Vətən müharibəsinə 4 il qalırdı...
01.04.2026 [11:13]
2016-cı il Aprel döyüşlərindən 10 il ötür
Müstəqilliyini əldə edən gündən işğala, təcavüzə məruz qalan Azərbaycan heç bir zaman bununla barışmayacağını elan etmişdi. Uzun və keşməkeşli bir yol keçən müasir tariximizin ən ağrılı məqamı sayılan bu illər ərzində Bakı beynəlxalq hüququn bərpası, ədalətin təmini üçün çox səy göstərdi - biz, məsələnin qansız-qadasız, sülh və danışıqlar yolu ilə həllinə üstünlük verirdik. Amma qarşı tərəfin qeyri-adekvat davranışı, sülhə, konstruktizmə deyil, terrora, işğala və təhdidə əl atması bizim də səbrimizi daşırtdı. Bu mənada, 2016-cı ilin aprelində cəbhə xəttində baş verən hadisələr regionun təhlükəsizlik mühitində mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir. Qısa müddət ərzində intensivləşən hərbi əməliyyatlar uzun illər davam edən nisbi sabitliyin nə qədər kövrək olduğunu üzə çıxardı və mövcud status-kvonun davamlı olmadığını göstərdi. Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum tədbirləri yalnız taktiki nəticələrlə məhdudlaşmadı, eyni zamanda tərəflər arasındakı güc balansına və münaqişənin gələcək dinamikasına ciddi təsir göstərdi.
Aprel döyüşləri həm də siyasi və hərbi strategiyaların yenidən nəzərdən keçirilməsinə səbəb oldu. Azərbaycan üçün bu hadisələr ərazi bütövlüyünün bərpası istiqamətində real imkanların mövcudluğunu nümayiş etdirən praktik təcrübə idi. Eyni zamanda, baş verənlər beynəlxalq vasitəçilik mexanizmlərinin effektivliyi, regional aktorların mövqeyi və təhlükəsizlik arxitekturasının dayanıqlılığı ilə bağlı sualları yenidən gündəmə gətirdi. Bu baxımdan, 2016-cı ilin aprel döyüşləri təkcə lokal hərbi toqquşma deyil, daha geniş geosiyasi proseslərin təzahürü kimi də təhlil olunmalıdır.
Qələbənin zəmini - Aprel döyüşləri...
Bu gün qalib olan Azərbaycanın qalibiyyət yolu, zəfər yolu asan olmayıb - bu qələbəyə gedən yol keşməkeşli, ağır, hətta itkilər bahasına başa gəldi. Müharibədə qazanılan qələbənin zəmini isə vurğulandığı kimi, 2016-cı ilin aprelində hazırlandı. Bu gün şanlı Aprel döyüşlərindən 10 il ötür...
30 ilə yaxın davam etmiş erməni təcavüzü nəticəsində 20 faizə yaxın torpağımız işğal altında, bir milyona yaxın insanımız isə qaçqın və məcburi köçkün durumunda idi. Özünün güclü dövlətçilik təməllərini yaratmış Azərbaycan ötən onilliklər boyu məsələnin sülh yolu ilə həlli üçün səy göstərirdi - dəyişməyən yeganə amal isə bu gün tavrixə qovuşmuş “Qarabağ münaqişəsi”nin qeyd-şərtsiz olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsindəki həlli idi. Ermənistanın qeyri-konstruktiv mövqeyi prosesin ağrısız, döyüşsüz, qansız-qadasız yekunlamasına mane olurdu - İrəvan hakimiyyətinin ambissiyası onları reallıqlara qarşı kor etmişdi. Ermənistan Azərbaycanın iqtisadi gücünü, regionun lider statusunu qəbul edə bilmirdi. Bu mənada da Bakının səsləndirdiyi sülh mesajları İrəvan tərəfindən ciddi qəbul edilmirdi, hətta müəyyən bir zamanlarda bu dövlətin siyasi rəhbərliyi yeni işğal haqqında düşündüklərini də dolayısı ilə bildirirdilər. İşğal zonasında, təmas xəttində isə silahlı təxribatların ardı-arası kəsilmirdi. Mövqelərimiz davamlı olaraq atəşə tutulur, dinc insanlar öldürülür, kəndlərimiz silahlı təcavüzə məruz qalırdı. Belə olan halda isə Azərbaycan düşmənin silahlı təxribatlarının qarşısını almaq üçün aktiv fəaliyyətə başladı.
