Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Litvanın müdafiə naziri Belarusdan gələn hava şarlarını ölkəsi üçün təhlükə adlandırıb

Litvanın müdafiə naziri Belarusdan gələn hava şarlarını ölkəsi üçün təhlükə adlandırıb

30.05.2026 [13:35]

Belarusdan Litvaya qaçaqmalın daşınması üçün istifadə olunan hava şarları təhlükəsizliyə təhdiddir. Çünki, onlardan partlayıcı maddələr və pilotsuz uçan aparatlar da daxil olmaqla, hər şeyin daşınması üçün istifadə oluna bilər.

AZƏRTAC xəbər verir ki, bunu Litvanın müdafiə naziri Robertas Kaunas Sinqapurda keçirilən “Şanqri-La Dialoq” beynəlxalq təhlükəsizlik forumunun plenar sessiyasında çıxışı zamanı deyib.

Kaunas etiraf edib ki, belə şarları nəinki vurmaq, hətta aşkar etmək çox çətindir. "Onlar təxminən 200 km/saat sürətlə 5000-11000 metr hündürlükdə uçurlar və gecə göndərilirlər. Buna görə də onları aşkar etmək inanılmaz dərəcədə çətindir", - deyə o bildirib.

Bu obyektlərin uçuşları Litva hakimiyyətini dəfələrlə hava limanlarını bağlamağa məcbur edib.

Paylaş:
Baxılıb: 95 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31