Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / İsrail Qəzza ilə Misir arasındakı “Rəfah” sərhəd keçid məntəqəsini açıb

İsrail Qəzza ilə Misir arasındakı “Rəfah” sərhəd keçid məntəqəsini açıb

02.02.2026 [14:17]

İsrail fevralın 2-də Qəzza ilə Misir arasındakı sərhəd keçid məntəqəsini açıb. Bu addım fələstinlilərin anklavı tərk etməsinə və İsrailin anklavdakı müharibəsindən qaçaraq geri qayıtmaq istəyənlərin geri qayıtmasına imkan verəcək.

AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, “Rəfah” sərhəd keçid məntəqəsinin yenidən açılması məhdud olacaq və İsrail fələstinlilərin giriş-çıxışı üçün təhlükəsizlik yoxlamaları tələb edəcək. İsrail və Misirin səyahət edənlərin sayına məhdudiyyət qoyması da gözlənilir.

İsrailin sərhəd keçid məntəqəsini yenidən açması ABŞ Prezidenti Donald Trampın İsrail və HƏMAS yaraqlıları arasında döyüşləri dayandırmaq üçün daha geniş planının birinci mərhələsi çərçivəsində vacib bir tələb idi. Trampın Qəzza üçün hazırladığı plan artıq ikinci mərhələdədir və idarəetmənin Fələstin texnokratlarına təhvil verilməsini, HƏMAS-ın silahlarını yerə qoymasını və İsrail qoşunlarının ərazinin yenidən qurulması zamanı oradan çəkilməsini nəzərdə tutur.

İsrailin təhlükəsizlik rəsmisi bildirib ki, Avropa monitorinq qrupları keçid məntəqəsinə gəlib və indi “Rəfah” həm sakinlərin hərəkəti, həm də girişi üçün açıqdır.

Paylaş:
Baxılıb: 72 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Hadisə

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28