Daha iki münaqişə həllini gözləyir...
16.10.2025 [09:11]
Trampın səyləri nəticə verəcəkmi?
ABŞ Prezidenti Donald Tramp növbəti diplomatik uğura imza atmağa hazırlaşır. Qlobal sülh təşəbbüskarı kimi çıxış edən Ağ Evin rəhbəri Qəzzada münaqişəni bitirdikdən sonra diqqətini Tailand ilə Kamboca arasında ərazi mübahisələrin və ikitərəfli münasibətlərdəki problemlərin həllinə, o cümlədən Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasına yönəldib - demək olar ki, o, uğurlarının ardı-ardınca bu istiqamətdə səylərini daha da artırıb. Xüsusilə qeyd etmək lazımdır ki, İsrail ilə Suriya, İsrail ilə Livan, Pakistan ilə Hindistan, Azərbaycan ilə Ermənistan və İsrail ilə Fələstinin ikinci böyük hərbi-siyasi rəhbərliyi - HƏMAS arasında sülh və sabitliyin bərqərar olunmasına yönələn sazişlərin imzalanmasına nail olan ABŞ-ın dövlət rəhbəri dünyanın digər bölgələrində hələ də mövcud olan münaqişələrin həlli, ən əsası da qlobal təhlükəsizliyin təminatı istiqamətində aktiv rol oynamaqda qərarlıdır. Belə ki, Donald Tramp iki gün bundan öncə Misirin Şarm əl-Şeyx şəhərindən Vaşinqtona qayıdarkən təyyarəsində jurnalistlərə açıqlamasında oktyabrın 17-də Ukrayna lideri Volodimir Zelenskini Ağ Evdə qəbul etmək niyyətini təsdiqləyib. Böyük ehtimalla, bu görüş baş tutacaq. Zelenski ilə görüşdən sonra Tramp Tailand və Kamboca arasında sülh sazişinin imzalanmasına kömək etmək üçün oktyabrın 26-da Malayziyaya səfər edəcək. Saziş Malaziyanın paytaxtı Kuala-Lumpurda oktyabrın 26-dan 28-dək keçiriləcək Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası liderlərinin görüşü zamanı imzalanacaq.
Tailand ilə Kamboca arasında qarşıdurma necə başlayıb?
Qeyd edək ki, bu ilin iyul ayının sonlarında Tailand və Kamboca arasında son on ilin ən gərgin hərbi toqquşmaları baş vermişdi. Toqquşma zamanı hər iki tərəfin bir-birinin sərhəd ərazilərini ağır artilleriya ilə atəşə tutması nəticəsində ən azı 16 nəfər həlak olmuşdu, on minlərlə insan isə evlərini tərk etmək məcburiyyətində qalmışdı. Gərginlik hər iki ölkənin sərhədində yerləşən Ta Moan Thom məbədi və bu məbədin ətrafında olan ərazilər üzərində illərlə davam edən mübahisədən qaynaqlanır. Münaqişənin kökləri 1907-ci ilə, Fransa tərəfindən çəkilmiş sərhəd xəritəsinə dayanır. Həmin vaxt Kamboca Fransa müstəmləkəsi idi və sərhədin təbii suayırıcı xəttlə müəyyən olunması razılaşdırılmışdı. Lakin Tailand sonradan bu xəritənin legitimliyini qəbul etmədi və 817 kilometrlik sərhədin bir neçə hissəsində mübahisəli ərazilər formalaşdı.1962-ci ildə Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) Ta Moan Thom məbədinin Kambocaya məxsus olduğunu təsdiqlədi. Lakin bu qərar məbədin ətrafındakı torpaqların statusunu aydınlaşdırmırdı. 2008-ci ildə Kamboca məbədi UNESCO-nun Dünya İrsi Siyahısına salmağa çalışdıqda gərginlik yenidən alovlandı. Həmin dövrdən bəri tərəflər arasında dəfələrlə toqquşmalar baş verib. 2024-cü ilin sonunda və 2025-ci ilin əvvəllərində baş verən bəzi hadisələr vəziyyəti daha da gərginləşdirdi. Mayın 28-də sərhəddə hər iki tərəfin bir-birinin mövqelərinə atəşə tutması ilə başlayan gərginlik iyul ayında sərhəd boyunca şiddətli toqquşmalara çevrildi. Lakin Malayziyanın Baş naziri Ənvər İbrahimin vasitəçiliyi və Prezident Donald Trampın təzyiqləri nəticəsində Tailand və Kamboca atəşi dayandırdı və aralarındakı problemi həll etmək üçün danışıqlar masası arxasına oturmağa razı oldular.
