Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Almaniyada yanacaq qiymətlərinin bahalaşması fonunda magistrallarda sürət limiti təklif edilir

Almaniyada yanacaq qiymətlərinin bahalaşması fonunda magistrallarda sürət limiti təklif edilir

03.04.2026 [16:36]

Almaniyada Yaşıllar Partiyasının həmsədri Felix Banaszak yanacağın qiymətlərinin artması ilə əlaqədar avtomagistrallarda sürət məhdudiyyətinin müvəqqəti tətbiq olunmasını təklif edib.

AZƏRTAC xəbər verir ki, o, “Spiegel” nəşrinə açıqlamasında bu addımın yanacaq sərfiyyatını azaltmaqla qiymətlərin sabitləşdirilməsinə kömək edəcəyini bildirib. Siyasətçi, eyni zamanda, ictimai nəqliyyat üçün 9 avroluq biletin yenidən tətbiqinin tərəfdarı olduğunu vurğulayıb.

F.Banaszak qeyd edib ki, müvəqqəti sürət limiti yanacaq istehlakını dərhal azaldaraq qiymətlərə təzyiqi zəiflədə və iş üçün avtomobildən asılı olan vətəndaşlara dəstək ola bilər. O, hazırda həm əhalinin, həm də biznesin qorunması üçün əsaslı tədbirlərə ehtiyac olduğunu bildirib. Siyasətçi, həmçinin müharibə davam etdiyi müddətdə 9 avroluq biletin bərpasının milyonlarla insanın ictimai nəqliyyata keçidini asanlaşdıracağını söyləyib.

Qeyd edək ki, Almaniyada dizel yanacağının qiyməti rekord həddə - 2,327 avroya çatıb və 2022-ci ilin martında qeydə alınan ən yüksək göstəricini üstələyib. Aprelin 1-dən etibarən yanacaqdoldurma məntəqələrinə qiymətləri gündə yalnız bir dəfə - günorta saat 12-də artırmaq icazəsi verilib. Hökumət vəziyyətlə əlaqədar əlavə addımların tətbiqini də nəzərdən keçirir.

Paylaş:
Baxılıb: 54 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Gündəm

Növbəti qurban...

03 Aprel 10:35

Gündəm

MEDİA

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30