Axtarış üçün üz tutduğumuz ilk ünvan!
15.01.2026 [08:33]
25 yaşlı “Vikipediya”...
Dinamik, sürətlə inkişaf edən yüksək texnologiyalar əsrində yaşayırıq. Hazırda bütün dünyada informasiyaların əldə olunması üçün müxtəlif vasitələrdən istifadə etmək insanların həyat tərzinə çevrilib. Həmin vasitələrdən biri, hətta ən önəmlisi “Vikipediya” adlı elektron ensiklopediyadır.
Vaxtaşırı burada olan məlumatdan yararlanırıq. Bəllidir ki, bu gün internet üzərində hər hansı bir məlumat axtaran zaman ilk müraciət etdiyimiz ünvan məhz “Vikipediya”dır.
Qeyd edək ki, layihənin tarixi 1999-cu ildən başlayır. Layihənin baş redaktoru, təşkilatçısı Larri Senqer və “Bomis” kompaniyasının icraçı direktoru, layihəni maliyyələşdirən Cimmi Uels viki texnologiyası əsasında onlayn ensiklopediya yaratmaq qərarına gələrək onu Nupediya (NuPedia.com) adlandırdılar.
Nupediya virtual ensiklopediyası 2000-ci ilin mart ayından fəaliyyətə başlayıb. İngilis dilində yaradılmış bu ensiklopediyanı viki-sayt hesab etmək olmazdı. Onun əsasını alim və mütəxəssislər tərəfindən məqalələrin dəqiq yoxlanması təşkil edirdi. Nupediyaya məqalələrin daxil olunması prosesi çox ləng getdiyindən onun bağlanması haqqında qərar qəbul edildi və 2003-cü ilin sentyabrında bağlandı. Nupediya ensiklopediyası bağlanarkən orada 25 tamamlanmış, 74 yoxlama prosesində olan məqalə var idi.
Nupediya ensiklopediyası əsasında yaradılmış “Vikipediya” açıq ensiklopediyası 2001-ci il yanvarın 15-də internetdə fəaliyyət göstərməyə başlayıb. Qısa müddət ərzində isə internetin ən populyar layihələrindən birinə çevrilib. Nupediyadan fərqli olaraq “Vikipediya”da məqalələr könüllü internet istifadəçiləri tərəfindən yoxlanılır ki, bu da ensiklopediyanın çox sürətlə zənginləşməsinə səbəb olub. Ensiklopediyanın adı ingilis texniki termini olan “wiki” (saytın fəaliyyətinin əsasını təşkil edən texnologiya; söz özü havay dilində “tez” deməkdir) və “encyclopedia” (ensiklopediya) sözlərindən yaranıb.
2002-ci il yanvarın 13-də isə “Vikipediya”nın Azərbaycan dilində bölməsi yaranıb. Geridə qalan illər ərzində Azərbaycan dilində “Vikipediya” xeyli inkişaf edərək ölkəmizdə ən çox oxunan onlayn ensiklopediya olaraq öz yerini alıb. Son statistikalar da bunun bariz nümunəsidir. Son illər “Vikipediya”nın Azərbaycan dilində olan səhifələri 34 milyon dəfə ziyarət edilib, son bir il ərzində isə bu rəqəm 358 milyondur.
Bu gün “Vikipediya” ən çox daxil olunan saytlar arasında yüksək yerlərdə qərarlaşır. Belə ki, alexa.com-un açıqladığı statistikaya əsasən, dünyada və ölkəmizdə ən çox daxil olunan 5-ci saytdır. Bu amil “Vikipediya”nın insanlar arasındakı vacibliyinin və əhəmiyyətinin göstəricisidir.
Yeri gəlmişkən, yanvarın 15-i Beynəlxalq Vikipediya Günü kimi qeyd edilir. Bu il “Vikipediya”nın yaradılmasının 25 ili tamam olur.
Şagirddən müəllimə, böyükdən kiçiyə, mübahisə edənlər, dünya görüşünü genişləndirənlər, qısacası hər kəs bu “çeşmə”dən az-çox su içir. “Vikipediya” internetdə azad şəkildə yayımlanan, dünyanın bir çox dillərində viki texnologiyasının tətbiqi ilə könüllü istifadəçilər tərəfindən inkişaf etdirilən ensiklopediyadır. Azad dedikdə, “Vikipediya”dakı məlumatların oxunmasının və istifadəsinin azadlığı ilə yanaşı, orada redaktə etməyin azadlığı da nəzərdə tutulur.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxGündəm
21 Yanvar 12:48
Gündəm
21 Yanvar 12:47
Hadisə
21 Yanvar 12:42
Analitik
21 Yanvar 12:23
Gündəm
21 Yanvar 12:13
Dünya
21 Yanvar 11:29
Gündəm
21 Yanvar 11:24
Gündəm
21 Yanvar 11:23
İqtisadiyyat
21 Yanvar 11:19
Sosial
21 Yanvar 11:10
İqtisadiyyat
21 Yanvar 11:08
Hadisə
21 Yanvar 10:56
Dünya
21 Yanvar 10:47
Gündəm
21 Yanvar 10:28
Dünya
21 Yanvar 10:14
Siyasət
21 Yanvar 10:03
Dünya
21 Yanvar 09:56
İqtisadiyyat
21 Yanvar 09:25
Sosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
YAP xəbərləri
20 Yanvar 19:29
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16

