Milli mətbuatımız 151 yaşında...
22.07.2026 [12:50]
Elə peşə bayramları var ki, onlar yalnız hansısa konkret bir sahədə çalışan insanlar tərəfindən deyil, bütün xalq, ölkə və dövlət səviyyəsində qeyd olunur. 22 iyul - Milli Mətbuat Günü məhz belə bayramlar sırasında yer alır. Bu gün 151 il bundan əvvəl təməli qoyulan milli mətbuatımızın bayramı respublikamızda böyük coşqu və sevinclə qeyd edilir. Milli mətbatımız ötən 151 ildə müxtəlif inkişaf mərhələlərindən keçib. Hər dövr fərqli xüsusiyyətlərə malik olsa da, milli mətbuatımız bütün dönəmlərdə öz missiyasına sadiq qalıb və çəmiyyətin güzgüsü olmağı bacarıb.
“Əkinçi”dən başlayan yol
1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin işıq üzü görməsi ilə Azərbaycan milli mətbuatının əsası qoyulub. Həmin vaxtdan indiyədək mətbuatımız cəmiyyətimizin maariflənməsində, milli kimliyimizin formalaşmasında, söz azadlığının təmin olunmasında misilsiz rol oynayıb. Milli mətbuatımızın təşəkkül tapdığı dövr Azərbaycan xalqı üçün çətin və ziddiyyətli bir mərhələ idi. Bu elə bir dövr idi ki, digər xalqlar inkişafa, təhsilə, elm öyrənməyə çan atırdılar. Azərbaycan cəmiyyətində isə dini xurafatın və imperiyanın məqsədli siyasəti insanları təhsildən, elmi biliklərdən uzaq salırdı. XIX əsrin II yarısında xalqımızın iqtisadi və ictimai inkişafındakı çatışmazlıqlar milli mətbuatımızın yaranmasını zəruri edirdi. Görkəmli ziyalı Həsən bəy Zərdabi də bu zərurəti dərk edərək uzun mübarizədən sonra ana dilində “Əkinçi” qəzetinin çap edilməsinə nail olub.
O dövrün reallıqları fonunda belə bir icazənin alınması sıradan bir hadisə deyildi. Təkcə bir faktı qeyd edək ki, Həsən bəy Zərdabi milli mətbuat orqanını təsis etmək üçün 15 ilə yaxın mübarizə aparmışdı. 1861-1865-ci illərdə Moskva Universitetinin Fizika-Riyaziyyat fakültəsində təhsil aldığı illərdə belə, Azərbaycan dilində qəzet nəşr etmək istəmişdi. Lakin onun təşəbbüslərinin qarşısı hər dəfə müxtəlif vasitələrlə alınmışdı. Yeganə səbəb də bu idi ki, imperiya qüvvələri Azərbaycan xalqının maariflənməsini istəmirdilər. Nəhayət, uzun və gərgin mübarizədən sonra 1875-ci ildə Zərdabi öz arzusuna çatdı və istədiyi qəzetin nəşri üçün Bakı qubernatorundan icazə almağa müvəffəq oldu.
Üç tarixi mərhələdə inkişaf
Mətbuat cəmiyyətin, zamanın güzgüsü olduğu kimi, respublikamızın hər inkişaf mərhələsi də mətbuatımızda fərqli izlər qoyub. Bu, özünü həm bütövlükdə mətbuatın formalaşmasında, onun maddi-texniki təchizatında, həm də ideoloji istiqamətlərin müəyyənləşməsində göstərib. İndiyədək milli mətbuatımızın üç mərhələdən keçdiyini deyə bilərik. Əvvəlcə “Əkinçi”nin yarandığı dövrə nəzər salaq. 19-cu əsrin sonu - 20-ci əsrin əvvəllərində Bakı təkcə Qafqazın iqtisadi deyil, həm də mədəni mərkəzinə çevrilmişdi. O zamankı Bakıda çoxsaylı rus, gürcü, erməni və digər xalqların xeyriyyə cəmiyyətləri, qəzetləri fəaliyyət göstərirdi. Bu qədər qarşıdurma və rəqabət şəraitində milli mətbuatı formalaşdırmaq, onu inkişaf etdirmək, azad söz üçün mübarizə aparmaq çox çətin idi. Etiraf etməliyik ki, o dövrdə “Əkinçi” milli mətbuatın yeni nəsli üçün bir mayak, bələdçi oldu. Təsadüfi deyil ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) yaradıldıqda onun qurucularının demək olar əksəriyyəti yazarlar və mətbuat camiəsinin nümayəndələri idilər.
