Startap sektorunda rəqabət böyüyür
26.08.2026 [11:25]
Şəhadətnamə alan sahibkarların sayı 292-yə çatıb
Azərbaycanda rəqəmsal iqtisadiyyatın müasir atributlarından biri olan startap ekosistemi biznes ideyalarının mükəmməl aləti kimi öz imkanlarını artırmaqdadır. Uğurlu biznes layihəsi kimi startaplar kiçik və orta biznesin (KOB) marağında ön plana çıxır və sahibkar tərəfindən əldə edilən “Startap” şəhadətnamələrinin sayı artır. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarların “Startap” şəhadətnaməsinin verilməsi ilə bağlı müraciətlərini dəyərləndirərək 16 layihədən 10-nunu məqsədəmüvafiq hesab edib. Həmin 10 sahibkar “Startap” şəhadətnaməsi ilə təmin edilib. “Startap” şəhadətnamələri “İnvitation Group” MMC tədbirlərin planlaşdırılması, dəvətlərin idarə olunması üzrə rəqəmsal xidmət, “Rekrio” MMC işə qəbul zamanı avtomatlaşdıran süni intellekt agenti platforması, “GRC Lab” risklərin idarə olunması və GRC-yə normativ uyğunluq proseslərinin rəqəmsallaşdırılması, “Aİ Development” MMC şəhərdə nəqliyyat hərəkətinin təhlili və monitorinqini həyata keçirən süni intellekt əsaslı analitika platforma layihələrinə verilib. Həmçinin “Yolutap” MMC şagird və gənclərin peşəyönümü, qabiliyyətlərinin qiymətləndirilməsi və karyera planlaşdırılmasını dəstəkləyən rəqəmsal platformasına görə şəhadətnamə ilə təmin edilib. Digər şəhadətnamə əldə edənlər isə fiziki şəxslər - Elmir Yunusov (süni intellekt əsaslı fərdi təhsil və peşə), Ələmdar Manafov (planlaşdırma, idarəetmə və məhsuldarlığın artırılması), Mircəlal Məmmədov (müştərilərlə münasibətlərin idarə olunması), Aqil Qumuxov (iş elanları üçün rəqəmsal platforma) və Mehrac Abdurahmanlı (iş elanına uyğunlaşdırılmış CV hazırlığı platforması) olub.
Biznesin rəqəmsal modeli
Beləliklə, indiyə qədər həmin şəhadətnaməni əldə edən KOB subyektlərinin sayı 292-yə çatıb. Bu, Azərbaycanda yerli startap ekosisteminin gücləndiyini, süni intellektin və rəqəmsal transformasiyanın sürətlə böyüdüyünü və sahibkarlar üçün yeni rəqəmsal münbit dövrün başlandığını təsdiqləyir. Şəhadətnamə ilə təmin edilən biznes layihələrinin böyük əksəriyyətinin süni intellekt bizneslərinə əsaslandığını nəzərə alsaq, startap strategiyanın sürətlə irəlilədiyini görmək mümkündür. Bu, eyni zamanda, kiçik və orta bizneslərin rəqəmsallaşmada fəal iştirakını və süni intellekt texnologiyalarına böyük marağını əks etdirir. Yeni biznes icması idarəetmə, marketinq və s. proseslərin böyük hissəsini süni intellektlə həll etməklə daha az resursla yüksək nəticələr qazanmaq istəyir. Eyni zamanda, bizneslər rəqəmsal proqramlar vasitəsilə bütün işlərini tək məkandan idarə etməyə çalışırlar. Nəticədə bu model biznesin müasir inkişaf trendinə çevrilir.
Güzəşt və motivasiyalar investorların marağını artırır
Biznes nümayəndələrinə “Startap” şəhadətnaməsinin verilməsinə 2021-ci ildən başlanılıb. “Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən 3 il müddətinə azad edilib. Vergi Məcəlləsinin 102.1.31-ci maddəsinə əsasən, “Startap” şəhadətnaməsi olan fiziki şəxs şəhadətnaməni aldığı tarixdən 3 il müddətinə və həmin startap şəhadətnaməsi üzrə innovasiya fəaliyyətindən əldə etdikləri gəlirləri vergidən azaddır. Həmçinin startaplar üzrə texnoloji avadanlıqlar və maddi-texniki güzəştlər və təşviqlər də bu sahədə motivasiyaedici mühit yaradıb.
