Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Avropada təbii qaz qiymətləri kəskin artıb

Avropada təbii qaz qiymətləri kəskin artıb

02.04.2026 [16:49]

Yaxın Şərqdəki gərginlik fonunda Avropada təbii qaz qiymətlərində kəskin artım qeydə alınıb.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Niderlandın TTF habında may ayı üzrə fyuçers müqavilələrində qazın qiyməti meqavat-saat üzrə 6 faiz artaraq 50,3 avro təşkil edib. Qitədəki qaz anbarlarının doluluq nisbəti isə 27 faizə düşüb.

Qazın qiyməti ABŞ Prezidenti Donald Trampın İranla bağlı müharibənin davam edəcəyinə dair açıqlamalarından sonra kəskin artım göstərib.

Ekspertlərin fikrincə, “köhnə qitə”nin enerji bazarı təbii qaz təchizatında potensial fasilələrə qarşı həssas olaraq qalır.

Paylaş:
Baxılıb: 103 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Gündəm

Növbəti qurban...

03 Aprel 10:35

Gündəm

MEDİA

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30