Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Dövlət Duması “WhatsApp”ın bloklanmasını sürətləndirmək niyyətindədir

Dövlət Duması “WhatsApp”ın bloklanmasını sürətləndirmək niyyətindədir

01.12.2025 [22:16]

Diplomatik danışıqların son sızma faktı Rusiya ərazisində “WhatsApp” messencerinin bloklanmasını sürətləndirmək üçün əlavə bir səbəbə çevrilib.

AZƏRTAC Gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Dumasının İnformasiya Siyasəti, İnformasiya Texnologiyaları və Kommunikasiya Komitəsi sədrinin birinci müavini Anton Qorelkin özünün Teleqram kanalında məlumat verib.

“Nəticəyə gəlindi: messencerin sahibləri təkcə onun qanunsuz istifadəsinə göz yummurlar, onlar həm də özləri bu işdə fəal şəkildə iştirak edirlər”, - deyə deputat yazıb.

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bundan əvvəl Rusiya ilə ABŞ arasında əlaqələrin həm xüsusi, qapalı rabitə kanalları, həm də “WhatsApp” kimi adi kanallar vasitəsilə həyata keçirilə biləcəyini bildirmişdi. O, ABŞ-ın xüsusi elçisi Stiv Uitkoffla söhbətinin sızmasının bu kanal vasitəsilə baş verə biləcəyini ehtimal etmişdi. Uşakov qeyd etmişdi ki, görünür, kimsə hansısa yolla “WhatsApp” danışıqlarını dinləyə bilir.

Noyabrın 28-də Roskomnadzor “WhatsApp” sahiblərini internet rabitəsini tənzimləyən Rusiya qanunvericiliyinə əməl etməməyə davam edəcəkləri təqdirdə ölkə ərazisində messencerin tamamilə bloklanacağı ilə hədələyib.

Paylaş:
Baxılıb: 121 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Hadisə

Analitik

YAP xəbərləri

Xəbər lenti

Siyasət

Təhrif, yoxsa qəsd?

03 Dekabr 11:45  

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

MEDİA

Analitik

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31