Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Qazaxıstan ticarətdə 29 milyon məhsulu əhatə edən vahid kataloqa keçib

Qazaxıstan ticarətdə 29 milyon məhsulu əhatə edən vahid kataloqa keçib

22.07.2026 [18:33]

Qazaxıstanda bütün ticarət subyektləri, o cümlədən kiçik və mikro müəssisələr üçün Milli Məhsul Kataloqundan məcburi istifadə mərhələsi başa çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Ticarət və İnteqrasiya Nazirliyi məlumat yayıb.

Hazırda vahid dövlət kataloqunda 29 milyon məhsul qeydiyyatdan keçirilib. Bildirilir ki, ilin əvvəlindən məhsulların sayı 60 faizdən çox artıb, sistem istifadəçilərinin sayı isə təxminən 65 faiz yüksələrək 64,9 min nəfərə çatıb.

Kataloqda hər bir məhsula unikal identifikasiya kodu verilir. Bu kod elektron qaimə-fakturaların, müşayiətedici sənədlərin hazırlanmasında, nəzarət-kassa aparatlarının fəaliyyətində, eləcə də dövlət və kommersiya informasiya sistemləri ilə inteqrasiyada istifadə olunur.

Nazirliyin məlumatına görə, vahid kataloqun tətbiqi məhsullar barədə məlumatların keyfiyyətinin yüksəldilməsinə, təkrarlanmaların və səhvlərin azalmasına, həmçinin ticarət, logistika və dövlət xidmətlərinin rəqəmsallaşdırılmasına imkan yaradacaq.

Paylaş:
Baxılıb: 419 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30