MÜHÜM SİYASİ HADİSƏ
22.07.2026 [10:48]
Məlumdur ki, müasir beynəlxalq münasibətlər sistemində Avropa İttifaqının aparıcı siyasi və iqtisadi gücü hesab olunan Almaniya ilə münasibətlərin inkişafı Azərbaycanın balanslaşdırılmış və praqmatik xarici siyasət kursunun vacib istiqamətlərindən biridir. Bu baxımdan möhtərəm Prezident İlham Əliyevin Almaniyaya səfəri yalnız iki dövlət arasında mövcud siyasi dialoqun davamı deyil, eyni zamanda iqtisadi, enerji, nəqliyyat, sənaye, innovasiya, təhsil və humanitar sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün mühüm diplomatik hadisədir.
Yeri gəlmişkən, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil və praqmatik xarici siyasət nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş və mühüm aktor kimi qəbul olunur. Bu gün Azərbaycan Avropa ilə Asiya arasında iqtisadi, enerji və nəqliyyat əlaqələrinin inkişafında mühüm rol oynayan dövlətlərdən biridir. Almaniya isə Avropa İttifaqının aparıcı siyasi və iqtisadi gücü kimi qlobal proseslərə təsir imkanlarına malikdir. Bu baxımdan iki dövlət arasında münasibətlərin inkişafı qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın daha da genişlənməsi üçün əlverişli zəmin yaradır. Azərbaycan ilə Almaniya arasında diplomatik münasibətlər qurulduğu gündən etibarən qarşılıqlı hörmət və faydalı tərəfdaşlıq prinsipləri əsasında inkişaf edib. Yüksək səviyyəli siyasi dialoq, iqtisadi əməkdaşlıq, parlamentlərarası əlaqələr və humanitar sahədə həyata keçirilən layihələr münasibətlərin möhkəm təməl üzərində qurulduğunu göstərir. Cənab Prezident İlham Əliyevin Almaniyaya səfəri də məhz bu təməl üzərində yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, son illər dünyada enerji təhlükəsizliyi məsələsinin aktuallaşması Azərbaycanın beynəlxalq əhəmiyyətini daha da artırıb. Prezident İlham Əliyevin həyata keçirdiyi enerji siyasəti nəticəsində ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında strateji tərəfdaşa çevrilib. Cənub Qaz Dəhlizi kimi nəhəng enerji layihələrinin uğurla reallaşdırılması Azərbaycanın etibarlı təchizatçı statusunu möhkəmləndirib. Bu gün Avropanın bir sıra ölkələri Azərbaycan qazından istifadə edir və yeni əməkdaşlıq istiqamətləri formalaşır. Almaniya enerji keçidi və alternativ enerji mənbələrinin inkişafı sahəsində geniş təcrübəyə malikdir. Azərbaycan isə zəngin bərpaolunan enerji potensialına sahib ölkə kimi yaşıl enerji strategiyasını uğurla həyata keçirir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının “yaşıl enerji zonası” elan olunması, günəş və külək enerjisi layihələrinin reallaşdırılması, yaşıl hidrogen istehsalı ilə bağlı perspektivlər iki ölkə arasında əməkdaşlığın yeni məzmun qazanmasına şərait yaradır. Almaniyanın texnoloji imkanları ilə Azərbaycanın təbii resurs potensialının birləşdirilməsi gələcəkdə strateji əhəmiyyətli layihələrin həyata keçirilməsinə zəmin yarada bilər.
Onu da qeyd etmək lazımdır ki, iqtisadi əməkdaşlıq Azərbaycanla Almaniya arasındakı münasibətlərin əsas sütunlarından biridir. Almaniya Azərbaycanın Avropadakı ən böyük ticarət tərəfdaşlarından biri olmaqla yanaşı, ölkəmizdə həyata keçirilən investisiya layihələrində də fəal iştirak edir. Azərbaycanda fəaliyyət göstərən alman şirkətləri sənaye, nəqliyyat, logistika, tikinti, kənd təsərrüfatı və xidmət sektorlarında uğurlu layihələr reallaşdırırlar. Azərbaycanın əlverişli investisiya mühiti, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində aparılan islahatlar və biznes fəaliyyətinin təşviqi Almaniya iş adamlarının ölkəmizə marağını artırır. Bu gün Azərbaycan yalnız enerji ixrac edən ölkə deyil, həm də regional sənaye və logistika mərkəzidir. Həyata keçirilən iqtisadi siyasət nəticəsində qeyri-neft sektorunun inkişafı sürətlənib, sənaye parkları və sənaye zonaları yaradılıb, ixracyönümlü istehsal təşviq edilir. Almaniyanın qabaqcıl sənaye texnologiyalarının və innovativ idarəetmə təcrübəsinin bu proseslərə cəlb olunması qarşılıqlı faydalı əməkdaşlığın yeni istiqamətlərini formalaşdıra bilər. Son illərdə qlobal ticarət marşrutlarında baş verən dəyişikliklər Azərbaycanın tranzit imkanlarının əhəmiyyətini daha da artırıb. Şərq - Qərb və Şimal - Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin əsas iştirakçılarından biri olan Azərbaycan Avropa ilə Asiyanı birləşdirən mühüm qovşağa çevrilib. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi - Qars dəmir yolu və müasir logistika infrastrukturu ölkəmizin tranzit potensialını əhəmiyyətli dərəcədə gücləndirib. Xüsusilə Orta Dəhliz üzrə yükdaşımaların həcminin artması Avropa dövlətlərinin Azərbaycana marağını artıran əsas amillərdəndir. Almaniya iqtisadiyyatının ixracyönümlü xarakteri nəzərə alındıqda, ölkəmizin təqdim etdiyi nəqliyyat və logistika imkanları Almaniya biznes dairələri üçün mühüm əhəmiyyət daşıyır. Bu sahədə əməkdaşlığın genişlənməsi yalnız ikitərəfli münasibətlərə deyil, bütövlükdə Avrasiya məkanında iqtisadi inteqrasiyanın güclənməsinə xidmət edə bilər.