Münaqişənin dayanması sual altındadır
Dörd ay davam edən danışıqlarda, nəhayət Tailand və Kamboca hökuməti iki ölkənin sərhədində mübahisəli ərazilərin həllinə dair bəzi məsələlərdə razılığa gəldilər. Razılaşmaya görə, hər iki tərəf sərhəd ərazidə öz mövqelərində heç bir ağır silah yerləşdirməyəcək, iki tərəfin əsgərləri əraziləri minalardan təmizlənməyə cəlb olunacaq, mübahisələri dialoq çərçivəsində həll edəcək və hər iki ölkə transmilli cinayətlərə qarşı birgə mübazirə aparacaqlar. Bu razılaşma fonunda Tailand və Kambocanın dövlət rəhbərlərinin oktyabrın 26-28 - də Kuala-Lumpurda baş tutacaq Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının konfransında sülh sazişi imzalayacağı gözlənilir. Təbii ki, belə bir razılaşmanın əldə olunmasında Trampın əhəmiyyətli rolu danılmazdır. Məhz Trampın dəstəyi ilə Tailand və Kamboca arasında dörd ay ərzində danışıqlar baş tutub. Məsələ ilə bağlı Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri Samir Hümbətov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Trampın Tailand-Kamboca münaqişəsinin nizamlanması prosesində də təşəbbüsü nəticə göstərib. “Uzun müddətdir ki, Tailand və Kamboca arasında münaqişə davam edir. İndiyə qədər bu münaqişənin həlli istiqamətində qlobal səviyyədə heç bir ciddi addım atılmayıb. Yalnız ABŞ Prezidenti Donald Tramp münaqişənin nizamlanmasına mühüm töfhə verib. Trampın təşəbbüsü ilə Kuala-Lumpurda iki tərəf arasında sülh və atəşkəs sazişi imzalanacaq. Lakin əsas məsələ burasındadır ki, Tailand və Kamboca arasındakı münaqişənin yaxın zamanda tam sona çatması inandırıcı görünmür. Həm Tailand, həm də Kambocanın bu münaqişədə öz maraqları var və hər iki tərəfin öz maraqlarını bir kənara qoyub ortaq maraqlardan çıxış etməsi sual altındadır. Atəşkəsin uzudmüddətli və ya daimi olacağı qeyri-müəyyəndir. İlkin dövrlərdə atəşkəsə riayət oluna bilər, amma sonrakı dövrlərdə nə baş verəcək, bunu yalnız gələcək göstərəcək. Bu məsələdə xüsusi bir məqamı da diqqətdən qaçırmaq olmaz - üçüncü qüvvələr də bu atəşkəsi pozmağa cəhd edə bilər”.
Növbəti hədəf Rusiya-Ukrayna müharibəsi - Tramp təzyiqlərə əl atacaq?
