Xocalının cəngavəri
24.06.2026 [08:38]
Milli Qəhrəmanı Əlif Hacıyevin doğum günüdür
Öz əməlləri və fədakarlıqları ilə tarixdə silinməz iz qoyan qəhrəmanlarımız bu gün də xalqın ən yüksək ehtiramına layiq şəxslər olaraq gələcək nəsil üçün vətənpərvərlik nümunəsidirlər. Azərbaycan tarixində belə qəhrəmanlar minlərlədir. Onlardan biri də Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevdir. Onun keçdiyi həyat yolu, göstərdiyi şücaət və doğma torpaqlara olan sonsuz sevgisi hər bir azərbaycanlı üçün böyük qürur mənbəyidir.
Əlif Hacıyev gənc yaşlarından yüksək vətənpərvərlik hissi ilə seçilib, dövlətə və xalqa xidmət etməyi özünün ən müqəddəs vəzifəsi hesab edib, həyatının bütün mərhələlərində dürüstlüyü, qətiyyəti və cəsarəti ilə ətrafındakı insanların hörmətini qazanıb. O, 1953-cü il iyunun 24-də Azərbaycanın gözəl guşəsi olan Xocalı şəhərində dünyaya gəlib. 1970-ci ildə orta məktəbi bitirdikdən sonra növbəti il Xankəndi şəhərindəki avtomobil məktəbində təhsil alıb. Əlif Hacıyev 1971-1973-cü illərdə Belarus SSR-in Minsk şəhərində hərbi xidmətdə olub. 1976-1979-cu illərdə SSRİ Daxili İşlər Nazirliyinin Frunze adına Xüsusi Milis Məktəbində, daha sonra SSRİ DİN-in Akademiyasında təhsilini davam etdirib. Əlif Hacıyev xidməti müddətində və Azərbaycan SSR daxili işlər orqanlarında müxtəlif vəzifələrdə çalışıb.
Əlif Hacıyev ötən əsrin 80-ci illərində erməni millətçilərinin təxribatlarına məruz qalaraq saxta ittihamlarla günahlandırılıb, qanunsuz hökm nəticəsində 10 il azadlıqdan məhrum edilib. Bəraət alıb azadlığa buraxıldıqdan sonra 1990-cı ildə doğma Xocalıya qayıdıb. Həmin ilin sonlarında daxili işlər orqanına yenidən qayıdıb, Xocalı Təyyarə limanı Xətt Daxili İşlər bölməsinin rəisi, həmçinin Xocalı Aeroportunun komendantı vəzifəsinə təyin olunub. Məlumat üçün qeyd edək ki, bu aeroport ermənilər üçün xüsusi əhəmiyyət daşıyırdı. Əhəmiyyəti ondan ibarət idi ki, bu hava limanından ermənilər öz məkrli niyyətlərinə çatmaq üçün geniş istifadə edirdi. Ermənilərə, onların havadarlarına silah və döyüş vasitələri göndərilirdi. Əlif Hacıyev bu vəzifəyə təyin olunduqdan sonra erməni vandallarının “əli-qolu kəsildi”, düşmənin çirkin niyyətlərinin qarşısı qismən də olsa alındı.
Əlif Hacıyev aeroportda çalışdığı müddətdə qarşısına çıxan böyük təzyiqlərə və basqılara baxmayaraq, hər zaman öz xalqının rifahını hər şeydən üstün tuturdu. Xidməti vəzifələrini icra edərkən fərqləndiyinə görə də 1991-ci ilin dekabrında Əlif Hacıyev “mayor” rütbəsinə yüksəlib.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni vandalları tərəfindən törədilən Xocalı faciəsi nəticəsində şəhərin tez bir zamanda boşaldılmasını istəyən mənfur qüvvələrin xəbərdarlığına məhəl qoymayan yerli əhaliyə dəstək verilməsi, onların qorunması vacib məsələyə çevrilmişdi. Əlif Hacıyev öz dəstəsi ilə birlikdə erməni və onların havadarları olan qüvvələrə qarşı qeyri-bərabər döyüşə girdi. Şəhərin mühafizəsi, əhalinin təhlükəsizliyinin təmini məqsədilə düşmənə qarşı vuruşan Əlif Hacıyev və onun dəstəsi misilsiz şücaət göstərərək blokadaya salınmış dinc əhalini Ağdamın Şelli kəndinə təxliyə etməyi bacardı. Kənd əhalisinin təxliyəsini uğurla təşkil etdikdən sonra Əlif Hacıyev yenidən döyüşə qatılır. Canlı qüvvənin, əldə olan silah-sursatın az olmasına baxmayaraq, son nəfəsinə qədər düşmənə qarşı döyüşən Əlif Hacıyev elə doğma Xocalısında düşmən gülləsinə tuş gələrək şəhid oldu. Qanı elə canı ilə bağlı olan Xocalıda axıdıldı.
Mayor Əlif Lətif oğlu Hacıyev ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Bakıda Şəhidlər xiyabanında dəfn edilən Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin adı Bakının küçələrindən birinə verilərək əbədiləşdirilib.
Xalq bu gün öz qəhrəmanının adını yaşadır, onun ruhuna ehtiramını nümayiş etdirir. Gənc nəsil onun keçdiyi həyat və döyüş yolunu özünə örnək bilir. Bir sözlə, Əlif Hacıyev ürəklərdə və xalqın tarixində əsl qəhrəman olaraq yaşayır. Bu gün onun uğrunda can verdiyi Xocalıda üçrəngli şanlı bayrağımız əzəmətlə dalğalanır. Dalğalanan bayrağımız bütün şəhidlərimiz kimi, Əlif Hacıyevin də alınmış qisasının simvoludur. Bu bayraq Əlif və onun timsalında minlərlə qəhrəman oğullarımızın müqəddəs ruhundan ilham alaraq heç vaxt enməyəcək.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18

