/ / Şuşa Qlobal Media Forumu çərçivəsində D-8 Media Mükəmməllik Mərkəzinin strategiyasının təqdimatı olub
Şuşa Qlobal Media Forumu çərçivəsində D-8 Media Mükəmməllik Mərkəzinin strategiyasının təqdimatı olub
13.07.2026 [19:58]
İyulun 13-də IV Şuşa Qlobal Media Forumu çərçivəsində D-8 Media Mükəmməllik Mərkəzinin strategiyasının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, təqdimatdan əvvəl çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın D-8 ailəsinin tamhüquqlu üzvü olduğunu bildirib.
“Bu platforma qlobal iqtisadi əməkdaşlıq baxımından böyük əhəmiyyət daşıyır və biz təşkilatın fəaliyyətinə xüsusi önəm veririk. Prezident İlham Əliyev D-8 çərçivəsində Media Mükəmməllik Mərkəzinin, eləcə də Nəqliyyat və Enerji Mükəmməllik Mərkəzlərinin Azərbaycanda yaradılması təşəbbüsünü müsbət qarşılayıb. Bu gün artıq həmin təşəbbüsün ilk nəticələrini görürük”, - deyə Hikmət Hacıyev diqqətə çatdırıb.
Prezidentin köməkçisi vurğulayıb ki, D-8 Media Mükəmməllik Mərkəzi üzv ölkələr arasında media sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platformadır.
D-8 Təşkilatının Baş katibi Sohail Mahmud bu təşəbbüsün formalaşmasına verdikləri töhfələrə görə bütün D-8 üzv ölkələrinə təşəkkürünü bildirib. O, D-8-in 1997-ci ildə yaradıldığı dövrlə müqayisədə dünyanın əsaslı şəkildə dəyişdiyini deyib: “Təkqütblülük artıq keçmişdə qalıb. Biz çoxqütblülüyə doğru güclü meylin şahidi oluruq. Belə bir şəraitdə iqtisadi əməkdaşlıq təşkilatı kimi D-8-in missiyası yeni əhəmiyyət qazanıb. Eyni zamanda, üzv dövlətlərin imkanları olduqca artıb”.
“Media Mükəmməllik Şəbəkəsi”nin baş direktoru Fuad Mərdiyev D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası ilə bağlı ətraflı məlumat verib. O diqqətə çatdırıb ki, D-8 Media Mükəmməllik Mərkəzinin əsas məqsədi üzv ölkələr arasında media sahəsində əməkdaşlığı gücləndirmək, peşəkar potensialın inkişafını, tədqiqat və innovasiyaları təşviq etmək, həmçinin media sahəsində vahid əməkdaşlıq platforması formalaşdırmaqdır.
Təqdimat zamanı Mərkəzin institusional inkişafı, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, üzv dövlətlər arasında koordinasiya mexanizmlərinin yaradılması, təcrübə mübadiləsi, media tədqiqatlarının aparılması və dezinformasiyaya qarşı mübarizə istiqamətində həyata keçirilməsi planlaşdırılan fəaliyyətlər barədə məlumatlar təqdim olunub.
Qeyd olunub ki, fəaliyyətin növbəti mərhələsində D-8 üzv dövlətlərinin media qurumlarını bir araya gətirən əməkdaşlıq şəbəkəsinin yaradılması, birgə layihələrin icrası, beynəlxalq təşkilatlarla tərəfdaşlığın genişləndirilməsi, habelə media sahəsində qabaqcıl təcrübələrin paylaşılması nəzərdə tutulur.
Tədbir siyasi şərhçi Ülviyyə Zülfiqarın moderatorluğu ilə keçirilib.
Xəbər lenti
Hamısına baxDünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17

