İkinci müharibə fazası Hörmüzdə...
06.05.2026 [09:27]
Boğaz uğrunda mübarizə: tərəflər qarşılıqlı şəkildə xəbərdarlıq etdi
Yaxın Şərqdə müharibə yeni mərhələyə keçə bilər. Bu dəfə “müharibə meydanı” rolunu Hörmüz boğazı oynayır. Belə ki, ABŞ ilə İran arasında təkliflərin mübadiləsi nəticəsiz yekunlaşdığı üçün bütün diqqət körfəzə yönəlib. Tərəflərin ortaq mövqeyə gələ bilmədiyi Hörmüz müəmması onları yenidən qarşı-qarşıya gətirib. Xatırladaq ki, fevral ayından münaqişə başlayandan bəri təxminən 20.000 dənizçi və 2.000 gəmi ərazidə qalıb.
Bazar ertəsi günü ABŞ Amerikanın idarə olunan raket esminetsləri və ABŞ bayrağı altında üzən ticarət gəmilərinin Hörmüz boğazından təhlükəsiz şəkildə keçdiyini, bu strateji əhəmiyyətli su yolu vasitəsilə dəniz nəqliyyatını bərpa etmək üçün yeni bir əməliyyat çərçivəsində Fars körfəzinə daxil olduqlarını bildirmişdi. İran isə bu faktı təkzib etmişdi. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) prezident Donald Trampın elan etdiyi əməliyyata istinadən verdiyi açıqlamada bildirmişdi ki, “Hərbi gəmilər hazırda Hörmüz boğazından Azadlıq Layihəsi Əməliyyatının bir hissəsi olaraq keçdikdən sonra Fars körfəzinə daxil olublar”. CENTCOM bildirib ki, “ABŞ qüvvələri ticarət gəmiçiliyi üçün tranziti bərpa etmək səylərini fəal şəkildə dəstəkləyir”.
İran atəş açdı?
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) isə ABŞ-ın Hörmüz boğazından gəmilərin keçməsi ilə bağlı iddialarını “açıq yalan” adlandırıb. İran dövlət mediası SEPAH-ın bəyanatını dərc edərək, son saatlarda heç bir ticarət gəmisinin və ya neft tankeri”nin Hörmüz boğazından keçmədiyini bildiriblər. SEPAH xəbərdarlıq edir ki, İranın Hərbi Dəniz Qüvvələrinin təlimatlarına zidd olan hər hansı bir hərəkət “ciddi risklər daşıyır”.
Bundan başqa, Hörmüz boğazında ABŞ hərbi gəmisinə raket zərbəsi endirdirildiyi də bildirilib - İran donanmasının ABŞ esmineslərinin yaxınlaşması təqdirində xəbərdarlıq atəşi açdığı deyilir. İran tərəfi bildirib ki, esmineslərə “atəşkəsin pozulması təhlükələri barədə” radio xəbərdarlığı edilib - xəbərdarlıq atəşləri amerikalılara xəbərdarlıq edildikdən sonra açılıb. Yüksək vəzifəli İran rəsmisi Reuters agentliyinə bildirib ki, Tehran Amerika hərbi gəmisinin Hörmüz boğazına girməsinin qarşısını almaq üçün ona “xəbərdarlıq atəşi açıb”. Mənbə həmçinin əlavə edib ki, hər hansı bir ziyanın dəyib-dəymədiyi bəlli deyil. Lakin CENTCOM “ABŞ Hərbi Dəniz Qüvvələrinin heç bir gəmisinə zərbə endirilmədiyini” bildirib. ABŞ-ın yüksək vəzifəli rəsmisi də “Axios”a verdiyi şərhdə bu xəbəri təkzib edib.
Güc tətbiq olunacaq...
ABŞ Prezidenti Donald Tramp isə ABŞ gəmilərinə hücum ediləcəyi təqdirdə “İranı yer üzündən siləcəyinə” bildirib. “Fox News”a müsahibəsində Tramp Tehranın “Azadlıq” layihəsi çərçivəsində Hörmüz boğazında gəmiləri müşayiət edən Amerika gəmilərinə hücum edəcəyi təqdirdə ağır nəticələrlə qarşılaşaqlarına işarə edib. Tramp bildirib ki, ABŞ “Azadlıq” layihəsinə qarşı hər hansı əks həmləyə güc yolu ilə cavab verəcək.
ABŞ “yox” dedi...
