Qalib xalq, rəşadətli ordu
24.06.2026 [16:12]
Elşən Alıyev
YAP Daşkəsən rayon təşkilatının sədr müavini
Hər il 26 iyun tarixində qeyd olunan Silahlı Qüvvələr Günü dövlətçilik tariximizin ən əlamətdar günlərindən biridir. Bu əlamətdar tarix müstəqil dövlətimizin təhlükəsizliyinin, suverenliyinin və ərazi bütövlüyünün keşiyində dayanan Azərbaycan Ordusunun keçdiyi şərəfli inkişaf yolunu, əldə etdiyi uğurları və qazandığı möhtəşəm qələbələri bir daha təcəssüm etdirir.
Müasir Azərbaycan Ordusunun formalaşması və inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Hələ Sovet dövründə respublikaya rəhbərlik etdiyi illərdə Ümummilli Lider hərbi sahədə milli kadr potensialının yaradılmasını strateji vəzifə kimi müəyyənləşdirmişdi. Məhz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1971-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradıldı. Bu təhsil ocağı sonrakı dövrdə minlərlə peşəkar zabitin yetişməsində mühüm rol oynadı. Eyni zamanda, azərbaycanlı gənclərin keçmiş SSRİ-nin nüfuzlu hərbi məktəblərində təhsil alması üçün geniş imkanlar yaradıldı.
1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra qarşıda duran ən mühüm vəzifələrdən biri milli ordunun formalaşdırılması idi. Lakin müstəqilliyin ilk illərində yaşanan siyasi böhran, hakimiyyət uğrunda mübarizə və idarəetmədəki ciddi nöqsanlar nizami ordunun yaradılmasına mane olurdu. Həmin dövrdə müxtəlif silahlı dəstələrin mövcudluğu, vahid komandanlığın olmaması və düşmən təcavüzünün genişlənməsi dövlətçiliyi ciddi təhlükə ilə üz-üzə qoymuşdu.
1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev qısa müddətdə dövlətçiliyi xilas etməklə yanaşı, nizami ordu quruculuğu prosesinə də start verdi. Başıpozuq silahlı birləşmələr ləğv edildi, vahid komandanlıq sistemi yaradıldı, hərbi hissələrdə nizam-intizam möhkəmləndirildi və peşəkar ordu modelinin əsasları formalaşdırıldı.
1994-cü il mayın 12-də əldə olunan atəşkəsdən sonra Silahlı Qüvvələrin inkişafında yeni mərhələ başlandı. Ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi, şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsi və hərbi təhsil sisteminin inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirildi. 1998-ci ildə imzalanmış Fərmanla 26 iyun ölkəmizdə Silahlı Qüvvələr Günü elan olundu və bu tarix rəsmi dövlət bayramı kimi təsbit edildi.
1999-cu ildə Hərbi Akademiyanın yaradılması, 2001-ci ildə hərbi təhsil müəssisələrinin yenidən təşkil olunması milli zabit korpusunun formalaşdırılmasına mühüm töhfə verdi. Eyni zamanda, NATO ilə əməkdaşlığın genişləndirilməsi, “Sülh naminə tərəfdaşlıq” proqramına qoşulma və beynəlxalq sülhməramlı missiyalarda iştirak Silahlı Qüvvələrin peşəkarlığının artırılmasında mühüm rol oynadı.
2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Müdafiə xərclərinin davamlı artırılması, ən müasir silah və texnikaların alınması, hərbi sənaye kompleksinin yaradılması və yerli hərbi istehsal imkanlarının genişləndirilməsi nəticəsində Azərbaycan Ordusu regionun ən güclü ordularından birinə çevrildi.
Ordunun döyüş qabiliyyətinin yüksəldilməsi istiqamətində görülən tədbirlərin nəticələri 2016-cı ilin Aprel döyüşlərində və 2018-ci ilin Günnüt əməliyyatında nümayiş etdirildi. Bu uğurlar xalqımızda qələbə əzmini daha da gücləndirdi və Silahlı Qüvvələrin peşəkarlığının göstəricisidir.
2020-ci ilin 27 sentyabrında başlanan 44 günlük Vətən müharibəsi isə Azərbaycan Ordusunun gücünü bütün dünyaya nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu hərbi əməliyyatlar nəticəsində işğal altında olan torpaqlarımız azad edildi, tarixi ədalət bərpa olundu və dövlətimizin ərazi bütövlüyü təmin edildi. Şuşanın azad olunması müharibənin kulminasiya nöqtəsi olmaqla yanaşı, milli qürur tariximizin ən parlaq səhifələrindən birinə çevrildi.
2023-cü ilin sentyabr ayında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində isə dövlət suverenliyi tam bərpa edildi. Cəmi bir gün davam edən uğurlu əməliyyat ordumuzun yüksək peşəkarlığını, texnoloji üstünlüyünü və döyüş hazırlığını bir daha nümayiş etdirdi.
Vətən müharibəsindən sonra Silahlı Qüvvələrdə aparılan islahatlar daha da sürətləndirildi. Komando hərbi hissələrinin yaradılması, Milli Müdafiə Universitetinin təsis olunması, ordunun Türkiyə Silahlı Qüvvələrinin modelinə uyğunlaşdırılması və hərbi təhsil sisteminin yenilənməsi bu istiqamətdə həyata keçirilən mühüm addımlardır.
Bu gün Azərbaycan Ordusu müasir silahlarla təchiz edilmiş, yüksək mənəvi-psixoloji hazırlığa malik, peşəkar və döyüş qabiliyyətli qüvvə kimi regionun təhlükəsizlik arxitekturasında mühüm rol oynayır. Ordunun maddi-texniki bazasının gücləndirilməsi, hərbi qulluqçuların sosial müdafiəsinin yaxşılaşdırılması, beynəlxalq hərbi əməkdaşlığın genişləndirilməsi və milli hərbi sənayenin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qalır.
Ulu Öndər Heydər Əliyevin dediyi kimi, Milli Ordumuz müstəqil dövlətimizin ən böyük dayağı, xalqımızın təhlükəsizliyinin və ölkəmizin ərazi bütövlüyünün təminatçısıdır. Bu gün həmin siyasi kurs uğurla davam etdirilir və Azərbaycan Ordusu dövlətimizin qüdrətinin, xalqımızın birliyinin və milli iradəsinin ən parlaq təcəssümünə çevrilib.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

