Doktorantura imtahanlarının keçirilmə vaxtı və qaydaları açıqlanıb
24.06.2026 [21:54]
İyunun 25-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən doktorantura və dissertantura səviyyəsində xarici dil fənni üzrə doktoranturaya qəbul və fəlsəfə doktoru imtahanı keçiriləcək.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanlarda ümumilikdə 2351 nəfərin iştirakı nəzərdə tutulur. Onlardan 1926 nəfər doktoranturaya qəbul imtahanına, 389 nəfər isə xarici dil üzrə fəlsəfə doktoru imtahanına qeydiyyatdan keçib. Doktoranturaya qəbul imtahanı üzrə qeydiyyatdan keçənlərin 1890 nəfəri ingilis, 16 nəfəri fransız, 20 nəfəri isə alman dili üzrə imtahan verəcək. Fəlsəfə doktoru imtahanında iştirak edəcək 389 nəfərdən 386-sı ingilis, 2-si fransız, 1-i isə alman dili üzrə imtahan verəcək.
İmtahanlarda 3 fiziki məhdudiyyətli namizəd də iştirak edəcək. Onların rahat şəkildə imtahan vermələri üçün imtahan binalarında xüsusi şərait yaradılıb. İmtahanlar Bakı və Naxçıvan şəhərlərində təşkil olunacaq. İmtahan saat 10:00-da başlayacaq. Buraxılış rejimi isə imtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də başa çatacaq. Bu vaxtdan sonra imtahan binasına gələn iştirakçılar içəri buraxılmayacaqlar.
İştirakçılar imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni təqdim etməlidirlər. Namizədlərə buraxılış vərəqəsində göstərilən vaxtda imtahan binasına gəlmək tövsiyə olunur.
İmtahanın test mərhələsində iştirakçılar 1 saat 30 dəqiqə ərzində 30 test tapşırığını cavablandıracaqlar. Daha sonra onlara 15 dəqiqə fasilə veriləcək və yazı blokunun tapşırıqları təqdim olunacaq. Yazı bloku üçün də 1 saat 30 dəqiqə vaxt ayrılıb.
İmtahanların təşkili üçün ümumilikdə 10 imtahan binası ayrılıb. Prosesə 23 imtahan rəhbəri, 10 ümumi imtahan rəhbəri, 182 nəzarətçi və 28 buraxılış rejimi əməkdaşı cəlb olunub.
Qeyd edək ki, iyunun 25-də keçiriləcək imtahan dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) və yazı bloklarından ibarət olacaq. İmtahanda bütün bloklar üzrə toplanıla biləcək maksimal bal 50-dir. Test tapşırıqlarının hər biri 1 balla qiymətləndirilir və maksimum 30 bal toplamaq mümkündür. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Yazı blokunda yer alan vizual məlumatın təsviri və esse tapşırıqlarının hər biri ayrıca 10 ballıq şkala üzrə qiymətləndirilir. Yazı bloku üzrə yekun bal aşağıdakı düstur əsasında hesablanır:
n(yazı)=0.4×n(vizual)+0.6×n(esse)
Bir neçə gün əvvəl keçirilmiş danışıq bloku üzrə də maksimal bal 10-dur. Xarici dil üzrə qəbul imtahanında bloklar üzrə minimum 2 bal tələbi nəzərə alınmaqla 25 və daha çox bal toplayan namizədlər fəlsəfə və ixtisas fənləri üzrə növbəti mərhələlərə buraxılırlar. Qəbul imtahanında 30 və daha çox bal toplamış namizədlər isə dissertasiyalarını həmin imtahan tarixindən etibarən beş il müddətində ilkin müzakirəyə təqdim etdikləri halda xarici dil üzrə fəlsəfə doktoru imtahanından azad olunurlar.
Xarici dil üzrə fəlsəfə doktoru imtahanında məqbul qiymət almaq üçün bloklar üzrə minimum 2 bal şərti nəzərə alınmaqla ən azı 30 bal toplamaq tələb olunur.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

