/ / Milli Məclisin deputatı Ağalar Vəliyev Xaçmaz rayonunda qabaqcıl müəllimləri və əlaçı şagirdləri mükafatlandırıb
Milli Məclisin deputatı Ağalar Vəliyev Xaçmaz rayonunda qabaqcıl müəllimləri və əlaçı şagirdləri mükafatlandırıb
30.06.2026 [09:55]
Milli Məclisin deputatı Ağalar Vəliyevin təşəbbüsü və maliyyə dəstəyi ilə Xaçmaz rayonunda qabaqcıl müəllimlərin, əlaçı şagirdlərin, şəhid və qazi ailələrinin məktəbli övladlarının mükafatlandırma mərasimi təşkil olunub.
Rayon İcra Hakimiyyətinin təşkilatı dəstəyi ilə keçirilən tədbirdə millət vəkili ilə yanaşı İcra Hakimiyyətinin Başçısı Elnur Rzayev, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, ictimaiyyətin nümayəndələri, şəhid ailələri, qazilər, təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər.
Toplantıda vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin təhsil sahəsində müəyyənləşdirdiyi strategiyaya əsaslanan Prezident İlham Əliyevin təhsil islahatları konsepsiyasının ardıcıllıqla həyata keçirilməsi sayəsində Azərbaycan təhsili davamlı olaraq inkişaf edir.
Dövlət başçısının rəhbərliyi ilə uğurla gerçəkləşdirilən insan kapitalının formalaşdırılması siyasətinin və Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşdırılan layihələrin icrası nəticəsində təhsil infrastrukturunun yenilənməsi təmin olunur.
Qeyd olunub ki, ölkə rəhbərliyinin təhsil siyasətinin dəstəklənməsi, təhsilin inkişafının stimullaşdırılması, təlim və tədris prosessində nailiyyətləri olanların həvəsləndirilməsi məqsədi ilə Ağalar Vəliyev tərəfindən bir sıra təşəbbüslər irəli sürülüb və çoxsaylı mükafatlandırma proqramları həyata keçirilib.
Tədbirdə deputat tərəfindən 57 saylı Xaçmaz şəhər Seçki Dairəsi üzrə 41 məktəbdən 99 qabaqcıl müəllimə və 276 əlaçı şagirdə müxtəlif məbləğlərdə pul mükafatı təqdim edilib.
Millət vəkili həmçinin, tədris göstəricilərindən asılı olmayaraq şəhid və qazi ailələrinin 37 məktəbli övladına maliyyə dəstəyi göstərib.
Beləliklə, son iki tədris ilinin yekunlarına əsasən Milli Məclisin üzvünün mükafatlandırdığı qabaqcıl müəllimlərin sayı 194 nəfər, əlaçı şagirdlərin sayı 604 nəfər, maliyyə dəstəyi gösrərdiyi məktəbli şəhid və qazi övladların sayı isə 59 nəfər təşkil edib.
Ağalar Vəliyev mərasimdə mükafatlandırılan qabaqcıl müəllimlərə, əlaçı şagirdlərə, şəhid və qazi övladlarına təbriklərini çatdırıb və Xaçmaz rayonunun bütün təhsil ictimaiyyətinə yeni tədris ilində uğurlar arzulayıb.
Tədbir iştirakçıları təhsilin inkişafına, müəllimlərə və şagirdlərə göstərilən diqqətə və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Xəbər lenti
Hamısına baxSosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58