“Tramp Ağ Evə qayıtdıqdan bəri Rusiya ilə Ukrayna arasında müharibəni dayandırmaq və atəşkəsi təmin etmək üçün bir çox addımlar atıb. Amma onun addımları heç bir ciddi nəticə verməyib. Tramp Zelenski ilə görüşlər keçirə bilər, amma əsas problem budur ki, həm Ukraynanı, həm də Rusiyanı danışıqlar masası arxasına otuzdurmaq o qədər də asan məsələ deyil. Nə Zelenski, nə də Putin bir masa arxasına oturmaq istəmir. Tramp bu məsələdə hər iki ölkənin liderini razı sala bilməyib. Sözsüz ki, əgər Tramp Ukraynada müharibəni dayandırmaq istəyirsə, Rusiyaya təzyiq etməlidir. Lakin Tramp buna tələsmir və hələ ki, vəziyyətin gedişatını izləyib səbrlə davranmağa və Kremlin hərəkətlərinə dözümlü münasibət sərgiləməyə üstünlük verir. Amma bu, o qədər də çox davam etməyəcək. Vaşinqtonun səbri tükənəcək və Ukraynaya hərbi dəstəyi daha da artıracaq” - deyə S.Hümbətov vurğulayıb.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30
Sosial
28 Oktyabr 22:18
YAP xəbərləri
28 Oktyabr 22:09
Dünya
28 Oktyabr 21:55
İdman
28 Oktyabr 21:27
Sosial
28 Oktyabr 21:15
Dünya
28 Oktyabr 20:46
İqtisadiyyat
28 Oktyabr 20:34
İqtisadiyyat
28 Oktyabr 20:18
Dünya
28 Oktyabr 19:51
Dünya
28 Oktyabr 19:23
Dünya
28 Oktyabr 19:10
Hadisə
28 Oktyabr 18:37
Siyasət
28 Oktyabr 17:49
Siyasət
28 Oktyabr 17:48
Siyasət
28 Oktyabr 17:48
YAP xəbərləri
28 Oktyabr 17:29
Sosial
28 Oktyabr 17:23
YAP xəbərləri
28 Oktyabr 17:13
Sosial
28 Oktyabr 17:11
Dünya
28 Oktyabr 16:25
Siyasət
28 Oktyabr 16:24
Siyasət
28 Oktyabr 16:23
Gündəm
28 Oktyabr 15:54
Gündəm
28 Oktyabr 15:53
Gündəm
28 Oktyabr 15:52
Dünya
28 Oktyabr 15:45
YAP xəbərləri
28 Oktyabr 15:29
YAP xəbərləri
28 Oktyabr 15:28
Gündəm
28 Oktyabr 15:23
İqtisadiyyat
28 Oktyabr 14:47
YAP xəbərləri
28 Oktyabr 14:45
Mədəniyyət
28 Oktyabr 14:40
Gündəm
28 Oktyabr 14:38
Sosial
28 Oktyabr 14:37
Sosial
28 Oktyabr 14:35
Gündəm
28 Oktyabr 13:48
YAP xəbərləri
28 Oktyabr 13:21
YAP xəbərləri
28 Oktyabr 12:39
Gündəm
28 Oktyabr 12:14
Sosial
28 Oktyabr 12:03
İqtisadiyyat
28 Oktyabr 11:57
İqtisadiyyat
28 Oktyabr 11:56
Hadisə
28 Oktyabr 11:55
Gündəm
28 Oktyabr 11:52
Siyasət
28 Oktyabr 11:37
Gündəm
28 Oktyabr 11:23
Gündəm
28 Oktyabr 11:22
Gündəm
28 Oktyabr 11:21
Gündəm
28 Oktyabr 11:19
Siyasət
28 Oktyabr 11:13
Analitik
28 Oktyabr 10:56
Siyasət
28 Oktyabr 10:46
MEDİA
28 Oktyabr 10:34
Analitik
28 Oktyabr 10:17
Dünya
28 Oktyabr 10:14
Siyasət
28 Oktyabr 10:13
Analitik
28 Oktyabr 09:49
Analitik
28 Oktyabr 09:34
Analitik
28 Oktyabr 09:15
Mədəniyyət
28 Oktyabr 08:51
Ədəbiyyat
28 Oktyabr 08:25
İdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58

