Humanitar diplomatiya nümunəsi
20.01.2026 [11:40]
Leyla Əliyevanın Efiopiyaya səfəri ölkələr arasında mədəni və elmi əməkdaşlığın genişlənməsində mühüm əhəmiyyət kəsb edir
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Efiopiya Federativ Demokratik Respublikasına rəsmi səfər edib. Bu səfər iki ölkə arasında mədəni və elmi əməkdaşlığın daha da genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Səfər çərçivəsində həyata keçirilən görüşlər və müzakirələr qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinə, eləcə də ortaq layihələrin təşviqinə zəmin yaradır.
Səfərin əsas məqsədlərindən biri Azərbaycan və Efiopiya arasında humanitar sahədə əməkdaşlığın dərinləşdirilməsi, regionların sosial və ictimai inkişafı üzrə təcrübə mübadiləsinin aparılmasıdır. Bu cür qarşılıqlı əlaqələr xalqlar arasında mədəni yaxınlaşmanı gücləndirməklə yanaşı, uzunmüddətli tərəfdaşlıq üçün də etibarlı əsas formalaşdırır.
Heydər Əliyev Fondunun qlobal miqyasda həyata keçirdiyi layihələr fondun fəaliyyətinin yalnız milli çərçivələrlə məhdudlaşmadığını bir daha nümayiş etdirir. Fondun sosial rifahın yüksəldilməsi, mədəni irsin qorunması və elmi inkişafın təşviqi istiqamətində atdığı addımlar Azərbaycanın beynəlxalq aləmdə humanitar dəyərlərə sadiq bir ölkə kimi mövqeyini daha da möhkəmləndirir. Leyla Əliyevanın Efiopiyaya səfəri də bu baxımdan Azərbaycan diplomatiyasının və humanitar siyasətinin uğurlu davamı kimi qiymətləndirilə bilər.
Efiopiya Elm Muzeyində
Səfər çərçivəsində Leyla Əliyeva Efiopiya Elm Muzeyini ziyarət edib. Burada onu Efiopiya Federativ Demokratik Respublikasının Baş nazirin ofisinin rəhbəri və kabinet işləri naziri Alemtsehay Paulos qarşılayıb. Məlumat verilib ki, Efiopiya Elm Muzeyi 2022-ci ilin oktyabrında ziyarətçilərin istifadəsinə verilib. Yeddi hektar ərazidə inşa olunmuş və 80 faizi yaşıl sahədən ibarət olan muzey iki möhtəşəm binadan ibarətdir. Bu nəhəng muzey kompleksi elmi-tədqiqat mərkəzi kimi fəaliyyət göstərmək, müxtəlif sahələr üzrə həm qədim, həm də müasir texnologiyaları qoruyub saxlamaq və onları gələcək nəsillərə ötürmək məqsədi daşıyır.
Efiopiyanın Baş naziri Abiy Ahmedin təşəbbüsü ilə inşa edilən kompleksdə elm və texnologiyaya həsr olunan müasir interaktiv eksponatlar, planetarium və Günəş panelləri kimi ekoloji cəhətdən təmiz dizayn elementləri yer alır. Muzey xüsusilə gənclər arasında innovasiyanı və rəqəmsal bacarıqların inkişafını təşviq etməyi hədəfləyir, texnoloji tədbirlər və konfranslar üçün mühüm mərkəz rolunu oynayır.
Adva Zəfər Muzey Kompleksi ilə tanışlıq
Leyla Əliyeva Adva Zəfər Muzey Kompleksində də olub. Adva Zəfər Muzeyi 1896-cı il martın 1-də Adva döyüşündə İtaliya işğalçıları üzərində qazanılan qələbəyə həsr olunan memorial kompleksdir. Kompleks Əddis-Əbəbə şəhərinin mərkəzində, vaxtilə ölkənin hər yerindən gələn efiopiyalıların Adva döyüşünə yollanmazdan əvvəl toplandığı məkanda yerləşir. Bu tarixi hadisə həm Efiopiya, həm də bütövlükdə Afrika qitəsi üçün xalqın azadlıq uğrunda nümayiş etdirdiyi birlik və qətiyyəti simvollaşdıraraq böyük əhəmiyyət kəsb edir. Sözügedən döyüşdə Efiopiya parlaq qələbə qazanaraq öz müstəqilliyini qoruyub və Afrika tarixində müstəmləkəyə çevrilməyən yeganə dövlət olub.
Leyla Əliyeva Əddis-Əbəbənin ən böyük istirahət məkanı olan “Dostluq” parkını da ziyarət edib. Parkın mərkəzindəki möhtəşəm musiqili fəvvarənin nümayişi ətrafda sehrli bir atmosfer yaradıb. Azərbaycan xalq mahnılarının həzin sədaları altında rəqs edən su damlaları musiqinin akkordları ilə harmoniya təşkil edərək zərif bir sənət əsərini xatırladıb.
“ASAN xidmət” modeli əsasında yaradılmış mərkəz
Efiopiya Federativ Demokratik Respublikasına səfəri çərçivəsində Leyla Əliyeva paytaxt Əddis-Əbəbədə yerləşən “MESOB” dövlət xidməti mərkəzində olub. Efiopiyanın Dövlət qulluğu üzrə federal komissarı (nazir) Mekuria Haile Leyla xanımı qarşılayıb. Bildirib ki, “ASAN xidmət” modeli əsasında yaradılmış “MESOB” vətəndaşların mühüm dövlət xidmətlərinə çıxışını asanlaşdırmaq üçün müasir “bir pəncərə” platformasıdır. Federal agentliklərin 140-dan çox xidmətini vahid rəqəmsal və fiziki mərkəzdə birləşdirən “MESOB”, dövlət xidmətlərinin daha sürətli, rahat və etibarlı şəkildə göstərilməsini təmin edir.
Səfər çərçivəsində Leyla Əliyeva ilə Efiopiyanın Baş naziri Abiy Əhməd Əli arasında görüş keçirilib. Söhbət zamanı Azərbaycan ilə Efiopiya arasındakı ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivləri ətraflı müzakirə olunub. Səmimi dialoq şəraitində keçən görüşdə Leyla Əliyeva Azərbaycan Respublikası Prezidentinin salamlarını qarşı tərəfə çatdırıb və dövlətimizin başçısının adından Baş naziri ölkəmizə səfərə dəvət edib. Efiopiyanın Baş naziri Abiy Əhməd Əli dəvəti böyük məmnuniyyətlə qəbul edərək, Azərbaycan Prezidenti haqqında yüksək ehtiramla danışaraq, xoş sözlərini ifadə edib.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51

