Əməkdaşlıq səviyyəsinin yüksəlməsi...
07.07.2026 [10:21]
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin ölkəmizə səfəri Azərbaycan–Avropa İttifaqı münasibətlərinin yeni inkişaf mərhələsinə daxil olduğunu bir daha təsdiq edir.
Bu səfər siyasi, iqtisadi və geosiyasi əməkdaşlığın yeni konturlarının müəyyənləşdirməklə yanaşı Azərbaycan-Aİ əlaqələrinə konseptual baxış kimi dəyərləndirilə bilər.
Onu da qeyd edək ki, bu ilin mart ayında Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın, mayda Avropa diplomatiyasının rəhbəri Kaja Kallasın, iyulun əvvəlində isə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Bakıya səfəri münasibətlərin keyfiyyət baxımından yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bu diplomatik fəallıq Avropa İttifaqının Cənubi Qafqaz siyasətində Azərbaycanın roluna verdiyi strateji əhəmiyyətin bariz nümunəsidir. Artıq Bakı təkcə regional aktor kimi deyil, həm də Avrasiyanın enerji və nəqliyyat təhlükəsizliyinin əsas dayaqlarından biri kimi qəbul olunur.
Səfər çərçivəsində keçirilən görüşlərdə dövlət başçısı İlham Əliyev qeyd edib ki, Avropa Komissiyası ilə münasibətlərdə artıq “görünməmiş dinamika” müşahidə olunur. Bu dinamika təsadüfi xarakter daşımır, əksinə son illər ərzində formalaşmış qarşılıqlı etimadın, praqmatik yanaşmanın və üst-üstə düşən maraqların məntiqi nəticəsidir.
Son dörd ildə Azərbaycanın Avropa İttifaqına qaz ixracının artması, artıq Aİ-nin 10 üzv dövlətinin Azərbaycan qazı alması təsdiqləyir ki, Avropa alternativ enerji mənbələri axtararkən ən etibarlı tərəfdaşlardan birini məhz Azərbaycanda tapıb. 2022-ci ildə imzalanmış “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” bu gün konkret iqtisadi nəticələr verir və Brüssel bunu açıq şəkildə etiraf edir. Lakin münasibətlər artıq yalnız qaz üzərində qurulmur. Dövlət başçımızın açıqladığı rəqəmlər gələcəyin enerji xəritəsinin də Azərbaycanda formalaşdığını göstərir. Ursula Fon der Lyayenin də çıxışında Azərbaycanın təmiz enerji və elektrik bağlantıları üzrə böyük potensiala malik olduğunu vurğulaması bu baxışın Brüsseldə də bölüşüldüyünü göstərir.
Səfər çərçivəsində keçirilən görüşlərdə Azərbaycanın yaşıl enerji gündəliyi də Avropa ilə münasibətlərdə yeni əməkdaşlıq istiqaməti kimi ön plana çıxır. Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmiz bərpaolunan enerji sahəsində də böyük layihələrə start verib, Xəzərin külək enerjisi potensialı, günəş enerjisi layihələri və “yaşıl enerji dəhlizi” ideyası beynəlxalq maraq doğurub. Avropa İttifaqının bu sahəyə diqqət yetirməsi və Azərbaycanla əməkdaşlıq niyyətini ortaya qoyması onu göstərir ki, tərəflər arasındakı münasibətlər artıq yalnız ənənəvi enerji çərçivəsi ilə məhdudlaşmır, daha geniş strateji məzmun qazanır.
Ümumilikdə Azərbaycan–Avropa Komissiyası münasibətləri artıq yalnız cari maraqlara söykənən əməkdaşlıq modeli deyil. Qarşılıqlı etimad, iqtisadi əlagələr, enerji təhlükəsizliyi və yaşıl inkişaf istiqamətində ortaq baxışlar bu tərəfdaşlığı uzunmüddətli strateji əməkdaşlıq səviyyəsinə yüksəldir.
Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxDünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42