Sonrakı mərhələdə Azərbaycan 70 il ərzində keçmiş ittifaqın tərkibində olub. Bu dövlətin ideoloji əsasları məhdud çərçivə ilə əhatələnmişdi. Həmçinin jurnalistlər də peşə faliyyətlərində bu çərçivələrdən kənara çıxa bilməzdilər. Onlar konkret qadağaları nəzərə almaqla yazıb yaratmalı idilər.
Lakin 70 illik sovet dövrünün ideoloji qadağalarına rəğmən, həmin illərdə də Azərbaycan mətbuatı inkişaf edib və bu inkişafla paralel şəkildə milli dilimiz də püxtələşib, jurnalistikamızda peşəkarlıq artıb. Mətbuatımızın xoşbəxtliyi ondadır ki, senzuranın pik həddə olduğu SSRİ dönəmində belə əzmkar jurnalistlərimizin səyi ilə Zərdabi ənənələri unudulmayıb. Əsas məqamlardan biri də sovet dönəmində də milli düşüncənin qorunması ilə bağlıdır. Burada böyük siyasətçi Heydər Əliyevin həm Azərbaycana rəhbərlik etdiyi, həm də Moskvada yüksək vəzifələrdə çalışdığı illərdə milli yaddaşın qorunması, mədəniyyətimizin inkişafı naminə göstərdiyi davamlı səylərin təsirini xüsusi qeyd etmək lazımdır. Heydər Əliyevin şəxsiyyəti və fəaliyyətii Azərbaycan xalqı üçün qürur mənbəyi idi və milli düşüncənin formalaşması baxımından mühüm əhəmiyyət daşıyırdı. Heydər Əliyev Azərbaycanın gələcək intibahına, müstəqilliyinə hesablanan ideyalarını cəmiyyətimizə məhz mətbuat vasitəsilə çatdırırdı. Heydər Əliyevin səyləri ilə görkəmli mədəniyyət xadimlərinin, yazıçı və şairlərin yubileylərinin keçirilməsinin, Bakıda onlara abidələrin ucaldılmasının mətbuatda geniş işıqlandırılması xalqın milli yaddaşının qorunmasına, milli kimlik hisslərinin güclənməsinə öz təsirini göstırirdi.
Müstəqillik dövrünün çağırışları və reallıqları isə tam fərqlidir. Müstəqillik illərində hər zaman dövlətimiz tərəfindən media orqanlarının sərbəst fəaliyyəti, söz və fikir azadlığının təmin edilməsi, mətbuat problemlərinin həlli istiqamətində təşəbbüs göstərilib, mühüm qərarlar qəbul edilib. 1999-cu ildə “Kütləvi informasiya vasitələri haqqında” Qanunun qəbul edilməsi, eləcə də 1998-ci ildə Azərbaycanda senzuranın ləğv olunması ilə bağlı Sərəncamın imzalanması mətbuatımızın tərəqqisi üçün ən böyük töhfələrindən hesab edilə bilər. Bu baxımdan Prezident İlham Əliyevin ötən il imzaladığı “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamını da xüsusilə vurğulamaq mümkündür.
Yeni dövrün çağırışları
21-ci əsrdə süni intellektin sürətlə yayılması, sosial şəbəkələrin təsiri, dezinformasiyanın artması jurnalistin peşəkarlığını və məsuliyyətini ön plana çıxarır. Mediamız bu çağırışlara uyğunlaşmalı, eyni zamanda, milli dəyərləri və peşə etikasını qoruyaraq fəaliyyət göstərməlidir. Əsas vəzifə-informasiyanı dəqiq, operativ və obyektiv şəkildə təqdim etməkdir. Cəmiyyətin informasiya ehtiyacını ödəmək, ictimai rəyə təsir etmək jurnalistikanın əsas funksiyası olaraq qalır.