Bu arada, ABŞ və İran arasında danışıqlar da dalana dirənib. Mayın 4-də Pakistanın xarici işlər naziri İshaq Dar iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı aparıb. Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına istinadla xəbər verir ki, nazirlər “regional vəziyyət və Pakistanın regionda sülh və sabitlik üçün davam edən diplomatik səyləri” ətrafında fikir mübadiləsi aparıblar. Telefon danışığı İran Xarici İşlər Nazirliyinin Tehranın müharibəyə son qoymaq üçün yenidən işlənmiş 14 maddəlik təklifi ilə bağlı ABŞ-nin cavabını nəzərdən keçirdiyini bildirməsindən bir neçə saat sonra baş tutub. İran nüvə məsələsinin son təklifinin bir hissəsi olmadığını bildirib və iki tərəf arasında daimi atəşkəs əldə edildikdən sonra çətin məsələnin danışıqların ikinci mərhələsində müzakirə edilməsi variantını irəli sürüb.
Vasitəçiliklə tanış olan Pakistan mənbələri Anadolu agentliyinə bildiriblər ki, ABŞ İslamabad vasitəsilə İrana verdiyi cavabda İranın nüvə proqramı ilə bağlı razılaşmanı daimi atəşkəslə birləşdirib.
ABŞ isə irəli sürülən təklifləri qəbul etmir. Cavab Pakistan vasitəsilə Tehrana çatdırılıb. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, Pakistan vasitəsilə ABŞ-dan cavab alınıb. Bəqainin sözlərinə görə, təqdim olunan detallar hazırda nəzərdən keçirilir. O əlavə edib ki, bu mərhələdə müharibənin tamamilə dayandırılması və sona çatdırılması müzakirə edilir.
Müharibə qızışsa - böyük şirkətlər alternativ axtarışında...
Hörmüzdə yeni müharibə perspektivi isə qlobal daşımaçılıqla bağlı məsələdə böyük çətinliklər yaradıb. Artıq bir sıra şirkətlər alternativ axtarışına çıxıblar. Məsələn, dünyanın konteyner daşımaları üzrə ən böyük gəmiçilik şirkəti olan “Mediterranean Shipping Company” (MSC) Hörmüz boğazından yan keçəcək və Avropanı Körfəz limanları ilə birləşdirəcək yeni marşrut planlaşdırır. Xarici media yazır ki, şirkət Yaxın Şərqdəki təhlükəsizlik və təchizat böhranın təsiri səbəbindən Avropa ilə Yaxın Şərq arasında yeni logistika marşrutu yaratmağa hazırlaşır. MSC yeni marşrutu Yaxın Şərqdəki mövcud çətin şərtlərə cavab olaraq hazırlayıb.
Şirkətin planına görə, yeni marşrut üzrə daşımalar mayın 10-da Belçikanın Antverpen limanından başlayacaq, Almaniya, İtaliya, Litva və İspaniya kimi Avropa limanlarını əhatə edəcək. Gəmilər Süveyş kanalından keçərək Qırmızı dənizə çıxacaq və Səudiyyə Ərəbistanındakı Ciddə və Kral Abdullah limanlarına çatacaq. Yüklər buradan quru yolu ilə Səudiyyə Ərəbistanının şərqindəki Dammam şəhərinə daşınacaq. Dammamdan kiçik gəmilər Əbu-Dabi, Dubayın Cəbəl Əli Limanı, Bəhreyn, İraq və Küveyt də daxil olmaqla Körfəz bölgəsindəki əsas limanlara yollanacaq.
Ekspertlərin fikrincə, ABŞ-İran müharibəsi və Hörmüz boğazında məhdudiyyətlər gəmiçilik şirkətlərini alternativ və daha bahalı quru yolu ilə dəstəklənən marşrutlar axtarmağa məcbur edib. Bölgədəki digər əsas operatorlar da oxşar quru yolları həlləri hazırlamağa başlayıblar. Lakin bu cür marşrutların logistika xərclərini və karbon emissiyalarını artırdığı bildirilir.
Bu arada ABŞ və Körfəz ərəb ölkələri İranın Hörmüz boğazını bağlamasına görə BMT Təhlükəsizlik Şurasının (TŞ) qətnaməsini hazırlayırlar. Bu barədə ABŞ-nin BMT-dəki səfiri Mayk Uolts açıqlayıb. Uolts bildirib ki, bu həftə qətnamə ilə bağlı danışıqlar aparılacaq. O əlavə edib ki, ABŞ yeni qətnaməni Bəhreynlə birlikdə Küveyt, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının dəstəyi ilə hazırlayır. Qətnamə İrandan ticarət gəmiçiliyinə hücumları və boğazda gəmiçiliyə rüsum tətbiq etməyi və dəniz minalarını yerləşdirməyi dayandırmağı və minaların yerini açıqlamağı tələb edəcək.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35

