Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Fransada özəl xəstəxanaların həkimləri 10 günlük tətilə başlayırlar

Fransada özəl xəstəxanaların həkimləri 10 günlük tətilə başlayırlar

04.01.2026 [08:43]

Fransada özəl xəstəxanaların həkimləri ilk dəfə olaraq yanvarın 5-dən on günlük tətil elan ediblər. Həkimlər peşələrini tapdalayan dövlət siyasətinə etiraz edirlər. Ölkə üzrə genişmiqyaslı səfərbərlik gözlənilir.

AZƏRTAC xəbər verir ki, tətil 2026-cı il sosial təminatın maliyyələşdirilməsi qanununa qarşı yönəlib. Həkimlər büdcənin yetərsiz olduğunu, xəstəlik məzuniyyətlərinə nəzarətin sərtləşdirildiyini və tibbi tariflərin sosial dialoq olmadan azaldıla biləcəyinə etiraz edirlər. Rəy sorğularına görə, həmkarlar ittifaqı üzvlərinin təxminən 85 faizi aksiyaya qoşulmağa hazırdır.

Hərəkat günlər keçdikcə güclənəcək. Əməliyyat bloklarının fəaliyyəti azaldılacaq, yanvarın 10-da isə Parisdə milli nümayiş planlaşdırılır.

Səlahiyyətli qurumlar vəziyyəti yaxından izlədiklərini bildirir, həmkarlar ittifaqları konkret addımlar gözlədiklərini vurğulayır.

Paylaş:
Baxılıb: 171 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Mədəniyyət

YAP xəbərləri

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31