Mətbuatımız, çoxsaylı jurnalistlər ordusu bu gün də - texniki imkanların dəyişdiyi bir dönəmdə də Zərdabi ənənələrini yaşatmaqla yenə də milli ideyaya sadiq olduqlarını nümayiş etdirirlər. Bunu 44 günlük Vətən müharibəsi və 23 saatlıq lokal xarakterli antiterror əməliyyatı günlərində jurnalistlərimizin ümumi qələbə naminə səfərbər olmaları bir daha təsdiqlədi. Ərazi bütövlüyünün və suverenliyin təmin olunması xalqımız və dövlətimiz üçün əsas ümummilli ideya idi və mətbuatımız da bu ideyaya sadiq qaldığını təsdiqlədi. Şübhə yoxdur ki, vətənpərvər ruhlu jurnalistlərimiz bundan sonra da milli ideyaya xidmət göstərməklə ənənəvi və yeni media platformalarında uğurla çalışacaqlar.
Dünya mediası azad Şuşada toplaşır
Son illərdə azad Şuşada media forumlarının keçirilməsi ənənəsinin formalaşması Azərbaycanın söz, fikir azadlığına, media ilə açıq dialoqa necə böyük önəm verdiyini bir daha təsdiqləyir. I Şuşa Qlobal Media Forumu 2023-cü il iyulun 21-də “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı təşkil olunub. İlk forumda 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu, həmçinin 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edib. “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda keçirilən forumda tanınmış və nüfuzlu beynəlxalq media rəhbərləri, ekspertləri müasir dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər, rəqəmsal transformasiya, yeni informasiya mühitində media menecmenti və dayanıqlı media biznes modellərinin yaradılması, mediada istehlak tendensiyaları və media savadlılığı, dezinformasiya və “feyk nyus”la mübarizə üsulları, jurnalistlərin təhlükəsizliyi və digər məsələləri müzakirə ediblər. Eyni zamanda, forumda Qoşulmama Hərəkatı Media platforması təşəbbüsü irəli sürülüb.
2024-cü il iyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda keçirilən II Şuşa Qlobal Media Forumunda 50-yə yaxın ölkədən 150-dən çox xarici qonaq, 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumu iştirak edib. Forum çərçivəsində müxtəlif mövzularda 4 panel sessiya təşkil olunub.
Sayca üçüncü forum 2025-ci il 19-21 iyul tarixlərində Xankəndi və Şuşa şəhərlərində keçirilib. “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzularını əhatə edən III Forumda 52 ölkədən 140 qonaq, 30-a yaxın informasiya agentliyinin və 80 media qurumunun nümayəndələri iştirak ediblər. Forum çərçivəsində 3 panel sessiya, “Süni intellekt dövründə jurnalistika: Avtomatlaşdırma şəraitində həqiqətin qorunması” mövzusunda təkbətək görüş təşkil olunub.
Ümumilikdə, 81 ölkədən 600-ə yaxın media rəhbərini, jurnalisti, eksperti və rəsmi şəxsi bir araya gətirən I, II və III forumlarda informasiya təhlükəsizliyi, media savadlılığı, süni intellekt, rəqəmsal transformasiya, dezinformasiyaya qarşı mübarizə və beynəlxalq media əməkdaşlığı kimi aktual məsələlər müzakirə olunub.
Bir neçə gün bundan əvvəl yekunlaşan IV Şuşa Qlobal Media Forumu “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunub. Foruma dünyanın 54 ölkəsindən 160-a yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxslər qatılıb. Tədbirdə 30-a yaxın beynəlxalq informasiya agentliyi, 60-dan çox aparıcı media qurumu, eləcə də beynəlxalq təşkilatların nümayəndələri təmsil olunub. Panel müzakirələrdə medianın sülh quruculuğundakı rolu, sərhədlərarası media dialoqu, ictimai etimadın bərpası, dezinformasiyaya qarşı beynəlxalq əməkdaşlıq, rəqəmsal platformalarda təhlükəsiz informasiya mühitinin yaradılması, süni intellekt dövründə media etikası və məsuliyyətli jurnalistika kimi mühüm mövzuların müzakirələri aparılıb.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxİdman
22 İyul 15:22
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08