Xüsusilə qeyd etmək lazımdır ki, müasir dövrdə beynəlxalq münasibətlər sistemində yeni güc balansları formalaşır, regional təhlükəsizlik məsələləri daha böyük aktuallıq qazanır. Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqeyi, sülh gündəliyinə sadiqliyi və konstruktiv təşəbbüsləri ilə regionda sabitliyin təmin olunmasına mühüm töhfələr verir. 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfərdən sonra regionda yaranmış yeni reallıqlar beynəlxalq tərəfdaşlarla münasibətlərdə yeni əməkdaşlıq imkanları formalaşdırıb. Azərbaycan Cənubi Qafqazda davamlı sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl siyasət həyata keçirir. Regional kommunikasiyaların açılması, iqtisadi əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı etimada əsaslanan münasibətlərin qurulması ölkəmizin əsas prioritetləri sırasındadır. Almaniya ilə aparılan müzakirələr də bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
Məlum olduğu kimi, humanitar sahədə əməkdaşlıq Azərbaycan - Almaniya münasibətlərinin mühüm istiqamətlərindən biridir. Təhsil, elm, mədəniyyət və gənclər siyasəti sahəsində həyata keçirilən layihələr xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət edir. Almaniya universitetləri ilə Azərbaycan ali təhsil müəssisələri arasında qurulan əlaqələr, akademik mübadilə proqramları və birgə elmi tədqiqatlar gələcək əməkdaşlığın insan kapitalı bazasını formalaşdırır. Bununla yanaşı, rəqəmsal transformasiya, süni intellekt, innovasiya, kibertəhlükəsizlik və yaşıl iqtisadiyyat kimi istiqamətlər yeni dövrün əsas inkişaf prioritetləri hesab olunur. Almaniya bu sahələrdə dünyanın aparıcı ölkələrindən biridir. Azərbaycanın həyata keçirdiyi iqtisadi modernləşmə strategiyası isə innovasiyalara və yüksək texnologiyalara əsaslanan inkişaf modelini nəzərdə tutur. Bu amil iki ölkə arasında əməkdaşlığın gələcək perspektivlərini daha da genişləndirir.
Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasına səfəri zamanı Almaniya Kansleri Fridrix Merts ilə imzalanan “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə” mühüm siyasi və diplomatik əhəmiyyət daşıyır. Bu sənəd Azərbaycan - Almaniya münasibətlərinin inkişafında yeni mərhələnin başlanğıcını ifadə edir. Birgə Bəyannamə ikitərəfli əməkdaşlığın gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, siyasi dialoq, iqtisadiyyat, enerji, nəqliyyat, innovasiya, elm, təhsil və humanitar sahələr üzrə tərəfdaşlığın daha sistemli və uzunmüddətli əsaslar üzərində qurulmasına xidmət edir. Bütövlükdə, Prezident İlham Əliyevin Almaniyaya səfəri və səfər çərçivəsində imzalanan strateji əhəmiyyətli sənədlər Azərbaycan - Almaniya münasibətlərinin inkişafında yeni mərhələnin əsasını qoyur.
Ən əsası, bu səfər Azərbaycanın etibarlı tərəfdaş kimi nüfuzunun artmasına və yeni əməkdaşlıq imkanlarının formalaşmasına xidmət edir. Qarşıdakı dövrdə siyasi dialoqun dərinləşməsi, iqtisadi və enerji sahələrində tərəfdaşlığın genişlənməsi, nəqliyyat-logistika, innovasiya və humanitar istiqamətlərdə əlaqələrin inkişafı iki ölkə arasında münasibətləri daha da möhkəmləndirəcək.
Bəhruz İsgəndərov,
YAP Göygöl rayon təşkilatı üzrə “Göygöl Şərab Zavodu” Açıq Səhimdar Cəmiyyəti ərazi partiya təşkilatının sədri
Xəbər lenti
Hamısına baxİdman
22 İyul 15:22
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08

