Uşaqların rəqəmsal mühitdə təhlükəsizliyi gücləndirilir - Dəyişikliklər nəyi ehtiva edir?
05.08.2026 [19:29]
İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi uşaqların sosial şəbəkə platformalarında təhlükəsizliyinin daha effektiv təmin edilməsinə, onların rəqəmsal mühitdə formalaşan mənfi təsirlərdən qorunmasına yönəlib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) AZƏRTAC-a bildirilib ki, qanun layihəsi “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrasını təmin etmək məqsədilə hazırlanıb.
Layihə hazırlanan zaman qabaqcıl beynəlxalq təcrübə, xüsusilə rəqəmsal təhlükəsizlik sahəsində mütərəqqi mexanizmlərə malik dövlətlərin qanunvericilik modelləri təhlil olunub. Bu çərçivədə sosial şəbəkələrdə fərdi rəqəmsal hesabların açılması üçün minimum rəqəmsal yetkinlik yaş həddi 16 yaş müəyyən edilib.
“Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 16-18 yaş arası şəxslərin uşaq kateqoriyasına aid edilməsi nəzərə alınaraq layihədə həmin yaş qrupunun da rəqəmsal mühitdə əlavə mühafizəsi nəzərdə tutulur. Bu məqsədlə 16-18 yaşarası şəxslərin platformalarda fərdi rəqəmsal hesab yaratması, ondan istifadə etməsi və məzmun paylaşması yalnız qanuni nümayəndələrinin razılığı və nəzarəti altında mümkün olacaq.
Platforma provayderlərinin üzərinə yaş məhdudiyyətinə nəzarət üzrə effektiv texniki üsulların tətbiqi öhdəliyi qoyulur. İstifadəçinin yaşının dəqiqləşdirilməsi, həmçinin 16-18 yaş arası yeniyetmələrin qanuni nümayəndələrinin razılığının alınması üçün bank kartı, elektron poçt və mobil telefon nömrəsi üzrə məlumatların yoxlanılması kimi ilkin mexanizmlər tətbiq olunacaq. Bununla yanaşı, fərdi rəqəmsal hesabın yaradılması zamanı şəxsin yaşının müəyyən edilməsinə dair aidiyyəti dövlət qurumlarının birgə razılığı əsasında digər texniki üsullardan da istifadə oluna bilər.
16-18 yaş arası istifadəçilərin hesablarında yerləşdiriləcək məzmun və reklamların dairəsi, eləcə də platformadan istifadə saatları qanuni nümayəndə tərəfindən idarə olunacaq. Platforma provayderləri isə bu məqsədlə müvafiq valideyn nəzarəti funksionallığını təmin etməlidirlər. Eyni zamanda, provayderlər istifadəçilərin davranışlarını mütəmadi təhlil etməli, bəyan olunan yaşla bağlı əsaslı şübhələr yarandıqda təkrar yaş yoxlanılması həyata keçirməlidirlər.
Qanun layihəsində fərdi məlumatların qorunmasına xüsusi diqqət yetirilir. Yaşın yoxlanılması məqsədilə toplanmış fərdi məlumatların informasiya sistemlərində saxlanılması, üçüncü şəxslərə ötürülməsi, habelə kommersiya və ya hədəfli reklam məqsədilə istifadəsi qadağan olunur. Bundan əlavə, platformalar şəxsin yetkinlik yaşına çatanadək yerləşdirdiyi məlumatların və profilinin sistemdən tam silinməsini təmin etməlidirlər.
Uşaqların psixi və fiziki sağlamlığının qorunması məqsədilə əlavə texniki və təhlükəsizlik tədbirləri də müəyyən edilir. Belə ki, 16-18 yaş arası istifadəçilərin hesablarında ilkin konfidensiallıq tənzimləmələri ən yüksək səviyyədə qurulmalı, məkan məlumatlarının ictimaiyyətə açıqlanması məhdudlaşdırılmalı və istifadəçinin seçiminə uyğun gücləndirilmiş təhlükəsizlik rejimi tətbiq edilməlidir.
Həmçinin uşaqlarda asılılıq yaradan manipulyativ dizayn üsullarından, o cümlədən sonsuz sürüşdürmə (infinite scroll) və videoların avtomatik səsləndirilməsi (autoplay) funksiyalarından istifadə, eləcə də zərərli məzmun və reklamların yerləşdirilməsi qadağan edilir.
Yeni tələblər bütün sosial şəbəkə platformalarına şamil olunmur. Təhsil, səhiyyə və ya peşəkar-işgüzar münasibətlərin qurulmasını təmin edən platformalar istisnadır.
Qanun layihəsində, həmçinin ölkə ərazisində istifadəçilərə xidmət göstərən platforma provayderlərinin dövlət qeydiyyatına alınması təklif olunur. Dövlət qeydiyyatından keçməyən platformalara münasibətdə mərhələli maliyyə sanksiyalarının, reklam məhdudiyyətlərinin və internet trafikinin məhdudlaşdırılması tədbirlərinin tətbiqi nəzərdə tutulur.
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 16:34
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56

