Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Bu il müxtəlif marşrut reysləri üzrə 380 müsabiqə keçirilib

Bu il müxtəlif marşrut reysləri üzrə 380 müsabiqə keçirilib

27.10.2025 [17:13]

2023-cü ildə 190, 2024-cü ildə 254, 2025-ci il ərzində isə 380 marşrut reysi üzrə müsabiqələr keçirilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) AZƏRTAC-a bildirilib ki, bu dövr ərzində “Neoplan”, “Cityliner”, “King Long”, “Yutong”, “İsuzu”, “JAC Sunray”, “Qazel NEXT”, MAN, “TEMSA HD 12”, “Hyundai County” markalı 115 müasir avtobus şəhərlərarası daşımalara cəlb edilib.

Bu isə Bakı şəhərindən ölkəninin digər şəhər və rayonlarına şəhərlərası daşıma üzrə avtobus parkının 35 faizini təşkil edir. Avtobuslardan 24-ü 2023, 38-i 2024, 53-ü isə 2025-ci ildə istismara buraxılıb. Eyni zamanda, müsabiqələr nəticəsində Bakı şəhərindən regionlara işləyən avtobusların orta yaşı 18 ildən 12-yə endirilib.

Paytaxtdan regionlara fəaliyyət göstərən reyslərin 96 faizi “biletim.az” portalına qoşulub.

Paylaş:
Baxılıb: 521 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Siyasət

Bu, ilk dəfəydi...

08 Avqust 15:08

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

08 Avqust 09:17  

Sosial

Robotlar robotu

08 Avqust 08:34

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31