/ / XİN: Heç bir ölkə Qarabağ bölgəsi daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü sual altına qoymayıb
XİN: Heç bir ölkə Qarabağ bölgəsi daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü sual altına qoymayıb
05.04.2026 [19:42]
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında aprelin 1-də Moskvada keçirilmiş görüş zamanı və ondan sonra Rusiyanın rəsmi şəxsləri tərəfindən ictimai müzakirələrdə Azərbaycanın sırf daxili işlərinə aid məsələlərə toxunulub. Bununla əlaqədar, diplomatik kanallar vasitəsilə Azərbaycanın Qarabağ bölgəsindən siyasi spekulyasiyalarda istifadə edilməsinin qəbuledilməzliyi barədə mövqeyimiz və bunun dayandırılmasına dair gözləntilərimiz Rusiya Prezidentinin Administrasiyasının, Hökumətin və XİN-in diqqətə çatdırılıb.
Buna baxmayaraq, mövzu Rusiya tərəfinin rəsmi siyasi diskursunda davam etməkdədir.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Rusiyada Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı son günlərdə səsləndirilən fikirlərə dair şərhində bildirilib.
“Bu gün Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Vesti” kanalına müsahibəsində Ermənistan-Rusiya münasibətlərinə dair mövqe bildirərkən növbəti dəfə Qarabağ bölgəsinin Azərbaycanın tərkib hissəsi kimi ilk olaraq Rusiya, yoxsa Ermənistan tərəfindən tanınması barədə şərh verib.
Qarabağ bölgəsinin Azərbaycanın ayrılmaz tərkib hissəsi olması hər hansı bir dövlətin qərarına deyil, tarix, beynəlxalq hüquq və ədalətə söykənir. Bu, 2020-ci il 44 günlük Vətən müharibəsi və 2023-cü il 1 günlük antiterror tədbirləri nəticəsində bir daha təsdiq olunaraq, tam bərqərar olub.
Rusiya tərəfinə bir daha xatırlatmaq istərdik ki, Rusiya Federasiyası daxil olmaqla, heç bir ölkə, heç bir dövrdə Qarabağ bölgəsi daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü sual altına qoymayıb.
Azərbaycanın suverenliyinə aid olan məsələlərin Rusiya-Ermənistan münasibətlərinin sadə olmadığı hazırkı dövrdə ictimai müstəvidə münasibətlərin aydınlaşdırılması predmetinə çevrilməyəcəyinə dair gözləntilərimizi bir daha Rusiya tərəfinin diqqətinə çatdırırıq”, - deyə XİN-in şərhində vurğulanıb.
Xəbər lenti
Hamısına baxDünya
09 Aprel 12:49
Sosial
09 Aprel 12:41
Gündəm
09 Aprel 12:24
Dünya
09 Aprel 12:20
Sosial
09 Aprel 11:52
Sosial
09 Aprel 11:52
Gündəm
09 Aprel 11:51
Mədəniyyət
09 Aprel 11:50
Siyasət
09 Aprel 11:42
Sosial
09 Aprel 11:35
Elm
09 Aprel 11:20
Siyasət
09 Aprel 11:18
Gündəm
09 Aprel 10:56
YAP xəbərləri
09 Aprel 10:39
Sosial
09 Aprel 10:33
Gündəm
09 Aprel 10:16
YAP xəbərləri
09 Aprel 09:58
Gündəm
09 Aprel 09:58
İqtisadiyyat
09 Aprel 09:30
Gündəm
09 Aprel 09:12
Ədəbiyyat
09 Aprel 08:50
Analitik
09 Aprel 08:36
Dünya
09 Aprel 08:16
Dünya
09 Aprel 07:35
Sosial
09 Aprel 07:35
Dünya
08 Aprel 23:14
Dünya
08 Aprel 22:58
Dünya
08 Aprel 22:25
Dünya
08 Aprel 22:11
Siyasət
08 Aprel 21:51
Hadisə
08 Aprel 21:49
Dünya
08 Aprel 21:25
Sosial
08 Aprel 21:10
Siyasət
08 Aprel 20:52
Dünya
08 Aprel 20:43
Turizm
08 Aprel 20:35
Siyasət
08 Aprel 20:21
Dünya
08 Aprel 20:16
Dünya
08 Aprel 19:51
Dünya
08 Aprel 19:31
Dünya
08 Aprel 19:20
Xəbər lenti
08 Aprel 18:48
Sosial
08 Aprel 18:32
YAP xəbərləri
08 Aprel 18:15
Dünya
08 Aprel 17:59
YAP xəbərləri
08 Aprel 17:54
Sosial
08 Aprel 17:41
Gündəm
08 Aprel 17:34
YAP xəbərləri
08 Aprel 17:33
Dünya
08 Aprel 17:20
YAP xəbərləri
08 Aprel 17:19
İqtisadiyyat
08 Aprel 16:48
İqtisadiyyat
08 Aprel 16:46
Sosial
08 Aprel 16:36
Sosial
08 Aprel 16:35
Dünya
08 Aprel 16:24
Din
08 Aprel 15:37
Sosial
08 Aprel 15:37
Gündəm
08 Aprel 15:22
YAP xəbərləri
08 Aprel 15:19
YAP xəbərləri
08 Aprel 14:29
Gündəm
08 Aprel 14:16
Gündəm
08 Aprel 14:10
Sosial
08 Aprel 14:06
Gündəm
08 Aprel 14:05
Sosial
08 Aprel 13:47
Sosial
08 Aprel 13:34
Sosial
08 Aprel 13:32
Elm
08 Aprel 13:24
Analitik
08 Aprel 12:49

