Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Bu il 74 uşağın müəssisəyə verilməsinin qarşısı alınıb

Bu il 74 uşağın müəssisəyə verilməsinin qarşısı alınıb

08.04.2026 [21:10]

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və ailə qayğısı ilə əhatə olunması istiqamətində tədbirləri davam etdirir.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu ilin ilk rübündə də həssas kateqoriyadan olan ailələrə səfərlər edilib və ilkin qiymətləndirmə aparılaraq müvafiq dəstək tədbirləri göstərilib.

Görülən qabaqlayıcı sosial dəstək tədbirləri nəticəsində 74 uşağın ailələri tərəfindən müəssisələrə verilməsinin qarşısı alınıb. Həmin uşaqlardan 30-u oğlan, 44-ü qızdır.

Eyni zamanda, həmin dövrdə valideyn himayəsindən məhrum olmuş 28 uşaq ailə himayəsinə qaytarılıb. Onlardan 13-ü oğlan, 15-i isə qızdır.

Paylaş:
Baxılıb: 598 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xalqın seçimidir

15 Sentyabr 15:02  

Sosial

Bakı azadlığına qovuşdu

15 Sentyabr 10:43  

Gündəm

Qarabağa qürur səfəri

15 Sentyabr 09:48  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30