Startapların nüfuz etdiyi yüksək texnologiyalar parklarında da xüsusi aktivlik nəzərə çarpmaqdadır. Bu, texnopark rezidentlərinin sayının 96-ya yüksəlməsinə səbəb olub. Qeyd edək ki, Vergi Məcəlləsində edilmiş dəyişikliklərə və 2023-cü il yanvarın 1-dən qüvvəyə minən yeni qaydalara əsasən, texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər qeydiyyata alındıqları hesabat ilindən başlayaraq 10 il müddətinə mənfəət, gəlir əmlak vergiləri, dividendlər, texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalına münasibətdə ƏDV-dən azad edilib. Vergi güzəştləri onların həm texnopark, həm də texnoparkdan kənar fəaliyyətinə şamil edilir.
Nəticədə bu güzəşt və motivasiyalar yüksək texnologiyalar və innovasiyalar sektorunda çalışan gənc biznes icmasının sistem inteqrasiyası, proqram təminatı, süni intellekt məhsulları üzrə inkişafında əlverişli mühit yaradır. Eyni zamanda, “Startap” şəhadətnaməsi layihəyə yerli və xarici investorların marağını artırır, xarici bazarlara çıxışı asanlaşdırır.
Dünya startap ailəsində Azərbaycanın yeri
Göründüyü kimi, ölkəmizdə innovasiya infrastrukturunun yaradılması, texnoparkların inkişafı, innovativ layihələr üçün maliyyə mexanizmlərinin əlçatanlığının artırılması, İKT sahəsində insan kapitalının yetişdirilməsi sahələrində müsbət meyillər açıq müşahidə edilməkdədir. Azərbaycanlı startapçılar biznes ideyaları, kəşf və bacarıqları ilə artıq qlobal bazarlarda uğurlu investorlar kimi qəbul edilir. Bu motivasiyalar sayəsində son illərdə Azərbaycanın İT və rəqəmsal sektorlarında startap, süni intellekt və biznes ideyaları dünya ölkələrinin startapları ilə rəqabət aparmağa çalışır. Onların KOBİA, Xəzər-Vençur, Elmin İnkişafı Fondu, Prezident yanında Gənclər Fondu, Sahibkarlar Təşkilatları Milli Konfederasiyasında təmsil olunan bacarıqlı gənc ideya müəllifləri kifayət qədər uğur qazanmağa nail olub. Ölkəmizi təmsil edən “SkyBee” komandası Ümumdünya Startap Yarışmasının (World Startup Competition) Asiya və Afrika üzrə Regional Final Müsabiqəsində 30-dan artıq texnologiya şirkəti arasında “Aqrar sektorda ən yaxşı startap” nominasiyasının qalibi olub. Azərbaycanlı startapçılar artıq okeanın o tayında da rəqabət üçün imakanlarını sınamağa çalışır. ABŞ-da keçirilən Ümumdünya Startap Yarışmasına azərbaycanlı layihə müəlliflərinin iştirak hüququ qazanması və öz biznes ideyalarını nümayiş etdirməsi də bu sektorun uğurlarını təsdiqləyir.
“StartupGenome” beynəlxalq hesabatında əlverişli mövqe
Dünya ölkələrinin innovasiya ekosisteminin təhlilini aparan “StartupGenome” şirkətinin bir müddət əvvəl açıqladığı 2025-ci il üzrə hesabatda Azərbaycan “Asiya ekosistemində istedadların əlçatanlığı” reytinqində ilk 25 ölkə arasında yer alır. “Startup Genome” hesabatında göstərilir ki, Azərbaycandakı ekosistem dövlətin rəqəmsal transformasiya yanaşması, kibertəhlükəsizlik və insan kapitalının inkişaf təşəbbüsləri ilə hərtərəfli dəstəklənir. 2024-2025-ci illərdə startaplar üçün “Microsoft”, “Viveka” və “Startup Wise Guys” kimi qlobal səviyyədə tanınan şirkətlərin cəlb edilməsi ilə bir sıra layihələr reallaşdırılıb, rəqəmsal dövlət xidmətlərinin spektri və miqyası genişləndirilib. Ölkədə, həmçinin oyun sənayesinin inkişafı strategiyasının bir hissəsi olaraq nüfuzlu “Xsolla” şirkəti ilə oyun studiyaları üçün inkubasiya proqramı keçirilir. Bütün bu səmərəli layihə və əməkdaşlıq proqramları startapların müasir biznes modeli kimi ön plana çıxması ölkəmizdə yüksək rəqabətli insan kapitalının formalaşmasında mühüm rol oynayacaq.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Dünya
26 Avqust 20:34
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
İqtisadiyyat
26 Avqust 18:10
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Mədəniyyət
26 Avqust 16:56
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15

