sədri vəzifəsindən uzaqlaşdırmaq da yalnız Dövlət Şurası üzvlərinin səsverməsi nəticəsində mümkün olacaq.
Dövlət Şurası ölkədəki siyasi və sosial-iqtisadi proseslər üzərində tam nəzarət mexanizminə malik olacaq, həmçinin Konstitusiya Məhkəməsinin və Milli Təhlükəsizlik Şurasının funksiyalarını yerinə yetirəcək. Dövlət Şurası parlament tərəfindən qəbul edilən qanun layihələrini təsdiqləyəcək və hökumətin qərarlarına münasibətdə veto hüququna malik olacaq.
Dövlət Şurasının fəaliyyəti sədrin aparatının təminatı ilə həyata keçiriləcək. Dövlət Şurasının sədri dövlət başçısı üçün nəzərdə tutulan bütün səlahiyyətlərə və hüquqi toxunulmazlığa malik olacaq.
Dövlət Şurasına seçkilər hər 7 ildən bir keçiriləcək və bu müddət ərzində Dövlət Şurasının üzvləri toxunulmazlıq və sarsılmazlıq statusuna malik olacaqlar. Zəruri hallarda Dövlət Şurası üzvünün mandatı Şura sədrinin tələbi ilə, Şura üzvlərinin səsverməsi nəticəsində dayandırıla bilər. Dövlət Şurasının üzvləri fəaliyyət dövründə başqa bir işlə məşğul olmaq hüququna malik olmayacaqlar (elmi və pedaqoji fəaliyyət istisna olmaqla) və yalnız Dövlət Şurasına tabe olacaqlar.
2. İcra hakimiyyətinə ölkənin baş naziri rəhbərlik edəcək. Baş nazir parlament seçkilərinin nəticələrinə əsasən, ən çox səs toplayan partiyanın rəhbəri arasından seçiləcək. Həmin partiyanın sədrinə sosial-iqtisadi siyasətin həyata keçirilməsinə cavabdeh olan hökuməti formalaşdırmaq hüququ veriləcək.
3. Qanunverici hakimiyyət ölkə parlamenti tərəfindən həyata keçiriləcək. Parlament ümummilli seçkilər nəticəsində hər 7 ildən bir formalaşacaq. Parlament hökumətin fəaliyyətinə dair hesabatı qəbul edəcək, sosial-iqtisadi siyasətin həyata keçirilməsinə cavabdeh olan nazirləri baş nazirin təqdimatı əsasında (gücü strukturları rəhbərləri istisna olmaqla) vəzifəyə təsdiq edəcək.
4. Məhkəmə hakimiyyəti əvvəlki kimi Ali Məhkəmə və digər müvafiq məhkəmə orqanları tərəfindən həyata keçiriləcək.
Belə dəyişikliklər ölkəni prezident idarəetmə formasından parlament respublikası rejiminə keçirəcək, hakimiyyət üzərində səmərəli nəzarət mexanizmini təmin edəcək. Bu, həmçinin avtoritarizm və vahid idarəetmə meyllərinin əsaslarını xeyli dərəcədə neytrallaşdıracaq, dövlətin fəaliyyəti üzərində ictimai nəzarəti gücləndirəcək.
Eyni zamanda bu model demokratik seçkilərin keçirilməsinə imkan yaradacaq ki, bu da ölkənin beynəlxalq imicini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq, müxtəlif siyasi qüvvələrin fəaliyyət spektrini genişləndirəcək və nəticə etibarilə vətəndaş cəmiyyətinin əsaslarını möhkəmləndirəcək.
Ramiz Mehdiyev —
AMEA akademiki
Xəbər lenti
Hamısına baxDünya
21 Yanvar 17:22
İqtisadiyyat
21 Yanvar 16:52
Sosial
21 Yanvar 16:42
Dünya
21 Yanvar 16:31
İdman
21 Yanvar 16:12
Dünya
21 Yanvar 16:07
Dünya
21 Yanvar 16:06
Dünya
21 Yanvar 15:20
Sosial
21 Yanvar 14:59
Gündəm
21 Yanvar 13:08
Gündəm
21 Yanvar 12:48
Gündəm
21 Yanvar 12:47
Hadisə
21 Yanvar 12:42
Analitik
21 Yanvar 12:23
Gündəm
21 Yanvar 12:13
Dünya
21 Yanvar 11:29
Gündəm
21 Yanvar 11:24
Gündəm
21 Yanvar 11:23
İqtisadiyyat
21 Yanvar 11:19
Sosial
21 Yanvar 11:10
İqtisadiyyat
21 Yanvar 11:08
Hadisə
21 Yanvar 10:56
Dünya
21 Yanvar 10:47
Gündəm
21 Yanvar 10:28
Dünya
21 Yanvar 10:14
Siyasət
21 Yanvar 10:03
Dünya
21 Yanvar 09:56
İqtisadiyyat
21 Yanvar 09:25
Sosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
YAP xəbərləri
20 Yanvar 19:29
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25