4 gün ərzində...
Azərbaycan Ordusu ilk dəfə 2016-cı il 1-4 aprel tarixində düşmənə qarşı geniş əməliyyat keçirdi. Aprel müharibəsi nəticəsində Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan və Tərtər rayonunun Madagiz (Suqovuşan) kəndləri istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Lələtəpə yüksəkliyinin və onun ətrafındakı strateji baxımdan mühüm əhəmiyyət daşıyan ərazilərin ələ keçirilməsi ilə Ordumuz geniş coğrafiyada düşmənin atəş məntəqələrinə nəzarət etmək imkanı qazandı. Qısa müddətdə bölmələrimiz tərəfindən azad edilən ərazilərdə yeni mühəndis-istehkam məntəqələri quruldu. Erməni silahlı qüvvələri bu döyüşlərdə böyük itkilərə məruz qaldı. Verilən məlumatlara görə, dörd günlük müharibədə 320-dən artıq düşmən hərbiçisi məhv edildi.
Qarşı tərəfin 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı. Eyni zamanda, hələ o zaman işğal altındakı Suqovuşan yaşayış məntəqəsində yerləşən erməni qərargahı və bir neçə hərbi hissə məhv edildi. Azərbaycan Ordusu Ağdərə-Suqovuşan, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanılması imkanı qazandı. Aprel döyüşləri nəticəsində azad etdiyimiz yüksəkliklər İkinci Qarabağ müharibəsində Ordumuzun uğurlu əməliyyatlar həyata keçirməsi üçün əlverişli imkanlar yaratdı.
Mütləq qələbə üçün...
Bu günün rakursundan baxdıqda 2016-cı il aprel döyüşləri 2020-ci il Zəfərinə, 2023-cü il qələbəsinə aparan yol idi. Bu döyüşlər həm mənəvi, həm də strateji nöqteyi-nəzərdən çox böyük əhəmiyyətə malik idi. Ermənistanın özü ilə bağlı yaratdığı mif darmadağın edildi - onların sabun köpüyünə bənzəyən “məğlubedilməz ordu” streotipi sıradan çıxarıldı. Aprel döyüşləri əsl reallığı ortaya qoydu. Artıq Ermənistanın siyasi-hərbi rəhbərliyinin yalanlarının işə yaramadığı ortaya çıxdı. Aprel döyüşləri bir daha sübut etdi ki, genişmiqyaslı müharibə başlayacağı təqdirdə Ermənistan ordusu Azərbaycanın Silahlı Qüvvələri qarşısında tab gətirə bilməyəcək.
Aprel döyüşləri həqiqətən də Böyük Qələbənin təməli oldu - bu fakt həm düşmənə, həm də dosta bir reallığı izah etdi: Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini təmin edləcək, düşmənə bir qarşı torpağı belə güzəştə getməyəcək. Azərbaycanın igid oğulları öz qanı, canı bahasına Vətənin bütövlüyünü qoruyacaq. Həmin günlərdə Azərbaycan xalqı bir nəfər kimi yalnız müharibəyə kökləndi - hər bir gənc əlinə silah alıb Vətən üçün savaşmağa hazır idi. Bütün dünya xalqımızın öz torpağına, yurduna bağlılığı qarşısında heyran qalmışdı. Əsgər və zabitlərimizin şücaəti isə ən yüksək qiymətə layiq idi. Prezident İlham Əliyevin 2016-cı il aprelin 19-da imzaladığı müvafiq sərəncamlarla Silahlı Qüvvələrimizin üç üzvü “Azərbaycanın Milli Qəhrəmanı” adına, 7 üzvü “Azərbaycan Bayrağı” ordeninə, 1 üzvü 2-ci dərəcəli və 4 üzvü 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə, 19 üzvü “Vətən uğrunda” medalına, 43 üzvü “İgidliyə görə” medalına, 45 üzvü “Hərbi xidmətlərə görə” medalına, layiq görülüb, 2 üzvü “general-mayor” ali hərbi rütbəsi ilə mükafatlandırılıb.
