Azərbaycanın daha bir uğuru!
04.12.2025 [11:56]
UNESCO-da ölkəmizə növbəti böyük etimad
Bu günlərdə Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatının (UNESCO) Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin mühafizəsi üzrə 1954-cü il Haaqa Konvensiyasının İkinci Protokoluna tərəf dövlətlərin 16-cı iclası keçirilib və həmin tədbirdə respublikamız UNESCO-nun Silahlı Münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsinə 2025-2029-cu illər üzrə üzv seçilib. Bu barədə Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Azərbaycanın komitəyə üzv seçilməsi ölkəmizin mədəni irsin qorunması sahəsində beynəlxalq aləmdə formalaşmış müsbət imicinin, beynəlxalq platformalarda nümayiş etdirdiyi fəallığın və apardığı ardıcıl siyasətin göstəricisidir.
Dünyada ölkəmizin artan nüfuzu
Bildirildiyi kimi, 4 vakant yer uğrunda Azərbaycanla birgə 6 ölkə mübarizə aparıb. Rəqabət şəraitində keçirilmiş seçkilərin nəticəsində Azərbaycan səsvermənin ilk mərhələsində iştirak edən ölkələrin əksəriyyətinin səsini toplayıb.
Bu, böyük etimaddır və beynəlxalq birliyin ölkəmizə olan rəğbətini təsdiqləyir. Cənubi Qafqaz regionunda lider dövlət kimi çıxış edən, müstəqil xarici siyasət həyata keçirən Azərbaycan beynəlxalq müstəvidə səmərəli əməkdaşlıq əlaqələrinə malikdir. Bu kontekstdə ölkəmizin beynəlxalq qurumlarla əməkdaşlığı xüsusilə qeyd edilməlidir. Daha da dəqiqləşdirsək, həyata keçirdiyi balanslaşdırılmış və çoxvektorlu xarici siyasət kursu ilə regional və qlobal təhlükəsizliyə mühüm töhfələr verən, dünya siyasətində etibarlı tərəfdaş kimi tanınan Azərbaycan beynəlxalq təşkilatlarda uğurla təmsil olunur. Həmçinin, məmnunluq hissi ilə bildirmək yerinə düşər ki, ayrı-ayrı nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanla əməkdaşlığı strateji prioritet kimi müəyyənləşdiriblər. Ölkəmiz isə müxtəlif beynəlxalq qurumlarda sadəcə üzv dövlət kimi təmsil olunmur, eyni zamanda, onların funksionallığının artmasına davamlı töhfələr verir, qərarların qəbul və icra olunmasında mühüm rol oynayır. Xatırlatmaq yerinə düşər ki, Azərbaycan qısa müstəqillik tarixində BMT Təhlükəsizlik Şurasına (TŞ) qeyri-daimi üzv seçilib, sıralarında 120 dövləti birləşdirən Qoşulmama Hərəkatına uğurla sədrllik edib, Türk Dövlətləri Təşkilatında (TDT) öncül ölkələrdən birinə çevrilib, əksər regional təşkilatlarda uğurlu təmsilçiliyə malikdir.
O cümlədən Azərbaycan - UNESCO əlaqələrinin genişlənməsi də məmnunluq doğurur. Müstəqil Azərbaycan 3 iyun 1992-ci il tarixində UNESCO-ya üzv qəbul edilib və qurumun ən fəal üzvlərindən biri kimi fəaliyyət göstərir. Qurumun sabiq və hazırda fəaliyyətdə olan rəsmilərinin də bildirdikləri kimi, Azərbaycan-UNESCO münasibətləri dinamik səciyyə daşıyır, indiyədək ölkəmiz tərəfindən təşkilatın mandatı çərçivəsində saysız-hesabsız layihələr reallaşdırılıb. Ölkəmizin bir sıra təşəbbüsləri, o cümlədən mədəniyyətlərarası dialoq və idman sahələri üzrə hazırladığı müvafiq qətnamə layihələri İcraiyyə Şurasında müzakirələrə çıxarılıb və üzv dövlətlər tərəfindən yekdilliklə qəbul olunub. İndiyədək Azərbaycan UNESCO-nun əksər konvensiyalarına qoşulub və üzərinə düşən öhdəlikləri məsuliyyətlə yerinə yetirir. Ölkəmiz UNESCO-nun bir sıra alt qurumlarında da uğurla təmsil olunur. Eyni zamanda, respublikamızda ayrı-ayrı sahələr üzrə milli komitələr yaradılıb. Eləcə də, Azərbaycanla UNESCO arasında qarşılıqlı fəaliyyətin hüquqi əsaslarını təmin edən sənədlər imzalanıb.
