Azərbaycan–Türkmənistan münasibətlərində yeni mərhələ
24.06.2026 [11:47]
İyunun 22-də Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə keçirilən görüşlərdən sonra Azərbaycan Prezidenti İlham Əliyev mətbuata bəyanatla çıxış edib. Dövlət başçısı bəyanatında Azərbaycan–Türkmənistan əlaqələrinin yüksək səviyyədə inkişaf etdiyini vurğulayaraq, iki qardaş ölkə arasında əməkdaşlığın gələcək perspektivləri barədə mühüm fikirlər səsləndirib.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan və Türkmənistan xalqları ortaq tarixə, milli-mənəvi dəyərlərə və qardaşlıq münasibətlərinə malikdirlər. Bu möhkəm təməl üzərində qurulan dövlətlərarası əlaqələr son illərdə siyasi, iqtisadi, nəqliyyat, enerji və humanitar sahələrdə yeni məzmun qazanıb. Görüşlər zamanı ikitərəfli münasibətlərin bütün istiqamətləri ətraflı müzakirə olunub və əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı qarşılıqlı razılıq əldə edilib.
Prezident İlham Əliyev enerji sektorunun Azərbaycan–Türkmənistan əməkdaşlığının əsas istiqamətlərindən biri olduğunu vurğulayıb. Xəzər hövzəsinin zəngin enerji resurslarının beynəlxalq bazarlara çıxarılması sahəsində qarşılıqlı fəaliyyətin regional və qlobal enerji təhlükəsizliyinə mühüm töhfə verdiyi bildirilib. Eyni zamanda, nəqliyyat-logistika sahəsində əməkdaşlığın genişləndirilməsi, Orta Dəhlizin imkanlarından daha səmərəli istifadə olunması və yükdaşımaların artırılması məsələləri də diqqət mərkəzində olub.
Prezident İlham Əliyev çıxışında Türk dünyasında birliyin və həmrəyliyin möhkəmləndirilməsinin əhəmiyyətini xüsusi qeyd edib. Azərbaycanın və Türkmənistanın beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq həyata keçirdiyini bildirən dövlət başçısı iki ölkənin regional sabitliyə, sülhə və qarşılıqlı faydalı tərəfdaşlığa xidmət edən təşəbbüsləri dəstəklədiyini vurğulayıb.
Səfər çərçivəsində müxtəlif sahələri əhatə edən sənədlərin imzalanması da münasibətlərin inkişafında mühüm addım kimi qiymətləndirilib. Prezident İlham Əliyev əldə olunmuş razılaşmaların Azərbaycan–Türkmənistan əlaqələrinin gələcək inkişafına yeni impuls verəcəyini və əməkdaşlığın daha da dərinləşməsinə xidmət edəcəyini bildirib.
Prezidentin mətbuata bəyanatı bir daha göstərdi ki, Azərbaycan və Türkmənistan arasında strateji tərəfdaşlıq münasibətləri yüksələn xətt üzrə inkişaf edir. Qardaşlıq, qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan bu əməkdaşlıq həm iki ölkənin milli maraqlarına, həm də bütövlükdə regionun sabitliyi və inkişafına mühüm töhfə verir.
Gündüz Alıkişiyev
YAP Tərtər rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

