Zəfərə aparan yol
02.04.2026 [11:36]
İlqar İlyasov
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri
Aprel döyüşləri Azərbaycanın müasir hərb tarixində qızıl hərflərlə yazılmış, xalqımızın sarsılmaz iradəsini və ordumuzun gücünü bütün dünyaya nümayiş etdirən şanlı bir səhifədir. 2016-cı ilin aprelində baş verən bu hadisələrdən artıq 10 il keçir. Lakin həmin günlərin yaratdığı qürur, inam və milli ruh bu gün də yaşayır və gələcək zəfərlərin ideoloji əsasını təşkil edir.
2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatı qısa müddətdə düşmənin planlarını alt-üst etdi. Cəmi dörd gün davam edən döyüşlər zamanı illərlə yaradılmış “keçilməz Ohanyan xətti” mifinin darmadağın edilməsi ordumuzun gücünü və üstünlüyünü bir daha sübut etdi. Strateji yüksəkliklərin və mühüm ərazilərin azad olunması Azərbaycanın hərbi tarixində mühüm dönüş nöqtəsinə çevrildi.
Aprel döyüşləri təkcə lokal hərbi uğur deyildi. Bu, Azərbaycan Ordusunun müasir texnologiyalarla təchiz olunduğunu, şəxsi heyətin yüksək peşəkarlığa malik olduğunu və döyüş ruhunun sarsılmazlığını nümayiş etdirən ciddi sınaq idi. Tərtər, Cəbrayıl və Goranboy istiqamətlərində aparılan uğurlu əməliyyatlar nəticəsində Lələtəpə yüksəkliyi və Talış kəndi ətrafındakı strateji mövqelər azad edildi. Bu qələbə minlərlə hektar torpağın işğaldan azad olunmasına imkan yaratdı, Cocuq Mərcanlı kəndinin təhlükəsizliyini təmin etdi və bununla da “Böyük Qayıdış” prosesinin ilk real təməli atıldı.
Lələtəpədə dalğalanan üçrəngli bayrağımız illərlə qəlblərdə yaşayan qələbə arzusunu real inama çevirdi. Bu mənəvi yüksəliş xalqımızın birliyini daha da möhkəmləndirdi, dövlətə və orduya olan etimadı artırdı. Aprel döyüşləri Ermənistanın işğalçı siyasətinə vurulan ciddi zərbə olmaqla yanaşı, beynəlxalq ictimaiyyətə də mühüm mesaj idi: Azərbaycan öz torpaqlarının işğalı ilə heç vaxt barışmayacaq.
Bu döyüşlərdə şəhidlərimizin göstərdiyi qəhrəmanlıq hər bir azərbaycanlının qəlbində əbədi iz qoydu. Onların fədakarlığı gənc nəsildə vətənpərvərlik hissini daha da gücləndirdi, milli qürur duyğusunu zirvəyə qaldırdı. Aprel döyüşləri bir daha sübut etdi ki, Azərbaycan əsgəri Vətən uğrunda canından keçməyə hər an hazırdır və onun qarşısında heç bir maneə dayana bilməz.
Əslində, Aprel zəfəri 2020-ci ildə qazanılan möhtəşəm qələbənin – İkinci Qarabağ müharibəsinin başlanğıc nöqtəsi, zəfərə aparan yolun ilk cığırı idi. Bu döyüşlərdə əldə olunan təcrübə, düşmənin zəif tərəflərinin öyrənilməsi və ordumuzun döyüş hazırlığının yoxlanılması sonrakı uğurlar üçün möhkəm zəmin yaratdı. Nəticədə Azərbaycanın ərazi bütövlüyü bərpa olundu, tarixi ədalət təmin edildi.
Bu gün işğaldan azad olunmuş torpaqlarda aparılan genişmiqyaslı quruculuq işləri, doğma yurdlarına qayıdan insanların sevinc dolu həyatı Aprel şəhidlərinin və qazilərinin qəhrəmanlığının ən böyük bəhrəsidir. Bu, həm də dövlətimizin gücünün, qətiyyətinin və uzaqgörən siyasətinin bariz göstəricisidir.