Mədəni irsin qorunması naminə davamlı fəaliyyət
Sözügedən komitə silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunmasını təmin etmək, 1954-cü il Haaqa Konvensiyasının və onun İkinci Protokolunun tələblərinə əməl olunmasına nəzarət etmək, habelə dövlətlərə bu sahədə texniki, hüquqi və institusional dəstəyin göstərilməsini təşviq etmək məqsədilə yaradılıb. Azərbaycanın UNESCO-nun Silahlı Münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsinə 2025-2029-cu illər üzrə üzv seçilməsini şərtləndirən digər bir mühüm amil də ölkəmizin reallıqları və Azərbaycan dövlətinin mədəni irsin qorunmasına verdiyi böyük önəmlə bağlıdır. Deyə bilərik ki, respublikamızda bu istiqamətdə davamlı və məqsədyönlü fəaliyyət həyata keçirilir. Azərbaycan abidələr diyarıdır və bu abidələr müxtəlif sivilizasiyalara aiddir. Ancaq müstəqil Azərbaycan dövləti xalqımızın əsrlərdən gələn tolerantlqı ənənələrinə sadiq qalmaqla heç bir fərq qoymadan onların hamısının qorunmasına böyük qayğı göstərir.
Digər bir mühüm məqam ondan ibarətdir ki, Azərbaycan da silahlı münaqişələrdən keçən ölkədir. Təxminən 30 il ərzində ərazilərimizin 20 faizi işğalçılıq siyasəti aparan Ermənistanın nəzarəti altında qalıb. İşğal illərində 11 min kvadratkilometrdən artıq ərazilərimizdə hər şey, o cümlədən də 65 tarixi mədəni-dini abidə erməni vandalları tərəfindən dağıdılıb və yaxud təhqirlərə məruz qalıb. 44 günlük Vətən müharibəsindən sonrakı mərhələdə qalib Azərbaycan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq-abadlıq işləri həyata keçirir, o cümlədən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bəhs olunan ərazilərdəki dağıdılmış tarixi mədəni-dini abidələrin bərpasını həyata keçirir.
Fond tərəfindən belə layihələr həmçinin ölkə hüdudlarından kənarda da reallaşdırılır. Məsələn, Fond tərəfindən Bolqarıstanın Veliko-Tırnovo şəhərindəki “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun konservasiya və bərpası həyata keçirilib. Qoruğun bərpadan sonra açılışı 23 sentyabr 2016-cı il tarixində Bolqarıstanın Baş nazirinin, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın və Fondun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə baş tutub.
Heydər Əliyev Fondu tərəfindən Vatikanda reallaşdırılan layihələrin sayı da çoxdur. 2016-cı il fevralın 23-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Vatikanda bərpa edilən Müqəddəs Marçellinio və Pietro katakombalarının açılışı olub. Açılış mərasiminə qatılan Mehriban xanım Əliyeva tədbirdə çıxış edib. Müqəddəs Pyotr Kilsəsinin Bazilikasındakı “Roma Papası I Leon ilə Hun imperatoru Atillanın görüşü” barelyefinin, Vatikan Bazilikasındakı katakombalarda yerləşən “Tullius Zethus” məqbərəsinin, “Müqəddəs Komodiliya” katakombalarındakı mavzoleyin bərpası da Fond tərəfindən böyük uğurla həyata keçirilib.
Azərbaycan dövlətinin və Heydər Əliyev Fondunun mədəniyyətlərarası dialoqun gücləndirlməsinə verdiyi davamlı töhfələr UNESCO-da yüksək dəyərləndirilir. Mehriban xanım Əliyeva ölkəmizin zəngin mədəniyyətinin qorunması, öyrənilməsi və tədqiqində xidmətlərinə görə 2004-cü ilin sentyabr ayında UNESCO-nun şifahi və musiqi ənənələri sahəsində Xoşməramlı Səfiri adına layiq görülüb (2004-2022). Eyni zamanda, Azərbaycanın 3 maddi mədəni irs nümunəsi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Bunlar aşağıdakılardır: “İçəri Şəhər, Qız Qalası və Şirvanşahlar Saray Kompleksi” (2000);”Qobustan Qaya Sənəti Mədəni Landşaftı” (2007) və “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” (2019), Xınalıqların Mədəni Landşaftı və “Köç yolu” Marşrutu (2023), Azərbaycanın Hirkan meşəsi” (2023). Azərbaycanın 19 qeyri-maddi mədəni irs nümunəsi isə UNESCO-nun Qeyri-maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilib.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxMEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17

