Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / YENİ AZƏRBAYCAN PARTİYASI ŞİRVAN ŞƏHƏR TƏŞKİLATININ TƏSİS OLUNMASININ 33 İLLİYİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB

YENİ AZƏRBAYCAN PARTİYASI ŞİRVAN ŞƏHƏR TƏŞKİLATININ TƏSİS OLUNMASININ 33 İLLİYİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB

22.07.2026 [12:24]

Şirvan şəhərində Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının təsis olunmasının 33 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Milli Məclisin deputatı Vüqar Rəhimzadə, YAP Mərkəzi Aparatının məsul əməkdaşı Əli Axundov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov, ərazi partiya təşkilatı sədrləri, partiya fəalları, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucalan abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüb, əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər. Sonra Şirvan şəhər Şəhidlər xiyabanında Qarabağ müharibəsi şəhidlərinin məzarları ziyarət olunub, ruhlarına dualar oxunub.

Sonra tədbir iştirakçıları YAP Şirvan şəhər təşkilatının inzibati binasında yerləşən Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri duzərək, əziz xatirəsinə ehtiramlarını bildiriblər.

​İnzibati binada başlayan konfransı YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov açıq elan etdi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

​ Tədbirdə geniş və əhatəli məruzə ilə çıxış edən YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov  Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsindən, qətiyyətindən və uzaqgörənliyindən bəhs edərək, onun şah əsəri olan Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli inkişaf yolundan ətraflı danışdı. O qeyd etdi ki, bu gün dahi şəxsiyyətin siyasi kursu Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev tərəfindən böyük uğurla və qətiyyətlə davam etdirilir, ölkəmiz tarixinin ən qüdrətli dövrünü yaşayır. Zahir Qəhrəmanov son dövrlərdə YAP Şirvan şəhər təşkilatında görülən yeni işləri, həyata keçirilən tədbirləri diqqətə çatdıraraq, xüsusilə ərazi partiya təşkilatlarının sədrlərinə müraciət etdi, onların daha fəal olmağının, yerlərdə ideoloji-siyasi işlərin gücləndirilməsinin və partiya xətti ilə həyata keçirilən tədbirlərdə yaxından iştirak etməyin vacibliyini vurğuladı, həmçinin qarşıda duran mühüm vəzifələri ətraflı şəkildə iştirakçıların diqqətinə çatdırdı.

​Tədbirdə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov YAP-ın yaradılmasının dövlətçiliyin qorunması üçün tarixi zərurət olduğunu bildirib.İ.Abbasov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin Şirvanın inkişafındakı rolu, "Yeniləşən Şirvan" (2024–2028) Proqramı və 2026-cı il "Şəhərsalma və Memarlıq İli" çərçivəsində aparılan abadlıq işləri, o cümlədən "Şirvan Bulvarı" layihəsi barədə məlumat verib.Sonda icra başçısı partiya üzvlərini yubiley münasibətilə təbrik edərək, fəaliyyətlərində uğurlar arzulayıb.

​ Milli Məclisin deputatı Vüqar Rəhimzadə çox geniş və məzmunlu çıxışında Yeni Azərbaycan Partiyasının yaranma tarixinin xalqımızın azadlıq və müstəqillik mübarizəsinin ən ağır dövrünə təsadüf etdiyini bildirdi. O, Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliyi və zəngin siyasi təcrübəsi sayəsində yaradılan YAP-ın qısa zamanda ümumxalq partiyasına çevrildiyini qeyd etdi. Deputat xüsusi olaraq vurğuladı ki, bu gün Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti öz tarixinin ən qüdrətli dövrünü yaşayır. Cənab İlham Əliyevin müdrik daxili və xarici siyasəti, polad iradəsi sayəsində ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olunub, ölkəmiz beynəlxalq miqyasda söz sahibinə çevrilib. Vüqar Rəhimzadə YAP-ın hər zaman dövlət başçısının həyata keçirdiyi strategiyanın avanqardı olduğunu və cəmiyyətdə birləşdirici qüvvə kimi mühüm rol oynadığını diqqətə çatdırdı.

YAP Mərkəzi Aparatının məsul işçisi Əli Axundov geniş və məzmunlu çıxış edərək partiyanın mərkəzi strukturu adından konfrans iştirakçılarını təbrik etdi, Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatında oynadığı avanqard roldan ətraflı bəhs etdi. O, YAP-ın keçdiyi 33 illik şərəfli inkişaf yolunun ulu öndər Heydər Əliyevin adı və zəngin irsi ilə sıx bağlı olduğunu, bu gün isə həmin siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdi. Əli Axundov partiya təşkilatlarının yerlərdə fəaliyyətinin gücləndirilməsi, gənclərin ictimai-siyasi proseslərdə fəallığının artırılması istiqamətində qarşıda duran mühüm vəzifələrdən danışdı.

​YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov çıxış edərək, səmimi təbriklərini bölüşdü.

Daha sonra şəhid anası Xuraman İsmayılova, partiya veteranı Yaqub Salmanov, ərazi partiya təşkilatının sədri Vüsalə Həsənova və gənc fəal Aişə Kərimova çıxış edərək partiyanın fəaliyyəti, şəhid ailələrinə göstərilən diqqət və gənclərin ictimai proseslərdəki rolu barədə fikirlərini bölüşüblər. Çıxışlarda həmçinin təşkilatın formalaşmasında xidmətləri olmuş şəxslərin fəaliyyəti də qeyd olunub.

​Sonda partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri təqdim edilib, ictimai-siyasi həyatda fərqlənən fəallar Fəxri Fərman və Təşəkkürnamələrlə təltif olunublar.

​Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.

Paylaş:
Baxılıb: 67 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Bir tarixin izi ilə...

22 İyul 13:39  

Analitik

103-cü hökumət...

22 İyul 12:38

Analitik

Sosial

YAP xəbərləri

Xəbər lenti

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31