Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Gənclər siyasətinin əsasları və inkişaf istiqamətləri

Gənclər siyasətinin əsasları və inkişaf istiqamətləri

02.02.2026 [15:45]

Azərbaycan Respublikasında gənclər siyasəti dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi formalaşmış və ardıcıl şəkildə inkişaf etdirilmişdir. Ulu Öndər Heydər Əliyevin “Bizim xalqımızın gələcəyi gənclərdir” fikri bu siyasətin ideoloji əsasını təşkil edir. Gənclərin fiziki, mənəvi və intellektual inkişafı bir-biri ilə sıx bağlı amillər kimi daim diqqət mərkəzində saxlanılmışdır.

Müstəqil Azərbaycan dövlətində gənclər üçün yaradılan imkanlar Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da genişlənmişdir. Prezidentin vurğuladığı kimi, azad və sabit ölkədə yaşayan gənclər bu imkanlardan səmərəli istifadə etməli, həm şəxsi inkişaflarına, həm də dövlətə töhfə verməlidirlər. Bu yanaşma gənclərin cəmiyyətin fəal üzvünə çevrilməsini stimullaşdırır.

2007-ci ilin “Gənclər ili” elan edilməsi gənclər siyasətinin sistemli xarakter aldığını nümayiş etdirmişdir. Paytaxt Bakı və regionlarda fəaliyyət göstərən “Gənclər evləri” gənclərin sosiallaşması, vətənpərvər ruhda tərbiyəsi və asudə vaxtlarının səmərəli təşkili baxımından mühüm rol oynayır. 2011-ci ildə Prezident yanında Gənclər Fondunun yaradılması isə gənclərin layihə və təşəbbüslərinin dövlət tərəfindən dəstəklənməsinə geniş imkanlar açmışdır.

Azərbaycanın beynəlxalq gənclər siyasətində fəal mövqeyi “Bakı Eurovision–2012”, Avropa Gənclər Paytaxtı layihələri və Azərbaycan gənclərinin beynəlxalq forumlarda iştirakı ilə özünü göstərmişdir. Eyni zamanda, 2013-cü ildə təsis edilən “Gənclər üçün Prezident Mükafatı”, “Yüksəliş” müsabiqəsi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin fəaliyyəti gənc kadrların irəli çəkilməsi siyasətinin bariz nümunəsidir.

Könüllülər hərəkatının genişlənməsi, gənclərin rifahına xidmət edən dövlət proqramları və istedadlı gənclərə göstərilən qayğı (“Qızıl kitab”) gənclər siyasətinin sosial və intellektual yönümünü gücləndirir. Ulu Öndərin təşəbbüsü ilə 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması bu sahədə fəaliyyətin koordinasiyasını təmin etmişdir.

Vətənpərvərlik amili gənclər siyasətinin əsas dayaqlarından biridir. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda döyüşən gənclərimiz müasir tariximizin qəhrəmanlarına çevrilmiş, Vətən müharibəsində iştirak etmiş hər bir gənc xalqımızın dərin minnətdarlığını qazanmışdır.

Bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər dövlət və cəmiyyətin inkişafında mühüm rol oynayır. 2 Fevral – Azərbaycan Gəncləri Günü gənclərə göstərilən dövlət qayğısının, onların potensialına olan inamın və gələcəyə yönəlmiş strateji baxışın rəmzidir.

Kənan Quliyev

YAP Laçın rayon təşkilatının məsləhətçisi

Paylaş:
Baxılıb: 44 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28