Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan taekvondoçuları Gürcüstanda 22 medal qazanıblar

Azərbaycan taekvondoçuları Gürcüstanda 22 medal qazanıblar

05.08.2026 [16:06]

Azərbaycan taekvondoçuları Gürcüstanın Batumi şəhərində keçirilən “Batumi Open” beynəlxalq turnirini 22 medalla başa vurublar.

Azərbaycan Taekvondo Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, milli komandanın üzvləri yarışda 8 qızıl, 6 gümüş və 8 bürünc medal əldə ediblər.

Qızıl medalları Ayan Əliyeva (27 kiloqram), Dərya Hüseynova (30 kiloqram), Fidan Qəfərova (33 kiloqram), Rada Əsəd (44 kiloqram), Rüqəyya Hümbətli (51 kiloqram), Səbrin Bayramova (52 kiloqram), Harun Salmanzadə (58 kiloqram) və Gülnaz Abdullazadə (59 kiloqram) qazanıblar.

Gümüş medallara Ümid Şahbazov (41 kiloqram), Ülvi Məmmədov (45 kiloqram), Zeyd Sadıxov (45 kiloqram), Esmanur Azayeva (47 kiloqram), Fərid Xəlimov (48 kiloqram) və Fatimə Ramazanlı (55 kiloqram) sahib olublar.

Bürünc medalları isə Ümid Aslanov (25 kiloqram), Esma Abdullazadə (29 kiloqram), Əhməd Mürvətov (33 kiloqram), Yaqut İsmayıllı (33 kiloqram), Nazlı Hacıyeva (37 kiloqram), Malikəjdər Qalabəyov (41 kiloqram), Elgün Məmmədli (49 kiloqram) və Cavad Heydərli (53 kiloqram) qazanıblar.

Paylaş:
Baxılıb: 239 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

YAP xəbərləri

Gündəm

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Analitik

Əl-Kibarın sirri

26 Avqust 09:56  

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31