Güzəştli ipoteka bazarı böyüyür
09.04.2026 [10:33]
Fond tərəfindən verilmiş ipoteka kreditlərinin məbləği 3,8 milyard manata çatıb
2026-cı ilin birinci rübündə İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 29,9 milyon manat ipoteka krediti verilib. Fondun vəsaiti hesabına müvəkkil banklar tərəfindən 353 ipoteka krediti, o cümlədən, 12,2 milyon manat məbləğində 115 adi ipoteka krediti və 17,7 milyon manat məbləğində 238 güzəştli ipoteka kreditinin verilməsi təmin olunub. Şəxsi yığımları yetərli olmayan əhalinin daha aşağı ilkin ödənişlə ipoteka kreditlərindən faydalanmasını təmin etmək məqsədilə 1 aprel 2026-cı il tarixinə fond tərəfindən 140,8 milyon manat məbləğində 1497 ipoteka krediti üzrə zəmanət verilib.
Nizamnamə kapitalı 1 milyard 153 milyon manata bərabər olan İpoteka və Kredit Zəmanət Fondu həm biznes, həm də vətəndaşların güzəştli kreditlərə əlçatanlığı üçün mühüm maliyyə mənbəyi rolunu oynayır. Davamlı olaraq nizamnamə kapitalını artıran bu təsisat daha çox ipoteka kreditlərini təklif etməklə, güzəştli şərtlərlə kredit təminatını icra edərək daha çox vətəndaşın güzəştli ipoteka kreditindən faydalanmasına imkan yaradır. Fondun vəsaiti hesabına 2006-cı ildən indiyə qədər verilmiş cəmi ipoteka kreditlərinin məbləği isə 3,8 milyard manata çatıb. Bu, 57 mindən çox ailənin mənzil şəraitinin yaxşılaşmasına imkan verib. Bu dövr ərzində ipoteka kreditlərindən faydalananların 67 faizini gənclər və gənc ailələr təşkil edib, kreditlərin 22 faizə yaxını isə regionların payına düşüb.
Ölkəmizdə ipotekadan daha çox istifadənin təmin edilməsi və əlçatanlığın artırılması məqsədilə dövlət başçısının imzaladığı müvafiq fərmana əsasən, İpoteka və Kredit Zəmanət fondunun nizamnamə kapitalı davamlı şəkildə artırılır ki, bu da hər il Fondun maliyyə portfelinin böyüməsinə səbəb olur. Nəticədə fondun maliyyə təchizatı imkanları daha da genişlənir, ipoteka kreditləri üzrə əlavə təkliflər əsasında əlçatanlıq artır, nəticədə daha çox vətəndaş güzəştli ipoteka kreditindən faydalana bilir.
“SİMA İmza” ilə...
Bir müddət əvvəl İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-cı il ərzində ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayrılıb. Martın əvvəllərindən etibarən müraciətlərin qəbuluna başlanılıb və proses “Elektron ipoteka və kredit zəmanət” sistemi (www.e-gov.az) üzərindən elektron imza vasitələri (SİMA Token (Elektron İmza), SİMA Rəqəmsal, Asan İmza) ilə həyata keçirilir. Müraciətlərin çoxluğu nəzərə alınaraq daha asan qeydiyyat məqsədilə 2026-cı ilin fevral ayından etibarən “SİMA İmza” “Elektron ipoteka və kredit zəmanət” sisteminə inteqrasiya edilib. “SİMA İmza” rəqəmsal imzanın da tətbiq edilməsi vətəndaşlar üçün vaxt və maliyyə itkilərinin qarşısının alınmasına, göstərilən xidmətlərin səmərəliliyinin artırılmasına xidmət edir.
Kiçik və orta biznes üçün zəmanət subsidiyaları
İpoteka kreditlərinin digər mühüm prioriteti biznesin maliyyə təminatını yaxşılaşdırmaqdır. Belə ki, iqtisadiyyatın tarazlı və dayanıqlı inkişafına nail olmaq, maliyyə sahəsində risklərin bölüşdürülməsinə əsaslanan kreditləşdirmə sistemini formalaşdırmaq və biznesin kredit resurslarına çıxışını genişləndirmək məqsədilə 2018-ci ildən etibarən yeni maliyyə zəmanəti mexanizmi yaradılıb. Həmin mexanizm çərçivəsində sahibkarların investisiya layihələrinin güzəştli şərtlərlə maliyyələşdirilməsində zəmanət hüquqları İpoteka və Kredit Zəmanət Fonduna (İKZF) həvalə edilib. Fond sahibkarlıq subyektlərinə dövlət tərəfindən zəmanət və subsidiyaların verilməsində tənzimləyici rol oynayaraq kreditlər üzrə hesablanmış faizlərin bir hissəsini subsidiyalaşdırır. Biznes üçün yeni maliyyə dəstəyi aləti hesab edilən bu mexanizmin tətbiqi sayəsində sahibkarlıq subyektlərinin daha inamlı və etibarlı şəkildə maliyyələşdirilməsi təmin edilib. Sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə zəmanətin və bu kreditlər üzrə hesablanmış faizlərə görə subsidiyalarla təmin edilməsi bu sahədə mühüm dönüş yaradıb.
