/ / Yasamal rayonunda "Dövlətçiliyimizin sabitlik və inkişaf mərhələsi" mövzusunda lektoriya keçirilib
Yasamal rayonunda "Dövlətçiliyimizin sabitlik və inkişaf mərhələsi" mövzusunda lektoriya keçirilib
12.06.2026 [19:38]
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP Yasamal rayon təşkilatı və AMEA Mərkəzi Elmi Kitabxanasının birgə təşkilatçılığı ilə 15 İyun-Milli Qurtuluş Gününə həsr olunmuş "Dövlətçiliyimizin sabitlik və inkişaf mərhələsi" mövzusunda lektoriya keçirilib.
AMEA Mərkəzi Elmi Kitabxanasında keçirilən lektoriyada YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Hüseyn Hüseynov, YAP Yasamal rayon təşkilatının, AMEA-nın və AMEA Mərkəzi Elmi Kitabxanasının əməkdaşları, ərazi partiya təşkilatlarının sədr, sədr müavinləri iştirak edib.
İlk öncə AMEA Mərkəzi Elmi Kitabxanasının inzibati binasında müasir müstəqil Azərbaycan Respublikasının qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü ziyarət olunaraq əziz xatirəsi dərin ehtiramla yad edilib, bütün önünə gül dəstələri düzülüb.
Lektoriyada Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edən AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Hüseyn Hüseynov lektoriya iştirakçılarını salamlayaraq qeyd edib ki, xalqın yaddaşında və taleyində mühüm dönüş nöqtəsinə çevrilən 15 İyun – Milli Qurtuluş Günü münasibətilə iştirakçıları təbrik edib. Direktor bildirib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəmizi dərin siyasi böhrandan, parçalanma və vətəndaş qarşıdurması təhlükəsindən xilas edərək sabitlik və inkişafın əsasını qoyub. Çıxışı zamanı Ulu Öndərin kitabxana quruculuğu ilə bağlı siyasətinə də toxunan direktor Heydər Əliyevin kitabxanalarımızı məhv olmaq təhlükəsindən xilas etdiyini diqqətə çatdırıb. O, vurğulayıb ki, 90-cı illərin əvvəllərində başlanan kütləvi özəlləşdirmə dalğasında kitabxana binalarının zəbt edilməsinin, qiymətli fondların dağıdılmasının qarşısını məhz Ulu Öndərin qətiyyəti aldı. Onun imzaladığı fərmanlarla kitabxanaların özəlləşdirilməsi qəti qadağan edildi. 1998-ci ildə ölkə tarixində ilk dəfə “Kitabxana işi haqqında” Qanunun qəbul edilməsi bu sahənin hüquqi bazasını möhkəmləndirdi.Direktor vurğulayıb ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin siyasi kurs uğurla davam etdirilir, Azərbaycanın beynəlxalq nüfuzu daha da möhkəmlənir.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxışı zamanı tariximizə Milli Qurtuluş Günü kimi qızıl hərflərlə daxil olmuş 15 iyunun tarixi və mahiyyəti haqqında geniş məlumat verib. Bəxtiyar Nəbiyev bildirib ki, Ulu Öndər Heydər Əliyevin hələ 1969–1982-ci illərdə Azərbaycana birinci rəhbərliyi dövründə ölkənin sənaye, kənd təsərrüfatı, elm, təhsil və kadr potensialının inkişafı gələcək müstəqilliyimizin möhkəm iqtisadi və intellektual təməlini formalaşdırıb. Məhz həmin illərdə gələcəyə hesablanmış uzaqgörən addımlar Azərbaycanın bir dövlət kimi ayaqda qalmasını şərtləndirib.Çıxışda qeyd olunub ki, 1993-cü ilin 15 İyun – Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində xaosdan, anarxiyadan və parçalanma təhlükəsindən xilas olaraq sabitliyə qədəm qoyduğu mühüm dönüş nöqtəsidir. Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəni vətəndaş müharibəsindən xilas edib və müstəqilliyimizi əbədi edib.
Bəxtiyar Nəbiyev xüsusi olaraq vurğulayıb ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli siyasət, torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün təmin edilməsi Ulu Öndərin müəyyənləşdirdiyi strateji kursun uğurlu və məntiqi davamıdır. Qarabağın azad olunması, Böyük Qayıdış proqramının icrası və işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı sürətli quruculuq işləri bu dahi strategiyanın ən bariz nümunəsidir.
Natiq diqqətə çatdırıb ki, Böyük Qayıdış proqramının uğurla reallaşmasında, azad edilmiş torpaqlarımızın dirçəldilməsində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun misilsiz xidmətləri var. Fondun xətti ilə Qarabağ və Şərqi Zəngəzurda tarixi-mədəni irsimizin, dini abidələrimizin, məscidlərimizin bərpası, müasir məktəblərin və səhiyyə ocaqlarının inşası sürətlə həyata keçirilir. Mehriban xanım Əliyevanın humanitar və quruculuq təşəbbüsləri Böyük Qayıdışın mənəvi və sosial sütununu təşkil edir, doğma yurduna dönən soydaşlarımızın rifahına birbaşa töhfə verir.
Daha sonra AMEA-nın A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Qafqaz tarixi şöbəsinin baş elmi işçisi, tarix elmləri doktoru, professor Mais Əmrahov “Tarix yaradan şəxsiyyət” mövzusunda məruzə ilə çıxış edib.
Lektoriyada çıxış edən Biblioqrafiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyeva da görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan xalqının taleyində, onun siyasi, ictimai və mənəvi həyatında oynadığı müstəsna roldan bəhs edib.
Xəbər lenti
Hamısına baxDünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40

