Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Fransada 15 yaşdan kiçik şəxslərə sosial mediadan istifadə qadağan edilir

Fransada 15 yaşdan kiçik şəxslərə sosial mediadan istifadə qadağan edilir

22.07.2026 [16:30]

Fransa parlamenti 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdıran qanun layihəsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti məlumat yayıb.

Bildirilib ki, qanun layihəsi Senatda 243 səs lehinə, 2 səs əleyhinə, Milli Assambleyada isə 279 səs lehinə, 81 səs əleyhinə olmaqla qəbul edilib.

Yeni qaydalara əsasən, sosial şəbəkə platformaları istifadəçilərin yaşını təsdiqləməlidir. Lakin yaşın müəyyənləşdirilməsi mexanizmi qanun mətnində göstərilməyib.

Sənəddə, həmçinin lisey şagirdlərinin məktəblərdə mobil telefonlardan istifadəsinə qadağa qoyulması nəzərdə tutulur.

Qanunun sentyabr ayında – yeni tədris ilinin başlanğıcında qüvvəyə minəcəyi gözlənilir.

Paylaş:
Baxılıb: 8 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Bir tarixin izi ilə...

22 İyul 13:39  

Analitik

103-cü hökumət...

22 İyul 12:38

Analitik

Sosial

YAP xəbərləri

Xəbər lenti

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31