İndiyə qədər fondun təqdim etdiyi zəmanət hesabına müvəkkil banklar tərəfindən sahibkarlara 680 milyon manatdan çox kredit verilib. Mexanizm çərçivəsində indiyə qədər zəmanət verilmiş kreditlərin orta müddəti 30 ay, fond tərəfindən sahibkarlıq kreditləri üzrə hesablanmış faizlərin bir hissəsinə subsidiyanın verilməsi hesabına sahibkarların ödəyəcəyi kreditlər üzrə faktiki illik faiz dərəcəsi 6,8 faiz, bir sahibkara ayrılan kreditin məbləği isə 30 min manatdan 5 milyon manatadək təşkil edib.
Kreditlər sənaye məhsullarının istehsalı və emalı, kənd təsərrüfatı və qida sənayesi, tikinti sektoru, turizm və infrastrukturun inkişaf etdirilməsi ilə bağlı sahələrə, maşın və avadanlıq istehsalına, ticarət və xidmət sektoruna yönəldilib. Fondun zəmanət və faiz subsidiyası hesabına sahibkarlara ayrılan kreditlər vasitəsilə maliyyələşən layihələr üzrə 6000-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulub.
Fond 50 milyon manat dəyərində istiqraz buraxıb
İpoteka Fondu qiymətli kağızlar bazarında da fəal iştirak edir, öz istiqrazlarını bazara emissiya edir. Dövlət zəmanəti verən və dövlət zəmanəti üzrə öhdəliklərin icrası qismində Maliyyə Nazirliyi çıxış edir. Zamin tərəfindən dövlət zəmanəti üzrə öhdəliklər ipoteka istiqrazlarının emissiya şərtlərində nəzərdə tutulmuş nominal dəyər və faiz ödənişləri üzrə öhdəliklər təşkilat tərəfindən yerinə yetirilir. İpoteka istiqrazları üzrə öhdəliklərin icrası tam başa çatdıqdan sonra zəmanətə xitam verilir. Bu siyasət istiqraz bazarında rəqabətliliyin artmasında mühüm rol oynamaqla, səhm bazarına da müsbət təsir göstərir.
Həmin siyasətə uyğun olaraq, bir neçə gün əvvəl fond tərəfindən dəyəri 50 milyon manat olan istiqrazlar qiymətli kağızlar bazarına yerləşdirilib. Bakı Fond Birjasında istiqrazların yerləşdirilməsi üzrə keçirilən hərracda bir istiqrazın nominal dəyəri 1000 manat, faiz dərəcəsi 3,25 faiz təşkil edib.
İpoteka mexanizmi təkmilləşdirilir
Ölkədə ipotekaya əlçatanlığın təmin edilməsi məqsədilə ötən ilin sonlarında dövlət başçısının müvafiq sərəncamı ilə təsdiq olunmuş “İpoteka haqqında” qanuna əsasən, ipoteka mexanizmində bir sıra dəyişikliklər edilib. Dəyişikliklərə əsasən, ipotekaya dair tələblərin ödənilməsində üstünlük hüququnun mübadiləsi, müqavilənin notariat qaydasında təsdiq edilməsi və üstünlük hüququnun dövlət reyestrində qeydiyyata alınması təklif olunur. İpotekaya dair tələblərin ödənilməsində üstünlük hüququ ipoteka saxlayanlar arasında dəyişdirildikdə hüquqlar daşınmaz əmlakın dövlət reyestrində və daşınar əmlakın rəsmi reyestrində sənədlərin təqdim edildiyi gündən 3 iş günü müddətində qeydə alınacaq. Həmçinin ipotekaya dair tələblərin ödənilməsində üstünlük hüququ dəyişdirildikdə, dövlət rüsumu üstünlük hüququnun keçdiyi ipoteka saxlayan tərəfindən ödəniləcək.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxGündəm
04 İyul 10:57
İqtisadiyyat
04 İyul 10:31
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16

