2 Fevral – Gəncliyin gücü, gələcəyin təminatı
02.02.2026 [10:05]
2 Fevral Azərbaycan Gəncləri Günü hər birimiz üçün sadəcə bayram deyil, həm də məsuliyyət çağırışıdır. Bu gün ölkənin taleyində söz sahibi olacaq bir nəslin formalaşmasını, düşüncə tərzini və fəaliyyətini simvolizə edir. Gənclik enerjidir, ideyadır, dəyişiklikdir. Amma ən əsası, gənclik məsuliyyətdir.
1997 - ci ildən etibarən 2 fevral tarixinin Ulu Öndər Heydər Əliyevin xüsusi diqqət və qayğısı ilə Azərbaycan Gənclər Günü kimi təsis edilməsi gənclərə verilən yüksək dəyərin və etimadın parlaq göstəricisidir. Gəncləri hər zaman dövlətin əsas inkişaf qüvvəsi hesab edən Ümummilli Liderimiz hələ 1994 - cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması ilə vacib və strateji əhəmiyyətə malik təşəbbüsün möhkəm əsasını qoymuşdur. Ölkəmizdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Gənclər siyasəti bu gün də uğurla davam etdirilir və daha da təkmilləşdirilir. Dövlət tərəfindən gənclərin təhsilinə, məşğulluğuna, yaradıcılığına, sosial rifahına və səxsi inkişafına xüsusi diqqət göstərilir. Müxtəlif dövlət proqramları, layihələri və təşəbbüsləri vasitəsi ilə gənclərin bilik və bacarıqlarının artırılması, onların innovativ düşüncəyə malik olması, beynəlxalq səviyyədə uğur qazanması üçün geniş imkanlar yaradır. Gənclərin elm, mədəniyyət, incəsənət, idman və ictimai fəaliyyət sahələrində əldə etdikləri nailiyyətlər ölkəmizi beynəlxalq aləmdə nüfuzunun artmasına mühüm töhfələr verir. Azərbaycan gəncliyi milli mənəvi dəyərlərə sadiq qalaraq vətənpərvərlik ruhunu yaşadır və dövlətimizin müstəqilliyinin möhkəmləndirilməsi yolunda əzmlə çalışır. Onların enerjisi, yaradıcılığı və yenilikçi düşüncəsi cəmiyyətimizin dinamik inkişafına güclü təkan verir. Yaradıcı bir gənc olaraq mən də dövlət qayğısının real nəticələrini öz həyatımda hiss edirəm. Çalışdığım təhsil müəssisəsində və yenicə üzv olduğum Naxçıvan Rəssamlar birliyinin Gənc rəssamlar bölməsində fəaliyyətim mənə daha böyük məsuliyyət hissi qazandırmış, öz üzərimdə daha ciddi işləməyə, yaradıcılığımı daha da inkişaf etdirməyə stimul yaratmışdır. Bu, dövlətimizin gənclərə verdiyi dəyərin göstərdiyi diqqətin həyatımda yaratdığı müsbət təsirin bariz nümunəsidir.
Gənclər yanlız gələcəyin deyil, həm də bu günün aparıcı qüvvəsidir. Onların bilik səviyyəsi, təşəbbüskarlığı və yaradıcılıq potensialı Azərbaycanın daha güclü, daha müasir, daha inkişaf etmiş bir dövlətə çevrilməsində mühüm rol oynayır. Gənclərin qarşısınnda böyük imkanlarla yanaşı mühüm və məsuliyyətli vəzifələrdə dayanır. Bu vəzifələri layiqincə yerinə yetirmək hər birimizin borcudur.
Əziz gənclər, yolumuz daim açıq, məqsədlərimiz böyük, uğurlarımız davamlı olsun!
Ülkər Əliyeva
YAP Naxçıvan şəhər təşkilatının fəalı
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 Fevral 21:08
Sosial
02 Fevral 20:50
YAP xəbərləri
02 Fevral 20:35
Sosial
02 Fevral 20:19
Gündəm
02 Fevral 20:15
Dünya
02 Fevral 20:12
Dünya
02 Fevral 19:49
Xəbər lenti
02 Fevral 19:32
YAP xəbərləri
02 Fevral 19:16
YAP xəbərləri
02 Fevral 18:28
YAP xəbərləri
02 Fevral 16:55
Gündəm
02 Fevral 16:39
Elanlar
02 Fevral 16:25
Dünya
02 Fevral 16:21
Dünya
02 Fevral 15:21
İdman
02 Fevral 15:07
Sosial
02 Fevral 14:54
Sosial
02 Fevral 14:51
Hadisə
02 Fevral 14:51
YAP xəbərləri
02 Fevral 14:26
Dünya
02 Fevral 14:17
YAP xəbərləri
02 Fevral 14:08
YAP xəbərləri
02 Fevral 14:07
YAP xəbərləri
02 Fevral 14:03
YAP xəbərləri
02 Fevral 13:57
YAP xəbərləri
02 Fevral 13:49
YAP xəbərləri
02 Fevral 13:25
YAP xəbərləri
02 Fevral 12:44
YAP xəbərləri
02 Fevral 12:41
İqtisadiyyat
02 Fevral 12:23
İqtisadiyyat
02 Fevral 12:22
Hadisə
02 Fevral 12:22
Dünya
02 Fevral 12:21
Sosial
02 Fevral 12:21
YAP xəbərləri
02 Fevral 12:08
YAP xəbərləri
02 Fevral 12:07
YAP xəbərləri
02 Fevral 11:59
YAP xəbərləri
02 Fevral 11:48
Dünya
02 Fevral 11:45
Gündəm
02 Fevral 11:41
Dünya
02 Fevral 11:19
Siyasət
02 Fevral 11:11
YAP xəbərləri
02 Fevral 11:07
Gündəm
02 Fevral 10:57
Dünya
02 Fevral 10:56
Dünya
02 Fevral 10:23
YAP xəbərləri
02 Fevral 10:01
YAP xəbərləri
02 Fevral 09:59
Dünya
02 Fevral 09:41
Gündəm
02 Fevral 09:40
Gündəm
02 Fevral 09:29
YAP xəbərləri
02 Fevral 09:26
Dünya
02 Fevral 09:15
Dünya
02 Fevral 08:52
Hadisə
02 Fevral 08:27
Hadisə
02 Fevral 08:10
Gündəm
02 Fevral 08:00
Dünya
02 Fevral 07:52
Hadisə
01 Fevral 23:18
Hadisə
01 Fevral 22:33
Hadisə
01 Fevral 21:41
Dünya
01 Fevral 21:40
Sosial
01 Fevral 20:37
Dünya
01 Fevral 19:13
İdman
01 Fevral 18:25
Sosial
01 Fevral 18:16
Maraqlı
01 Fevral 17:19
İqtisadiyyat
01 Fevral 17:14
Dünya
01 Fevral 16:43
Dünya
01 Fevral 15:30