Beləliklə, bu gün 10-cu ildönümünü qeyd etdiyimiz Aprel döyüşləri Azərbaycanı qələbəyə aparan yolun başlanğıcını qoydu. Vətən müharibəsi ilə nəticələnən bu yolda isə Cünnüt döyüşlərini, Tovuz döyüşləri də baş verdi. Amma qələbə yürüşü artıq başlamışdı və 2016-cı ilin aprelindən başlanan yol 2023-cü ilin sentyabrında mütləq qələbə ilə sona çatdı...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
03 Aprel 19:17
Dünya
03 Aprel 18:50
Elm
03 Aprel 18:26
İdman
03 Aprel 17:40
Dünya
03 Aprel 17:22
Dünya
03 Aprel 16:36
Dünya
03 Aprel 16:19
Dünya
03 Aprel 16:03
Dünya
03 Aprel 15:43
Elm
03 Aprel 15:34
Dünya
03 Aprel 15:28
Elm
03 Aprel 14:37
Dünya
03 Aprel 14:34
Sosial
03 Aprel 14:14
Dünya
03 Aprel 14:10
YAP xəbərləri
03 Aprel 14:05
YAP xəbərləri
03 Aprel 14:03
Siyasət
03 Aprel 14:00
Dünya
03 Aprel 13:52
Dünya
03 Aprel 13:21
İdman
03 Aprel 13:21
Sosial
03 Aprel 13:20
İqtisadiyyat
03 Aprel 13:19
Dünya
03 Aprel 12:45
Hadisə
03 Aprel 12:19
Siyasət
03 Aprel 12:03
YAP xəbərləri
03 Aprel 12:00
Gündəm
03 Aprel 11:36
İqtisadiyyat
03 Aprel 11:31
Gündəm
03 Aprel 11:30
Gündəm
03 Aprel 11:14
Gündəm
03 Aprel 10:58
Gündəm
03 Aprel 10:35
Analitik
03 Aprel 10:12
Gündəm
03 Aprel 09:51
Analitik
03 Aprel 09:32
Gündəm
03 Aprel 09:15
Elm
03 Aprel 08:52
MEDİA
03 Aprel 08:30
Gündəm
03 Aprel 08:14
Dünya
03 Aprel 07:32
Dünya
03 Aprel 07:22
Hərbi
03 Aprel 07:20
Dünya
02 Aprel 23:48
Dünya
02 Aprel 23:32
Dünya
02 Aprel 23:17
Dünya
02 Aprel 22:49
Dünya
02 Aprel 22:25
Dünya
02 Aprel 22:12
Dünya
02 Aprel 21:58
Dünya
02 Aprel 21:20
Gündəm
02 Aprel 21:00
Dünya
02 Aprel 20:41
İqtisadiyyat
02 Aprel 20:38
Dünya
02 Aprel 20:13
Dünya
02 Aprel 19:50
Elm
02 Aprel 19:49
Dünya
02 Aprel 19:33
İqtisadiyyat
02 Aprel 19:22
Siyasət
02 Aprel 19:19
Dünya
02 Aprel 18:29
Dünya
02 Aprel 18:27
Siyasət
02 Aprel 18:27
Siyasət
02 Aprel 18:26
YAP xəbərləri
02 Aprel 18:24
Sosial
02 Aprel 17:19
YAP xəbərləri
02 Aprel 17:15
YAP xəbərləri
02 Aprel 17:14
Dünya
02 Aprel 16:49
Sosial
02 Aprel 16:35