Aprel döyüşlərindən 10 il keçsə də, bu tarixin dərsləri bu gün də aktuallığını qoruyur. Biz güclü ordumuzla qürur duyur, eyni zamanda canlarını Vətən yolunda fəda edən qəhrəmanlarımızı dərin ehtiramla yad edirik. Onlar sübut etdilər ki, ədalət gec-tez zəfər çalır və Azərbaycanın ərazi bütövlüyü sarsılmazdır.
Aprel zəfəri xalqımızın qəhrəmanlıq salnaməsində əbədi yaşayacaq, gələcək nəsillər üçün bir məktəb, bir örnək olaraq qalacaqdır. Bu şanlı qələbə dövlətimizin qətiyyətinin, ordumuzun gücünün və milli birliyimizin sarsılmaz simvoludur.
Xəbər lenti
Hamısına baxDünya
03 Aprel 19:17
Dünya
03 Aprel 18:50
Elm
03 Aprel 18:26
İdman
03 Aprel 17:40
Dünya
03 Aprel 17:22
Dünya
03 Aprel 16:36
Dünya
03 Aprel 16:19
Dünya
03 Aprel 16:03
Dünya
03 Aprel 15:43
Elm
03 Aprel 15:34
Dünya
03 Aprel 15:28
Elm
03 Aprel 14:37
Dünya
03 Aprel 14:34
Sosial
03 Aprel 14:14
Dünya
03 Aprel 14:10
YAP xəbərləri
03 Aprel 14:05
YAP xəbərləri
03 Aprel 14:03
Siyasət
03 Aprel 14:00
Dünya
03 Aprel 13:52
Dünya
03 Aprel 13:21
İdman
03 Aprel 13:21
Sosial
03 Aprel 13:20
İqtisadiyyat
03 Aprel 13:19
Dünya
03 Aprel 12:45
Hadisə
03 Aprel 12:19
Siyasət
03 Aprel 12:03
YAP xəbərləri
03 Aprel 12:00
Gündəm
03 Aprel 11:36
İqtisadiyyat
03 Aprel 11:31
Gündəm
03 Aprel 11:30
Gündəm
03 Aprel 11:14
Gündəm
03 Aprel 10:58
Gündəm
03 Aprel 10:35
Analitik
03 Aprel 10:12
Gündəm
03 Aprel 09:51
Analitik
03 Aprel 09:32
Gündəm
03 Aprel 09:15
Elm
03 Aprel 08:52
MEDİA
03 Aprel 08:30
Gündəm
03 Aprel 08:14
Dünya
03 Aprel 07:32
Dünya
03 Aprel 07:22
Hərbi
03 Aprel 07:20
Dünya
02 Aprel 23:48
Dünya
02 Aprel 23:32
Dünya
02 Aprel 23:17
Dünya
02 Aprel 22:49
Dünya
02 Aprel 22:25
Dünya
02 Aprel 22:12
Dünya
02 Aprel 21:58
Dünya
02 Aprel 21:20
Gündəm
02 Aprel 21:00
Dünya
02 Aprel 20:41
İqtisadiyyat
02 Aprel 20:38
Dünya
02 Aprel 20:13
Dünya
02 Aprel 19:50
Elm
02 Aprel 19:49
Dünya
02 Aprel 19:33
İqtisadiyyat
02 Aprel 19:22
Siyasət
02 Aprel 19:19
Dünya
02 Aprel 18:29
Dünya
02 Aprel 18:27
Siyasət
02 Aprel 18:27
Siyasət
02 Aprel 18:26
YAP xəbərləri
02 Aprel 18:24
Sosial
02 Aprel 17:19
YAP xəbərləri
02 Aprel 17:15
YAP xəbərləri
02 Aprel 17:14
Dünya
02 Aprel 16:49
Sosial
02 Aprel 16:35

