Yayın arzuolunmaz “qonaq”ları..
14.07.2026 [09:38]
Kiçik həşərat dişləməsi böyük təhlükələr yarada bilər
Yay fəslinin gəlişi ilə insanlar daha çox açıq havada vaxt keçirməyə, parklara, meşəlik ərazilərə, bağ evlərinə, dəniz sahillərinə üz tutmağa başlayırlar. Lakin isti hava şəraitinin yaratdığı istirahət əhval-ruhiyyəsi ilə yanaşı, təbiətin görünməyən, bəzən ciddi sağlamlıq problemlərinə səbəb ola bilən sakinləri - ağcaqanadlar, milçəklər və digər həşəratlar da aktivləşir. Bu da yay mövsümündə həşərat dişləmələrinin sayının nəzərəçarpacaq dərəcədə artmasına səbəb olur. Əksər insanlar bunu adi hal kimi qiymətləndirsələr də, bəzi hallarda sadə görünən bir dişləmə infeksiya, ağır allergik reaksiya, hətta həyati təhlükə yaradan vəziyyətlərlə nəticələnə bilər.
Mütəxəssislər bildirirlər ki, həşərat dişləməsinin təhlükəli olub-olmamasını müəyyən edən əsas göstəricilərdən biri yaranın ölçüsü deyil, orqanizmin verdiyi reaksiyadır. Çünki dişləmə yerində sürətlə böyüyən şişkinlik, dözülməz ağrı, irinləmə, yüksək hərarət, səpkilərin bütün bədənə yayılması, nəfəs darlığı, ürəkbulanma, başgicəllənmə və ya huşun bulanması kimi əlamətlər müşahidə edilərsə, vaxt itirmədən tibb müəssisəsinə müraciət olunmalıdır.
Ağcaqanad dişləməsi sadəcə qaşınma deyil
Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən infeksionist-həkim Mərdan Əliyev bildirib ki, yay aylarında havanın temperaturunun yüksəlməsi və rütubətin artması həşəratların çoxalması üçün ən əlverişli mühit yaradır: “Çünki onların bioloji inkişaf dövrü sürətlənir, qidalanma ehtiyacı artır və insanlar daha çox açıq bədən nahiyələri ilə təbiətdə olduqları üçün həşəratlarla təmas ehtimalı da əhəmiyyətli dərəcədə yüksəlir. Nəticədə hər il milyonlarla insan müxtəlif növ həşərat dişləmələrinə məruz qalır və onların böyük hissəsi yüngül əlamətlərlə keçsə də, müəyyən risk qruplarında vəziyyət fərqli inkişaf edə bilir.
Ən çox rast gəlinən həşəratlardan biri olan ağcaqanadlar adətən qaşınma, qızartı və yüngül şişkinlik yaratsa da, bəzi ölkələrdə müxtəlif virus xəstəliklərinin daşıyıcısı hesab olunur. Buna görə də xüsusilə, xarici ölkələrə səyahət edən insanlar həşəratlardan qorunma qaydalarına daha ciddi əməl etməlidirlər. Belə ki, infeksiyaların yayılmasında həşəratların vasitəçi rolu dünya səhiyyəsində uzun illərdir diqqət mərkəzində saxlanılır”.
Ağrısız olsa da təhlükəli xəstəlik daşıya bilər...
Həkim qeyd edib ki, gənələr yay mövsümündə xüsusilə, meşəlik, kolluq və otlu ərazilərdə təhlükə yaradan canlılar hesab olunur: “Onların dişləməsi çox zaman ağrısız keçdiyi üçün insan bunu dərhal hiss etmir. Məhz buna görə də təbiətdə gəzintidən sonra bədənin, xüsusilə qoltuqaltı, qasıq nahiyəsi, boyun, qulaq arxası və diz büküşlərinin diqqətlə yoxlanılması vacibdir. Çünki gənənin uzun müddət dəridə qalması müxtəlif infeksiyaların ötürülməsi riskini artıra bilər”.
Kimlər daha çox risk altındadır?
M.Əliyevin sözlərinə görə, xüsusilə uşaqlar, yaşlı insanlar, hamilə qadınlar, şəkərli diabetlər və immun sistemi zəif olan xəstələr həşərat dişləmələrinə qarşı daha həssas hesab olunurlar: “Onların orqanizmi həm infeksiyalara, həm də allergik ağırlaşmalara qarşı daha zəif müqavimət göstərə bilir. Bu səbəbdən həmin şəxslərin profilaktik tədbirlərə xüsusi diqqət yetirmələri vacibdir.
Həşərat dişləməsindən sonra qızartının sürətlə böyüməsi, irinli axıntının yaranması, yüksək hərarət, titrətmə, şiddətli ağrı, dəridə göyərmə, səpgilərin bütün bədənə yayılması, nəfəs almaqda çətinlik və ya ümumi vəziyyətin pisləşməsi artıq adi dəri reaksiyası deyil. Bu, infeksiyanın və ya ciddi allergik prosesin başlanğıcından xəbər verə bilər. Belə hallarda ev şəraitində müalicə ilə kifayətlənmək təhlükəli nəticələr doğura bilər”.
Sadə qaydalar böyük təhlükələrin qarşısını alır
İnfeksionist bildirib ki, yay aylarında sadə görünən qoruyucu tədbirlər əslində ən təsirli profilaktik vasitələr hesab olunur: “Açıq rəngli və uzunqollu geyimlərin seçilməsi, həşərat əleyhinə qoruyucu vasitələrdən istifadə edilməsi, axşam saatlarında bataqlıq və sıx kolluq ərazilərdə uzun müddət qalmamaq, evlərdə pəncərələrə tor çəkilməsi, ətraf mühitdə durğun suların aradan qaldırılması və tullantıların vaxtında təmizlənməsi həşəratların çoxalmasının qarşısını əhəmiyyətli dərəcədə ala bilir.
Unutmaq olmaz ki, həşəratlar təbiətin ayrılmaz hissəsi olsa da, insan sağlamlığı baxımından onların yaratdığı risklərə laqeyd yanaşmaq düzgün deyil. Bəzən bir neçə saniyə davam edən dişləmə və ya sancma sonradan uzunmüddətli müalicə tələb edən problemlərə çevrilə bilər. Ona görə də yay mövsümündə həm şəxsi gigiyena qaydalarına riayət etmək, həm də ilk baxışdan əhəmiyyətsiz görünən əlamətlərə diqqətlə yanaşmaq sağlamlığın qorunmasının ən etibarlı yollarından biri hesab edilir”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17

